https://sputnik.az/20211021/rusiya-xn-den-azerbaycan-ran-munasibetlerine-tovsiye-434454481.html
Rusiya XİN-dən Azərbaycan-İran münasibətlərinə tövsiyə
Rusiya XİN-dən Azərbaycan-İran münasibətlərinə tövsiyə
Sputnik Azərbaycan
BAKI, 21 oktyabr - Sputnik. Moskva ümid edir ki, İran və Azərbaycan sərhəddəki situasiyanı siyasi-diplomatik üsullarla yoluna qoyacaqlar. 21.10.2021, Sputnik Azərbaycan
2021-10-21T17:52+0400
2021-10-21T17:52+0400
2021-10-21T17:52+0400
rusiya
iran
rusiya federasiyası
mariya zaxarova
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427609550_0:0:3314:1864_1920x0_80_0_0_d450893b527b5da50e16fa6fbf30c3c9.jpg
BAKI, 21 oktyabr - Sputnik. Moskva ümid edir ki, İran və Azərbaycan sərhəddəki situasiyanı siyasi-diplomatik üsullarla yoluna qoyacaqlar.Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi cümə axşamı brifinqində deyib.Qeyd edək ki, İran Azərbaycanla sərhəddə sentyabrın son həftəsində hərbi təlimlərə başlayıb. Cənub qonşumuzun "Xeybərin Fatehləri" adlandırdığı təlimlərdə İranın Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərlə yanaşı, zirehli texnikalar, artilleriya qurğuları və pilotsuz uçuş aparatları iştirak edib.Cümə axşamı, oktyabrın 21-də Afrika səfərindən dönən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan da İran-Azərbaycan münasibətlərinə dair fikir bildirib. "İsrailin Azərbaycanla olan münasibətlərinə görə İran Azərbaycanı hədəf almaq kimi bir duruma girməz. Çünki bu gün İrandakı azərbaycanlıların sayı bəllidir. Görülən iş səhvdir. İranın yeni rəhbərliyi, belə hesab edirəm ki, bu yanlışı davam etdirməz", - İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi barədə sualı cavablayarkən Türkiyənin dövlət başçısı qeyd edib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427609550_396:0:3127:2048_1920x0_80_0_0_050d8a58b92a5d5730634c565ebff1cf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, rusiya federasiyası, mariya zaxarova, azərbaycan
iran, rusiya federasiyası, mariya zaxarova, azərbaycan
Rusiya XİN-dən Azərbaycan-İran münasibətlərinə tövsiyə
BAKI, 21 oktyabr - Sputnik. Moskva ümid edir ki, İran və Azərbaycan sərhəddəki situasiyanı siyasi-diplomatik üsullarla yoluna qoyacaqlar.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi
Mariya Zaxarova ənənəvi cümə axşamı brifinqində deyib.
"Azərbaycan və İran sərhədində gərginliyin azaldılmasını ardıcıllıqla dəstəkləyirik. Əminik ki, bu iki bir-birinə yaxın dövlətin münasibətlərindəki bütün məsələlər istisnasız olaraq siyasi-diplomatik metodlarla həll olunmalı, dinc qonşuluq ruhunda dəf edilməlidir", - Zaxarova əlavə edib.
Qeyd edək ki, İran Azərbaycanla sərhəddə sentyabrın son həftəsində hərbi təlimlərə başlayıb. Cənub qonşumuzun "Xeybərin Fatehləri" adlandırdığı təlimlərdə İranın Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərlə yanaşı, zirehli texnikalar, artilleriya qurğuları və pilotsuz uçuş aparatları iştirak edib.
Cümə axşamı, oktyabrın 21-də Afrika səfərindən dönən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan da İran-Azərbaycan münasibətlərinə dair fikir bildirib.
"İsrailin Azərbaycanla olan münasibətlərinə görə İran Azərbaycanı hədəf almaq kimi bir duruma girməz. Çünki bu gün İrandakı azərbaycanlıların sayı bəllidir. Görülən iş səhvdir. İranın yeni rəhbərliyi, belə hesab edirəm ki, bu yanlışı davam etdirməz", - İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi barədə sualı cavablayarkən Türkiyənin dövlət başçısı qeyd edib.