SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qriqoryan Bakı və Ankaraya gəlməyə hazır olduqlarını deyir

© Sputnik / Murad OrujovBakı şəhərinə mənzərə, arxiv şəkli
Bakı şəhərinə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.12.2021
Abunə olmaq
Ermənistanın Təhlükəsizlik Şurasının sədri Bakı və Ankaraya getməyə hazır olduqlarını bildirib.
BAKI, 23 dekabr — Sputnik. Erməni tərəfi Cənubi Qafqaz üzrə "3+3" regional məşvərət platformasının görüşləri Türkiyə və Azərbaycanda keçirilərsə, oraya getməyə və bu ölkələrin nümayəndələrini Yerevanda qəbul etməyə hazırdır.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Ermənistanın İctimai televiziyasına müsahibəsində Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan deyib.
"Əgər səbəb olarsa, biz regional problemlərin müzakirələrinin təşkili üçün getməyə və bu ölkələri öz evimizdə qəbul etməyə hazırıq", - Qriqoryan "3+3" platforması və Yerevan nümayəndələrinin bu format çərçivəsində Ankara, hətta Bakıya səfər ehtimalını, Ermənistandan görüşlərin təşkilini şərh edərkən deyib.
O eyni zamanda qeyd edib ki, erməni-türk münasibətləri daha çox ikitərəfli formatda müzakirə olunacaq.
"Əgər "3+3" formatında da danışmaq üçün əsas olarsa, biz Türkiyə ilə əlaqə qurmaq və bir-birimizin mövqeyini müəyyənləşdirmək üçün ondan istifadə edəcəyik", - TŞ sədri deyib.
Qriqoryan deyib ki, regional platformanın gündəliyi hələlik müzakirə mərhələsindədir və orada "digər regional suallar və ya iqtisadi imkanlar, məsələn, su ehtiyatlarından istifadə" nəzərdən keçirilə bilər.
Bu yaxınlarda Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirmişdi ki, Ermənistanla münasibətlərin normallaşması üçün qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin olunacaq. Həmçinin Yerevanla çarter aviasiya reysləri də açılacaq. Çavuşoğlu qeyd edib ki, Ankara Türkiyə və Ermənistanın aviaşirkətlərinin İstanbul-Yerevan-İstanbul reysləri barədə ərizələrini də gözdən keçirir.
Eləcə də oxuyun:
* Lavrova zəng: mövzu Azərbaycan-Ermənistan sərhədidir
* Əliyev və Paşinyan ilin sonunda yenidən görüşəcəklər?
* Rusiya və Fransa prezidentləri yenə Qarabağı müzakirə etdilər
* Paşinyan Azərbaycan prezidentilə prinsipial razılaşmanı açıqladı
Xəbər lenti
0