https://sputnik.az/20211217/prezident-lham-eliyevin-dehlizle-bagli-aciqlamasi-reallasdirilmalidir-437325128.html
Prezident İlham Əliyevin dəhlizlə bağlı açıqlaması reallaşdırılmalıdır
Prezident İlham Əliyevin dəhlizlə bağlı açıqlaması reallaşdırılmalıdır
Sputnik Azərbaycan
Əliyevin Zəngəzur dəhlizinin açılmayacağı təqdirdə baş verə biləcəklərlə bağlı xəbərdarlığı xüsusi əhəmiyyət kəsb edir.
2021-12-17T13:54+0400
2021-12-17T13:54+0400
2021-12-17T13:58+0400
prezident ilham əliyev
siyasət
zəngəzur dəhlizi
elxan şahinoğlu
şarl mişel
arzu nağıyev
şərq tərəfdaşlığı
politoloq arzu nağıyev
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/42351/36/423513650_0:130:1000:693_1920x0_80_0_0_5378a86417f626d8231652cdc8f243cc.jpg
BAKI, 17 dekabr — Sputnik. Prezidentin Brüssel səfərində səsləndirdiyi fikirlər, xüsusən də "Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizinin eynisi olmalıdır" fikri geniş rezonans yaradıb.Dekabrın 15-də isə Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.Sputnik Azərbaycan İlham Əliyevin Makronla görüşü və dəhliz barədə səsləndirdiyi fikirlərlə bağlı politoloq Elxan Şahinoğlunun və millət vəkili Arzu Nağıyevin mövqeyini öyrənib.Politoloq Elxan Şahinoğlu bildirib ki, Brüssel görüşündəki bəyanat Azərbaycanın maraqlarına cavab verir: "Diqqət çəkən məqam odur ki, bəyanatda ATƏT-in Minsk Qrupu haqqında heç nə deyilmir. Bir məsələ də aydın oldu ki, Ermənistan ona dəstək verən siyasi mərkəzlərə arxalanaraq dəhliz məsələsinin problem olaraq qalmasında maraqlıdır. Bu baxımdan dövlət başçısının Zəngəzur dəhlizinin açılmayacağı təqdirdə baş verə biləcəklərlə bağlı xəbərdarlığı xüsusi əhəmiyyət kəsb edir".Politoloq qeyd edib ki, Azərbaycan Laçın dəhlizini nəzarətə götürməlidir: "Oradan qanunsuz keçidlər baş verir, silah daşınır. Bu baxımdan Prezident İlham Əliyevin dəhlizlə bağlı açıqlaması düzgün siyasətdir və bu reallaşdırılmalıdır"."Amma Brüssel bəyanatını saziş kimi qəbul etmək sadəlövhlük olardı. Biz onların bəyanatlara sadiq olmadığını dəfələrlə görmüşük. Makronla keçirilən görüşü də Fransanın Azərbaycanla bağlı siyasətində düzəlişlər etməsi və münasibətləri normallaşdırma cəhdi kimi anlaya bilərik. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Bu baxımdan Brüsseldə keçirilən görüşləri ölkəmiz üçün faydalı hesab edirəm", – deyə politoloq vurğulayıb.Millət vəkili Arzu Nağıyev düşünür ki, Zəngəzur dəhlizi birmənalı olaraq açılmalıdır və açılacaq. Onun sözlərinə görə, bu, Şimal-Cənub, Şərq-Qərb arasında logistik fəaliyyətin reallaşdırılması, eyni zamanda kommunikasiya baxımından ən mühümüdür: "Sadəcə Ermənistan tərəfi, xüsusən də Nikol Paşinyan dəhliz yox, ərazi verilməsindən danışır və qeyd edir ki, həmin ərazidə də gömrük postları qurulsun, bu isə dəhliz demək deyil".Millət vəkili Fransa prezidentinin keçirdiyi qeyri-formal görüş barədə isə deyib ki, bu ölkə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir, ancaq o da məlumdur ki, həmsədrlərin fəaliyyəti qeyri-ciddi bəyanatlardan başqa nə iləsə yadda qalmayıb: "Fransa Avropa İttifaqının aparıcı dövlətlərindən biridir və özünün vacib partnyor olduğunu dəfələrlə nümayiş etdirib. İndi də nəyin bahasına olursa-olsun Ermənistanın yanında olduğunu göstərmək istəyir. İşğalın davam etdiyi dövrdə də Fransanın həm siyasi, həm iqtisadi maraqları vardı"."Prezident İlham Əliyevin xarici mediaya verdiyi müsahibədə də Azərbaycanın diktə edən tərəf olmasını gördük. Azərbaycan bu gün gedən proseslərdə gündəmi formalaşdıran tərəfdir. Hazırkı gündəlikdə duran məsələlərin – delimitasiya və demarkasiya, Zəngəzur dəhlizinin açılmasında qəti mövqeyini ifadə edib. Azərbaycan Şərq Tərəfdaşlığı müstəvisində üzərinə götürdüyü öhdəliklərin böyük hissəsini yerinə yetirib. Gələcək danışıqlarda da bu istiqamətdə müsbət nəticələr əldə ediləcək".Eləcə də oxuyun:* Azərbaycan "Şərq Tərəfdaşlığı"nın bəyannaməsində Belarusla bağlı bəndə qoşulmayıb* Moskva Əliyevlə Paşinyanın görüşünə münasibət bildirdi* İlham Əliyev Şarl Mişellə görüşdü - Yenilənib* Fransa prezidenti Azərbaycan dilində danışır?
