Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Millətlər Liqasında Azərbaycan yığmasının rəqibləri bəlli oldu

© Sputnik / Murad OrujovМатч отборочного цикла чемпионата мира 2022 между сборными Азербайджана и Ирландии
Матч отборочного цикла чемпионата мира 2022 между сборными Азербайджана и Ирландии - Sputnik Azərbaycan, 1920, 16.12.2021
Abunə olmaq
Yarış AVRO-2024-ün pley-offuna vəsiqə də verəcək. Lakin bunun detalları çempionatın əsasnaməsi təsdiqləndikdən sonra bəlli olacaq.
BAKI, 16 dekabr — Sputnik. Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibləri bəlli olub.
Sputnik Azərbaycan apasport.az saytına istinadən bildirir ki, Canni de Byazinin yetirmələrinin rəqibləri İsveçrənin Nyon şəhərindəki püşkatmada müəyyənləşib.
Millimiz sayca üçüncü olacaq 2022/23 mövsümündə C liqasında mübarizə aparacaq. Püşkün nəticəsinə əsasən, yığmamız 3-cü qrupda yer alıb.
Komandamızın rəqibləri Slovakiya, Belarus və Qazaxıstan/Moldova cütünün qalibi olacaq. Liqa oyunlarına gələn ilin iyununda start veriləcək. Həmin vaxt 4 tur baş tutacaq. Digər iki tur sentyabrda təşkil olunacaq.
Millimiz qrup qalibi olsa, 2024/25 mövsümündə B liqasında oynamaq imkanı qazanacaq. Sonuncu yer isə D liqasına düşməmək uçun pley-offda mübarizə aparmaqla nəticələnəcək.
Qeyd edək ki, yarış AVRO-2024-ün pley-offuna vəsiqə də verəcək. Lakin bunun detalları çempionatın əsasnaməsi təsdiqləndikdən sonra bəlli olacaq.
Eləcə də oxuyun:
* Deputatlardan narazılıq: AZAL-ın qiymət siyasəti turistlərin gəlişinə mane olur
* "Qarabağ" Fransa komandasını Bakıya gətirir
* Təəssüf edirəm ki, Avropa futbol məkanında bu biabırçı ənənə davam edir - Əliyev
Xəbər lenti
0