Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Legiya" Mahir Emrelidən sonra "Qarabağ"ın başqa oyunçusunu da almaq istəyir

© Sputnik / Murad OrudjevИгровой момент в матче группового этапа Лиги конференций между "Карабахом" и "Омонией"
Игровой момент в матче группового этапа Лиги конференций между Карабахом и Омонией - Sputnik Azərbaycan, 1920, 26.12.2021
Abunə olmaq
Polşa "Legiya"sı Mahir Emrelidən sonra 2020-ci ilin yayından "Qarabağ" futbol klubunun formasını geyinən Patrik Andrade ilə maraqlanır.
BAKI, 26 dekabr - Sputnik. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı "Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade ilə yaxından maraqlanır.
Varşava təmsilçisi kabo-verdeli oyunçunu qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.
İddiaya görə, Ağdam klubu da bu keçidin gerçəkləşməsində maraqlıdır.
Yerli media "Köhlən atlar"ın 28 yaşlı futbolçu üçün "Legiya"dan rəsmi təklif gözlədiyini yazır.
Qeyd edək ki, Patrik Andrade 2020-ci ilin yayından "Qarabağ"ın formasını geyinir. O, cari mövsümdə 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Xəbər5 verdiyimiz kimi, Macarıstanın "MOL Fehervar" klubu Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emrelini transfer etmək istəyir.
Yüksək Liqa təmsilçisi Varşava klubu ilə danışıqları davam etdirir.
İddiaya görə, klub 24 yaşlı hücumçunun keçidi üçün qarşı tərəfə 1 milyon avro təklif edib.
"Legiya" rəhbərliyinin isə Emrelini komandada saxlamaq üçün cəhdləri hələlik nəticə vermir. Forvardın qış fasiləsində paytaxt klubunu tərk edəcəyi gözlənilir.
"MOL Fehervar" Macarıstan çempionatında 16 turdan sonra 26 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum ediblər. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, həmin hadisədən sonra oyuna və məşqlərə çıxmır.
Eləcə də oxuyun:
* "Neftçi"nin aparıcı legioneri çoxsaylı təkliflər alıb, bəs klub nə deyir?
* Avropa klubundan azərbaycanlı futbolçuya 1 milyonluq təklif
* İlin son oyun günü - "Qarabağ"lıların dueli
* Millətlər Liqasında Azərbaycan yığmasının rəqibləri bəlli oldu
* "Qarabağ" Fransa komandasını Bakıya gətirir
Xəbər lenti
0