https://sputnik.az/20211219/cavusoglu-moskva-ve-ankara-onlara-qurulan-teleye-dusmediler-437382097.html
Çavuşoğlu: Moskva və Ankara onlara qurulan "tələ"yə düşmədilər
Çavuşoğlu: Moskva və Ankara onlara qurulan "tələ"yə düşmədilər
Sputnik Azərbaycan
Türkiyəli nazir bildirib ki, ölkəsi bu ağrını hamıdan yaxşı başa düşür, çünki yaxın keçmişdə çoxlu sayda diplomatları erməni terrorçularının qurbanı olub. 19.12.2021, Sputnik Azərbaycan
2021-12-19T10:57+0400
2021-12-19T10:57+0400
2021-12-19T11:40+0400
dünya xəbərləri
terror
səfir
rusiya
mövlüd çavuşoğlu
qətl
ildönümü
https://cdnn1.img.sputnik.az/img/07e5/07/07/427407385_0:0:2962:1666_1920x0_80_0_0_25e7f726d1976a12750508a4f3c8a219.jpg
BAKI, 19 dekabr — Sputnik. Moskva və Ankara Türkiyə paytaxtında Rusiya səfiri Andrey Karlova sui-qəsdin təşkilatçılarının qurduğu tələyə düşmədilər, iki ölkənin dostluğu sarsılmadı. Sputnik Azərbaycan xəbər verir ki, bu fikri rusiyalı diplomatın həlak olmasının 5-ci ildönümündə RİA Novosti-yə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu səsləndirib.O əlavə edib ki, Karlova hücum terror aktı idi."Terrorun, bu qeyri-insani qəddarlığın irqi, dini, dili yoxdur. Türkiyə bu ağrını hamıdan yaxşı başa düşür, çünki yaxın keçmişdə çoxlu sayda diplomatları terrorun qurbanı olub (1970-80-ci illərdə Ermənsitanin Azadlığı Uğrunda gizli erməni ordusu - ASALA silahlıları tərəfindən qətlə yetiriliblər-red.).Qeyd edək ki, Karlov 2016-cı il dekabrın 19-da Ankarada "Rusiya Kalininqraddan Kamçatkaya səyahətçinin gözü ilə" fotosərgisinin açılışında güllələnib. Hücumu polis məmuru Mövlud Mert Altıntaş həyata keçirib və o, təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.Rusiya səfirinə sui-qəsdin təşkilində 28 şübhəliyə qarşı ittiham irəli sürülüb ki, onların arasında ABŞ-da yaşayan dini lider Fətullah Gülən də olub. O sözügedən ittihamları rədd edib.Mart ayında Ankara məhkəməsi Karlovun qətli ilə bağlı hökm çıxarıb. Təqsirləndirilənlərdən beş nəfəri ömürlük həbs cəzasına məhkum edilib. Səkkiz nəfərə 3 il 9 aydan 15 ilə qədər həbs cəzası verilib, 6 nəfər isə bəraət alıb. Gülən də daxil olmaqla axtarışda olan daha 9 təqsirləndirilən şəxsin işi prokurorluğun tələbi ilə ayrıca məhkəmə icraatına verilib.Həmçinin oxuyun:İranın gözlənilməz təklifi Qafqazda vəziyyətə necə təsir edəcəkPrezident İlham Əliyevin dəhlizlə bağlı açıqlaması reallaşdırılmalıdırErmənistan bütün dünyaya Azərbaycandan şikayətlənir. Bakıda bu barədə nə düşünürlər* Sergey Markov: Ermənilər Zəngəzurun qədim Azərbaycan torpağı olduğunu bilirlər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/07/427407385_186:0:2917:2048_1920x0_80_0_0_3c4511156976d9515092c97430ab2172.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çavuşoğlu: moskva və ankara onlara qurulan "tələ"yə düşmədilər
çavuşoğlu: moskva və ankara onlara qurulan "tələ"yə düşmədilər
Çavuşoğlu: Moskva və Ankara onlara qurulan "tələ"yə düşmədilər
10:57 19.12.2021 (Yenilənib: 11:40 19.12.2021) Türkiyəli nazir bildirib ki, ölkəsi bu ağrını hamıdan yaxşı başa düşür, çünki yaxın keçmişdə çoxlu sayda diplomatları erməni terrorçularının qurbanı olub.
BAKI, 19 dekabr — Sputnik. Moskva və Ankara Türkiyə paytaxtında Rusiya səfiri Andrey Karlova sui-qəsdin təşkilatçılarının qurduğu tələyə düşmədilər, iki ölkənin dostluğu sarsılmadı.
Sputnik Azərbaycan xəbər verir ki, bu fikri rusiyalı diplomatın həlak olmasının 5-ci ildönümündə RİA Novosti-yə müsahibəsində Türkiyənin xarici işlər naziri
Mövlud Çavuşoğlu səsləndirib.
"Səfir Andrey Karlovun məkrli sui-qəsd nəticəsində ölümündən 5 il keçir. Səfir Karlova hücum Türkiyə-Rusiya dostluğuna hücum idi, amma Türkiyə və Rusiya bu tələyə düşmədi. Ona görə də Türkiyə-Rusiya dostluğuna xələl gətirmək istəyənlər məyus oldular", - deyə türkiyəli nazir bildirib.
O əlavə edib ki, Karlova hücum terror aktı idi.
"Terrorun, bu qeyri-insani qəddarlığın irqi, dini, dili yoxdur. Türkiyə bu ağrını hamıdan yaxşı başa düşür, çünki yaxın keçmişdə çoxlu sayda diplomatları terrorun qurbanı olub (1970-80-ci illərdə Ermənsitanin Azadlığı Uğrunda gizli erməni ordusu - ASALA silahlıları tərəfindən qətlə yetiriliblər-red.).
Qeyd edək ki, Karlov 2016-cı il dekabrın 19-da Ankarada "Rusiya Kalininqraddan Kamçatkaya səyahətçinin gözü ilə" fotosərgisinin açılışında güllələnib. Hücumu polis məmuru Mövlud Mert Altıntaş həyata keçirib və o, təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.
Rusiya səfirinə sui-qəsdin təşkilində 28 şübhəliyə qarşı ittiham irəli sürülüb ki, onların arasında ABŞ-da yaşayan dini lider Fətullah Gülən də olub. O sözügedən ittihamları rədd edib.
Mart ayında Ankara məhkəməsi Karlovun qətli ilə bağlı hökm çıxarıb. Təqsirləndirilənlərdən beş nəfəri ömürlük həbs cəzasına məhkum edilib. Səkkiz nəfərə 3 il 9 aydan 15 ilə qədər həbs cəzası verilib, 6 nəfər isə bəraət alıb. Gülən də daxil olmaqla axtarışda olan daha 9 təqsirləndirilən şəxsin işi prokurorluğun tələbi ilə ayrıca məhkəmə icraatına verilib.
İranın gözlənilməz təklifi Qafqazda vəziyyətə necə təsir edəcək