Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" Fransa komandasını Bakıya gətirir

© REUTERS / MURAD SEZERUEFA Çempionlar Liqasının kuboku
UEFA Çempionlar Liqasının kuboku - Sputnik Azərbaycan, 1920, 13.12.2021
Abunə olmaq
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları 2022-ci il fevralın 16-17-də və 23-24-də, cavab qarşılaşmaları isə martın 9-10-da və 16-17-də keçiriləcək.
BAKI, 13 dekabr — Sputnik. “Qarabağ”ın Konfrans Liqasındakı növbəti rəqibi bəlli olub.
Sputnik Azərbaycan apasport.az saytına istinadən bildirir ki, qitənin üçüncü dərəcəli klub turnirində mübarizəni davam etdirən Azərbaycanın vitse-çempionu pley-offda “Marsel”lə (Fransa) qarşılaşacaq.
Qurban Qurbanovun yetirmələrinin rəqibi bugünkü püşkatmada müəyyənləşib. Qrup mərhələsində ikinci olan “Qarabağ”ın Avropa Liqasından üçüncü yer sahibi olan rəqibi ilə ilk matçı səfərdə keçirəcək.
Bu görüş gələn il fevralın 17-də baş tutacaq. Bir həftə sonra keçiriləcək cavab görüşü Bakıda təşkil olunacaq.
Qeyd edək ki, pley-offun qalibləri 1/8 finala yüksələcək. Qrup qaliblərinin birbaşa yüksəldiyi bu mərhələnin püşkü fevralın 25-də atılacaq.
Bu gün həmçinin Avropa Liqasında pley-offun püşkü atılıb. Qrup qaliblərinin birbaşa 1/8 finala yüksəldiyi Avropanın ikinci dərəcəli klub turnirində pley-offun 8 cütü müəyyənləşib.
Bu mərhələdə 16 komanda çıxış edəcək. Qrupunda ikinci yeri tutanlar Çempionlar Liqasının üçüncüləri ilə üz-üzə gələcəklər. İlk matçlar digər turnirdən yuvarlananların meydanında baş tutacaq.
Avropa Liqası
Pley-off

“Sevilya” (İspaniya) - “Dinamo” (Xorvatiya)
“Atalanta” (İtaliya) - “Olimpiakos” (Yunanıstan)
“Leypsiq” (Almaniya) - “Real-Sosyedad” (İspaniya)
“Barselona” (İspaniya) - “Napoli” (İtaliya)
“Zenit” (Rusiya) - “Betis” (İspaniya)
“Borussiya” (Dortmund, Almaniya) - “Reyncers” (Şotlandiya)
“Şerif” (Moldova) - “Braqa” (Portuqaliya)
“Porto” (Portuqaliya) - “Latsio” (İtaliya)
Qeyd edək ki, pley-offun ilk oyunları gələn il fevralın 17-də, cavab matçları 24-də keçiriləcək. Ayın 25-də isə 1/8 finalın püşkü atılacaq.
-----------
15:48
Bazar ertəsi, dekabrın 13-də futbol üzrə UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün səkkizdəbir final mərhələsinin püşkü atılıb.
Sputnik Azərbaycan xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində pley-offda qarşılaşacaq cütlüklər müəyyənləşib.
Püşkatma zamanı klublar səpələnmişlər və səpələnməmişlər səbətlərində yer alıblar. Səkkizdəbir finalda eyni ölkə təmsilçiləri və eyni qrupda yer alan klublar bir-biri ilə qarşılaşmayacaqlar. Qrup qalibləri ilk matçı səfərdə, cavab oyununu isə evdə keçirəcək.
Püşkatmanın nəticələri aşağıdakı kimidir:
"Benfika" (Portuqaliya) – "Real Madrid" (İspaniya);
"Vilyarreal" (İspaniya) – "Mançester Siti" (İngiltərə);
"Atletiko Madrid" (İspaniya) - "Bavariya" (Almaniya);
"Zaltsburq" (Avstriya) - "Liverpul" (İngiltərə);
"İnter" (İtaliya) - "Ayaks" (Niderland);
"Sportinq" (Portuqaliya) - "Yuventus" (İtaliya);
"Çelsi" (İngiltərə) - "Lill" (Fransa);
"Paris Sen-Jermen" (Fransa) - "Mançester Yunayted" (İngiltərə);
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları 2022-ci il fevralın 16-17-də və 23-24-də, cavab qarşılaşmaları isə martın 9-10-da və 16-17-də keçiriləcək. Dörddəbir final mərhələsinin görüşləri aprelin 5-6-da və 12-13-də, yarımfinal matçları aprelin 26-27-də və mayın 3-4-də oynanılacaq. Qitənin ən nüfuzlu klub turnirinin final görüşü mayın 28-də Sankt-Peterburqdakı "Qazprom Arena"da keçiriləcək.
Eləcə də oxuyun:
* “Qarabağ” futbol klubuna beş milyon manat ayrılıb
* "Qarabağ" futbolçuları ilk beşliyə düşüb
* "Qarabağ"ın Konfrans Liqasının arxada qalan hissəsindəki qazancı bəlli olub
* "Bazel"in futbolçusu "Qarabağ"la oyunda baş məşqçi ilə mübahisə edib
Xəbər lenti
0