zəngəzur dəhlizi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42351/36/423513650_45:0:969:693_1920x0_80_0_0_89c6ab109c01540e4e477b97b4ceaa70.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
paşinyan dəhliz yox ərazi verilməsindən danışır
paşinyan dəhliz yox ərazi verilməsindən danışır
Prezident İlham Əliyevin dəhlizlə bağlı açıqlaması reallaşdırılmalıdır
13:54 17.12.2021 (Yenilənib: 13:58 17.12.2021) Ermənistan tərəfi, xüsusən də Nikol Paşinyan dəhliz yox, ərazi verilməsindən danışır. Qeyd edir ki, həmin ərazidə də gömrük postları qurulsun, bu isə dəhliz demək deyil.
BAKI, 17 dekabr — Sputnik. Prezidentin Brüssel səfərində səsləndirdiyi fikirlər, xüsusən də "Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizinin eynisi olmalıdır" fikri geniş rezonans yaradıb.
Dekabrın 15-də isə Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.
Sputnik Azərbaycan İlham Əliyevin Makronla görüşü və dəhliz barədə səsləndirdiyi fikirlərlə bağlı politoloq Elxan Şahinoğlunun və millət vəkili Arzu Nağıyevin mövqeyini öyrənib.
Politoloq Elxan Şahinoğlu bildirib ki, Brüssel görüşündəki bəyanat Azərbaycanın maraqlarına cavab verir:
"Diqqət çəkən məqam odur ki, bəyanatda ATƏT-in Minsk Qrupu haqqında heç nə deyilmir. Bir məsələ də aydın oldu ki, Ermənistan ona dəstək verən siyasi mərkəzlərə arxalanaraq dəhliz məsələsinin problem olaraq qalmasında maraqlıdır. Bu baxımdan dövlət başçısının Zəngəzur dəhlizinin açılmayacağı təqdirdə baş verə biləcəklərlə bağlı xəbərdarlığı xüsusi əhəmiyyət kəsb edir".
Politoloq qeyd edib ki, Azərbaycan Laçın dəhlizini nəzarətə götürməlidir: "Oradan qanunsuz keçidlər baş verir, silah daşınır. Bu baxımdan Prezident İlham Əliyevin dəhlizlə bağlı açıqlaması düzgün siyasətdir və bu reallaşdırılmalıdır".
"Amma Brüssel bəyanatını saziş kimi qəbul etmək sadəlövhlük olardı. Biz onların bəyanatlara sadiq olmadığını dəfələrlə görmüşük. Makronla keçirilən görüşü də Fransanın Azərbaycanla bağlı siyasətində düzəlişlər etməsi və münasibətləri normallaşdırma cəhdi kimi anlaya bilərik. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Bu baxımdan Brüsseldə keçirilən görüşləri ölkəmiz üçün faydalı hesab edirəm", – deyə politoloq vurğulayıb.
Millət vəkili Arzu Nağıyev düşünür ki, Zəngəzur dəhlizi birmənalı olaraq açılmalıdır və açılacaq. Onun sözlərinə görə, bu, Şimal-Cənub, Şərq-Qərb arasında logistik fəaliyyətin reallaşdırılması, eyni zamanda kommunikasiya baxımından ən mühümüdür: "Sadəcə Ermənistan tərəfi, xüsusən də Nikol Paşinyan dəhliz yox, ərazi verilməsindən danışır və qeyd edir ki, həmin ərazidə də gömrük postları qurulsun, bu isə dəhliz demək deyil".
Millət vəkili Fransa prezidentinin keçirdiyi qeyri-formal görüş barədə isə deyib ki, bu ölkə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir, ancaq o da məlumdur ki, həmsədrlərin fəaliyyəti qeyri-ciddi bəyanatlardan başqa nə iləsə yadda qalmayıb: "Fransa Avropa İttifaqının aparıcı dövlətlərindən biridir və özünün vacib partnyor olduğunu dəfələrlə nümayiş etdirib. İndi də nəyin bahasına olursa-olsun Ermənistanın yanında olduğunu göstərmək istəyir. İşğalın davam etdiyi dövrdə də Fransanın həm siyasi, həm iqtisadi maraqları vardı".
"Prezident İlham Əliyevin xarici mediaya verdiyi müsahibədə də Azərbaycanın diktə edən tərəf olmasını gördük. Azərbaycan bu gün gedən proseslərdə gündəmi formalaşdıran tərəfdir. Hazırkı gündəlikdə duran məsələlərin – delimitasiya və demarkasiya, Zəngəzur dəhlizinin açılmasında qəti mövqeyini ifadə edib. Azərbaycan Şərq Tərəfdaşlığı müstəvisində üzərinə götürdüyü öhdəliklərin böyük hissəsini yerinə yetirib. Gələcək danışıqlarda da bu istiqamətdə müsbət nəticələr əldə ediləcək".