SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əliyevlə Paşinyan yenidən Rusiyada görüşə bilərlər – Erməni KİV

© Official website of President of Azerbaijan RepublicMünxendə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirilib
Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirilib - Sputnik Azərbaycan, 1920, 21.12.2021
Abunə olmaq
Əgər bu görüş baş tutsa, onda o, yekun görüş olacaq.
BAKI, 21 dekabr — Sputnik. Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan ilin sonuna kimi yenidən görüşə bilərlər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Past" nəşri yayıb.
"Əldə olunan ilkin razılaşmalara əsasən, Ermənistan və Azərbaycan rəhbərliyi ilin sonuna qədər Rusiyada yenə görüş keçirə bilərlər. Əgər bu görüş baş tutsa, onda bu, yekun görüş olacaq. İlkin məlumata görə, görüş geniştərkibli formatda keçiriləcək. Ölkə başçıları ilə yanaşı, görüşdə üçtərəfli komissiyanın üzvləri, müdafiə və xarici işlər nazirləri iştirak edəcəklər. Spekulyasiyalar və əlavə suallardan yayınmaq üçün görüş barədə rəsmi məlumatın onun baş tutmasından bir-iki gün əvvəl elan olunacağı istisna edilmir.

Brüssel görüşü

Əliyev, Paşinyan və Avropa İttifaqının sədri Şarl Mişelin üçtərəfli görüşü dekabrın 14-də Belçikanın paytaxtında baş tutub. Qafqaz ölkələrinin liderləri Brüsselə Şərq Tərəfdaşlığı sammitində iştirak etmək üçün gediblər.

Üç liderin Soçi görüşü

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.
Bəyanatda deyilir:
"Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin 2021-ci il noyabrın 26-da Soçi şəhərində görüşdük və Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tamamilə dayandırılması haqqında 2020-ci il 9 noyabr tarixli Bəyanatın, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli Bəyanatın yerinə yetirilməsinin gedişini müzakirə etdik.
Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduğumuzu təsdiq etdik. 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlardan irəli gələn, həllini gözləyən məsələlərin tezliklə həllinə yönəlmiş birgə səyləri fəallaşdırmaq barədə razılığa gəldik.
Regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə Rusiya sülhməramlı kontingentinin mühüm töhfəsini qeyd etdik.
Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik.
2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirdik. Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğuladıq.
Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcək".
Eləcə də oxuyun:
* Paşinyan Azərbaycan prezidentilə prinsipial razılaşmanı açıqladı
* Paşinyan regionda böyük sülhün anonsunu verdi
* Gorus-Qafan yolunda SOCAR-ın YDM-i və DSX postunun binası açıldı
* Prezident İlham Əliyevin dəhlizlə bağlı açıqlaması reallaşdırılmalıdır
* Paşinyan Azərbaycanla razılaşma barədə nə düşünür
* Putin Qarabağda olan Rusiya sülhməramlılarından danışdı
Xəbər lenti
0