DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İrandan sensasiyalı qərar: Yük maşınlarının Qarabağ və Laçına girişi qadağan olundu

© AFP 2024İrana məxsus yük maşını, arxiv şəkli
İrana məxsus yük maşını, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.10.2021
Abunə olmaq
İranın beynəlxalq daşıma və tranzit yollar idarəsi bəyan edib ki, Qarabağ bölgəsi ilə hər hansı ticarət sazişinin imzalanması və nəqliyyat şirkətləri tərəfindən daşıma bəyannamələrinin hazırlanması qadağan olunur.
BAKI, 20 oktyabr — Sputnik. İran sürücüləri və vətəndaşlarının Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və Laçın rayonuna girişi qadağandır.
Sputnik Azərbaycan "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın beynəlxalq daşıma və tranzit yollar idarəsinin daşıma şirkətlərinə göndərdiyi məktubda bildirilir.
Məktubda qeyd olunur ki, Qarabağ bölgəsi ilə hər hansı ticarət sazişinin imzalanması və nəqliyyat şirkətləri tərəfindən daşıma bəyannamələrinin hazırlanması qadağan olunur.
İki ölkə arasında münasibətlərin gərginlik xətti üzrə irəliləməsi sentyabrın 12-dən, Azərbaycan Gorus-Qafan yolunda polis postu qoyaraq İrana məxsus yük maşınlarını yoxlamağa başlamasından sonra müşahidə olunub.
Bundan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Prezident köməkçisi Hikmət Hacıyevlə görüşsə də, bundan bir-iki gün sonra həmin yoldan istifadə edən iki iranlı sürücü "Azərbaycan ərazilərinə qanunsuz girmə" ittihamı ilə saxlanıb.
Prezident İlham Əliyev xarici mediaya verdiyi müsahibələrin birində bildirib ki, Azərbaycan torpaqlarını azad etdikdən sonra da Qarabağa İrana məxsus yük maşınlarının girməsi məlumatlarını alıblar və bunu dayandırmaq üçün İranla "dostca danışıblar və buna son qoyulmalı olduğunu deyiblər".
Həmçinin oxuyun:
* Köhnə İran, bağlanan narkotrafik, Qafqazı gözləyən soyuq qış
* Azərbaycan-İran münasibətlərində gərginlik: İranı nə təhrik edir?
* Gömrük Komitəsi İranla bağlı məlumata aydınlıq gətirdi
* Narkotrafikin kəsilmiş yolu: İran dayanmamaqda israrlıdır
Xəbər lenti
0