https://sputnik.az/20211220/ran-xn-rehberi-azerbaycana-gelecek-437405252.html
İran XİN rəhbəri Azərbaycana gələcək
İran XİN rəhbəri Azərbaycana gələcək
Sputnik Azərbaycan
Əmirhüseyn Abdullahian Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti əsasında ölkəyə gəlir. 20.12.2021, Sputnik Azərbaycan
2021-12-20T14:22+0400
2021-12-20T14:22+0400
2021-12-20T14:42+0400
iran
siyasət
əmir abdullahiyan
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/17/434523797_0:0:3190:1794_1920x0_80_0_0_ed97a3a55107bc2c053e474c97298869.jpg
BAKI, 20 dekabr — Sputnik. İranın xarici işlər naziri Əmirhüseyn Abdullahian həftənin sonunda Azərbaycana səfər edəcək.Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə dekabrın 20-də keçirdiyi həftəlik brifinqdə bildirib.O deyib ki, səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti əsasında həyata keçiriləcək.Qeyd edək ki, dekabrın 19-da İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin İslamabadda keçirilən toplantısı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında görüş keçirilib.İran və Azərbaycanın xarici siyasət idarələrinin rəhbərləri iki ölkə arasında inkişaf edən əlaqələrdən məmnunluq ifadə edərək, əməkdaşlıq sahəsində baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.Görüşdə tərəflər münasibətlərin inkişaf tendensiyasından məmnunluq ifadə ediblər, həmçinin iki ölkə arasında əməkdaşlıqla bağlı son proseslər diqqət mərkəzində olub.Azərbaycanın xarici işlər naziri iranlı həmkarını Bakıya dəvət edib.Xatırladaq ki, Azərbaycan polisi sentyabrın 15-də Gorus-Qafan avtomobil yolunda iki iranlı yük maşını sürücüsünü saxlayıb. Onlar Dağlıq Qarabağa qanunsuz yük daşımaqda ittiham olunublar.Bundan əvvəl Azərbaycan Gorus-Qafan yolunun müəyyən hissələrində polis postları yaradıb.Bundan sonra Tehranla Bakı arasında münasibətlərdə gərginlik nəzərəçarpacaq dərəcədə artıb.İran hakimiyyəti də Azərbaycanın İsraillə sıx əməkdaşlıq etməsindən şübhələnir.Tehran İsraili Azərbaycan vasitəsilə İran sərhədlərinə yaxınlaşmaqda, Dağlıq Qarabağdakı vəziyyətdən sui-istifadə etməkdə, həmçinin Bakı ilə münaqişəni qızışdırmaqda ittiham edib.Həmçinin oxuyun:* İran XİN rəhbəri Bayramovla söhbətindən sonra münasibətlərə şərh verdi* Ceyhun Bayramovla iranlı həmkarı arasında telefon danışığı olub* Ərdoğanın Cənuba mesajı – İrandakı dairələr narahatdır* Rusiya XİN-dən Azərbaycan-İran münasibətlərinə tövsiyə* İrandan sensasiyalı qərar: Yük maşınlarının Qarabağ və Laçına girişi qadağan olundu* Xankəndiyə qanunsuz yük apardığına görə saxlanan iranlı sürücülər ölkələrinə qaytarılıblar
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/17/434523797_461:0:3190:2047_1920x0_80_0_0_667982f00aed20c0721793d0be40d338.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iranlı nazir azərbaycanla mübahisəli məsələləri dartışacaq
iranlı nazir azərbaycanla mübahisəli məsələləri dartışacaq
İran XİN rəhbəri Azərbaycana gələcək
14:22 20.12.2021 (Yenilənib: 14:42 20.12.2021) Əmirhüseyn Abdullahian Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti əsasında ölkəyə gəlir.
BAKI, 20 dekabr — Sputnik. İranın xarici işlər naziri Əmirhüseyn Abdullahian həftənin sonunda Azərbaycana səfər edəcək.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə dekabrın 20-də keçirdiyi həftəlik brifinqdə bildirib.
O deyib ki, səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti əsasında həyata keçiriləcək.
Qeyd edək ki, dekabrın 19-da İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin İslamabadda keçirilən toplantısı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında görüş keçirilib.
İran və Azərbaycanın xarici siyasət idarələrinin rəhbərləri iki ölkə arasında inkişaf edən əlaqələrdən məmnunluq ifadə edərək, əməkdaşlıq sahəsində baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.
Görüşdə tərəflər münasibətlərin inkişaf tendensiyasından məmnunluq ifadə ediblər, həmçinin iki ölkə arasında əməkdaşlıqla bağlı son proseslər diqqət mərkəzində olub.
Azərbaycanın xarici işlər naziri iranlı həmkarını Bakıya dəvət edib.
Xatırladaq ki, Azərbaycan polisi sentyabrın 15-də Gorus-Qafan avtomobil yolunda iki iranlı yük maşını sürücüsünü saxlayıb. Onlar Dağlıq Qarabağa qanunsuz yük daşımaqda ittiham olunublar.
Bundan əvvəl Azərbaycan Gorus-Qafan yolunun müəyyən hissələrində polis postları yaradıb.
Bundan sonra Tehranla Bakı arasında münasibətlərdə gərginlik nəzərəçarpacaq dərəcədə artıb.
İran hakimiyyəti də Azərbaycanın İsraillə sıx əməkdaşlıq etməsindən şübhələnir.
Tehran İsraili Azərbaycan vasitəsilə İran sərhədlərinə yaxınlaşmaqda, Dağlıq Qarabağdakı vəziyyətdən sui-istifadə etməkdə, həmçinin Bakı ilə münaqişəni qızışdırmaqda ittiham edib.
* Ceyhun Bayramovla iranlı həmkarı arasında
telefon danışığı olub
*
Ərdoğanın Cənuba mesajı – İrandakı dairələr narahatdır
*
İrandan sensasiyalı qərar: Yük maşınlarının Qarabağ və Laçına girişi qadağan olundu
* Xankəndiyə qanunsuz yük apardığına görə saxlanan
iranlı sürücülər ölkələrinə qaytarılıblar