DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə Ermənistanla anlaşacaq: görüşün məkanı bəllidir

© Sputnik / Sergey Guneev / Mediabanka keçidRazılıq
Razılıq - Sputnik Azərbaycan, 1920, 27.12.2021
Abunə olmaq
Çavuşoğlu bu istiqamətdəki fəaliyyətlərində Azərbaycanla məsləhətləşmələrin də önəm daşıdığını vurğulayıb.
BAKI, 27 dekabr — Sputnik. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Ermənistanla münasibətlərin normallaşma prosesi barədə də açıqlama verib.
Sputnik Azərbaycan xəbər verir ki, Türkiyə XİN rəhbəri Ermənistanın da bu istiqamətdə arzusuna uyğun olaraq iki ölkənin xüsusi təmsilçilərinin ilk üz-üzə görüşünün Rusiyanın paytaxtı Moskvada keçirilməsinin planlaşdırıldığını bildirib: "Bu istiqamətdəki fəaliyyətimizdə Azərbaycanla məsləhətləşmələr də önəm daşıyır".
Mövlud Çavuşoğlu qeyd edib ki, bu il Türkiyə bir sıra problemli məsələlərdə normallaşma istiqamətində addımlar atıb: "Ermənistanla normallaşma prosesi üçün nümayəndənin təyin olunduğunu açıqlamışdıq. Ümid edirik ki, Ermənistan tərəfi də beynəlxalq hüquqa uyğun olaraq addımlar atacaq".
Nazir əlavə edib ki, yaxın günlərdə İstanbul və Yerevan arasında aviareyslər bərpa olunacaq.
Çavuşoğlunun sözlərinə görə, bu il BƏƏ, Misir, Bəhreyn və İsraillə də təmaslar qurulub: "Fransa ilə münasibətlərimizdə gərginliyi də azaltmağa başlamışıq".
Moskva isə öz növbəsində Ankara və Yerevan arasında münasibətlərin normallaşmasına kömək etməyə hazır olduğunu bəyan edib. Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
"Biz belə düşünürük ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması regionda ümumi ab-havanın sağlamlaşdırılmasına, sağlam etimad və dinc qonşuluq atmosferinin formalaşmasına müsbət təsir edə bilər", - Zaxarova brifinqdə söyləyib.
"Rusiya bu prosesə hər cür dəstək verməyə hazırdır", - Zaxarova əlavə edib.
Qeyd edək ki, cari ilin dekabrın əvvəlində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Ermənistanla münasibətlərinin normallaşdırılması üçün bir sıra addımlar ata biləcəyini bildirmişdi. O qeyd etmişdi ki, Ermənistanla münasibətlər məsələsində Azərbaycanla da məsləhətləşmələr aparılır.
Ermənistanla Türkiyə arasındakı münasibətlər 1993-cü ildən bəri bəzi ön şərtlərlə bağlı yox səviyyəsindədir.
Eləcə də oxuyun:
* Ermənilər Bakıya gəlmək istəyirlər - Azərbaycanın Ermənistana cavabı nə olacaq?
* Qriqoryan Bakı və Ankaraya gəlməyə hazır olduqlarını deyir
* Çavuşoğlu: Moskva və Ankara onlara qurulan "tələ"yə düşmədilər
Xəbər lenti
0