SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Putin Qarabağda olan Rusiya sülhməramlılarından danışdı

© AFP 2023Rusiya sülhməramlılarının əsgəri
Rusiya sülhməramlılarının əsgəri - Sputnik Azərbaycan, 1920, 21.12.2021
Abunə olmaq
Rusiya lideri sülhməramlı tapşırıqları yerinə yetirən şəxsi heyətə təşəkkür edib.
BAKI, 21 dekabr — Sputnik. Rusiya sülhməramlılarının mövcudluğu sayəsində Qarabağda humanitar vəziyyət yaxşılaşıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin geniştərkibli kollegiya iclasında çıxışı zamanı bildirib.
"Bir ildən artıqdır ki, bizim sülhməramlılarımız Qarabağda sabitliyi dəstəkləməyə yardım edirlər. Bir çox hallarda onların səyləri sayəsində humanitar vəziyyət yaxşılaşıb, bir sıra rayonlarda minatəmizləmə işləri həyata keçirilib, sosial infrastruktur obyektləri bərpa olunur, tarixi və mədəni abidələr saxlanılıb", - deyə Putin qeyd edib.
Rusiya lideri sülhməramlı tapşırıqları yerinə yetirən şəxsi heyətə peşəkarlığına, dözümlülüyünə və möhkəmliyinə görə təşəkkür edib.
Xatırladaq ki, 10.10.2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar. Bəyanata görə, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Eləcə də oxuyun:
* RF Baş Qərargah rəisi Rusiya sülhməramlılarının Qarabağdakı vəzifələri barədə
* Moskva Əliyevlə Paşinyanın görüşünə münasibət bildirdi
* Paşinyan Azərbaycan prezidentilə prinsipial razılaşmanı açıqladı
Xəbər lenti
0