Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Neftçi"nin aparıcı legioneri çoxsaylı təkliflər alıb, bəs klub nə deyir?

© Sputnik / Murad OrujovМатч первого квалификационного раунда Лиги европы между азербайджанским "Нефтчи" и северомакедонским клубом "Шкупи"
Матч первого квалификационного раунда Лиги европы между азербайджанским Нефтчи и северомакедонским клубом Шкупи - Sputnik Azərbaycan, 1920, 26.12.2021
Abunə olmaq
"Neftçi"nin idman direktoru Zaur Əzizov belçikalı futbolçu Sabir Buqrinin komandadan gedəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib.
BAKI, 26 dekabr - Sputnik. Buqrinə təkliflər var, amma ortada rəsmiləşən və ya yekunlaşan bir şey yoxdur.
Bunu "Neftçi" klubunun idman direktoru Zaur Əzizov belçikalı futbolçu Sabir Buqrinin komandadan gedəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirərkən deyib.
Klub rəsmisi bildirib ki, hələlik belçikalı yarımmüdafiəçi ilə sadəcə, maraqlanırlar:
"Yəni, hazırda "Buqrin gedir" deyə biləcəyimiz bir vəziyyət müzakirə mövzusu deyil. Müxtəlif ölkələrdən olan bir neçə klub onun xidmətində maraqlıdır. Onların arasında Azərbaycan təmsilçiləri mövcud deyil".
"Neftçi"dən ayrılması gündəmdə olan digər legioner Harramiz Soaresdir. Klubun idman direktoru San-Tome və Prinsipidən olan 31 yaşlı hücumçunun vəziyyətini oyunçunun özü ilə dəyərləndirəcəklərini söyləyib.
Azərbaycan millisinin sabiq futbolçusu Eddi İsrafilovun "ağ-qaralar"a mümkün keçidinə də toxunan Əzizov Report-a danışıqların davam etdiyini vurğulayıb.
Xəbər lenti
0