https://sputnik.az/20211221/pasinyan-azerbaycan-prezidentile-prinsipial-razilasmani-aciqladi-437448396.html
Paşinyan Azərbaycan prezidentilə prinsipial razılaşmanı açıqladı
Paşinyan Azərbaycan prezidentilə prinsipial razılaşmanı açıqladı
Sputnik Azərbaycan
Ermənistanın baş naziri Soçi və Brüsseldə keçirilən görüşlərdə İlham Əliyevlə əldə edilən prinsipial razılaşmanın detallarını açıqlayıb. 21.12.2021, Sputnik Azərbaycan
2021-12-21T15:16+0400
2021-12-21T15:16+0400
2021-12-21T15:16+0400
siyasət
prezident ilham əliyev
razılaşma
azərbaycan
prinsip
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/42316/33/423163356_0:52:996:612_1920x0_80_0_0_4e69aacc7c4b49b4ea93ff138d11fff3.jpg
BAKI, 21 dekabr — Sputnik. Ermənistan və Azərbaycan arasında avtomobil yolu açıla bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə Gürcüstan-Ermənistan hökumətlərarası komissiyanın iclasında çıxışı zamanı bildirib.Onun sözlərinə görə, İlham Əliyevlə müvafiq olaraq Vladimir Putinin və Şarl Mişelin vasitəçiliyi ilə Soçi və Brüsseldə keçirilən görüşlər zamanı Ermənistan və Azərbaycan dəmiryolu xəttinin açılması barədə razılığa gəlinib: "Biz dəmiryolu xəttinin bərpası haqqında Azərbaycan Prezidenti İlham Əliyevlə prinsipial razılaşma əldə etdik. Söhbət Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmiryolunun bərpasından gedir və ümid edirik ki, işləri 2-3 il ərzində yekunlaşdıracağıq".Brüssel görüşüƏliyev, Paşinyan və Avropa İttifaqının sədri Şarl Mişelin üçtərəfli görüşü dekabrın 14-də Belçikanın paytaxtında baş tutub. Qafqaz ölkələrinin liderləri Brüsselə Şərq Tərəfdaşlığı sammitində iştirak etmək üçün gediblər.Üç liderin Soçi görüşüNoyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.Bəyanatda deyilir:"Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin 2021-ci il noyabrın 26-da Soçi şəhərində görüşdük və Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tamamilə dayandırılması haqqında 2020-ci il 9 noyabr tarixli Bəyanatın, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli Bəyanatın yerinə yetirilməsinin gedişini müzakirə etdik.Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduğumuzu təsdiq etdik. 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlardan irəli gələn, həllini gözləyən məsələlərin tezliklə həllinə yönəlmiş birgə səyləri fəallaşdırmaq barədə razılığa gəldik.Regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə Rusiya sülhməramlı kontingentinin mühüm töhfəsini qeyd etdik.Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik.2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirdik. Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğuladıq.Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcək".Eləcə də oxuyun:* Paşinyan regionda böyük sülhün anonsunu verdi* Gorus-Qafan yolunda SOCAR-ın YDM-i və DSX postunun binası açıldı* Prezident İlham Əliyevin dəhlizlə bağlı açıqlaması reallaşdırılmalıdır* Paşinyan Azərbaycanla razılaşma barədə nə düşünür
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42316/33/423163356_104:0:996:669_1920x0_80_0_0_98f4ff76681b58c0018b90ef1ca59528.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
paşinyan azərbaycan prezidenti prinsipial razılaşma açıqladı əliyev ermənistan
paşinyan azərbaycan prezidenti prinsipial razılaşma açıqladı əliyev ermənistan
Paşinyan Azərbaycan prezidentilə prinsipial razılaşmanı açıqladı
Ermənistanın baş naziri Soçi və Brüsseldə keçirilən görüşlərdə İlham Əliyevlə əldə edilən prinsipial razılaşmanın detallarını açıqlayıb.
BAKI, 21 dekabr — Sputnik. Ermənistan və Azərbaycan arasında avtomobil yolu açıla bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə Gürcüstan-Ermənistan hökumətlərarası komissiyanın iclasında çıxışı zamanı bildirib.
"Ermənistan Fars körfəzindən Şimal dənizinə qədər olan beynəlxalq marşruta xüsusi önəm verir. Qeyd etmək istəyirəm ki, hazırda iki layihənin müzakirəsi gedir: Biz Ermənistan-Gürcüstan sərhədini İranla birləşdirəcək Şimal-Cənub yolunu qururuq. Eyni zamanda, əgər biz Azərbaycanla avtomobil yolunun yenidən bərpasına dair razılığa gələ bilsək, layihə əhəmiyyətli dərəcədə dəyişəcək və Şimal-Cənub-Şərq-Qərb marşrutuna çevriləcək", - deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, İlham Əliyevlə müvafiq olaraq Vladimir Putinin və Şarl Mişelin vasitəçiliyi ilə Soçi və Brüsseldə keçirilən görüşlər zamanı Ermənistan və Azərbaycan dəmiryolu xəttinin açılması barədə razılığa gəlinib: "Biz dəmiryolu xəttinin bərpası haqqında Azərbaycan Prezidenti İlham Əliyevlə prinsipial razılaşma əldə etdik. Söhbət Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmiryolunun bərpasından gedir və ümid edirik ki, işləri 2-3 il ərzində yekunlaşdıracağıq".
Əliyev, Paşinyan və Avropa İttifaqının sədri Şarl Mişelin üçtərəfli görüşü dekabrın 14-də Belçikanın paytaxtında baş tutub. Qafqaz ölkələrinin liderləri Brüsselə Şərq Tərəfdaşlığı sammitində iştirak etmək üçün gediblər.
Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.
"Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin 2021-ci il noyabrın 26-da Soçi şəhərində görüşdük və Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tamamilə dayandırılması haqqında 2020-ci il 9 noyabr tarixli Bəyanatın, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli Bəyanatın yerinə yetirilməsinin gedişini müzakirə etdik.
Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduğumuzu təsdiq etdik. 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlardan irəli gələn, həllini gözləyən məsələlərin tezliklə həllinə yönəlmiş birgə səyləri fəallaşdırmaq barədə razılığa gəldik.
Regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə Rusiya sülhməramlı kontingentinin mühüm töhfəsini qeyd etdik.
Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik.
2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirdik. Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğuladıq.
Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcək".