CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xankəndiyə qanunsuz yük apardığına görə saxlanan iranlı sürücülər ölkələrinə qaytarılıblar

© Pexels Hugo Santos / driverSürücü
Sürücü - Sputnik Azərbaycan, 1920, 21.10.2021
Abunə olmaq
BAKI, 21 oktyabr - Sputnik. Azərbaycan Respublikası humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək İran İslam Respublikasının vətəndaşları Barzegar Haghı Jafar GhazanfarNorouzı Shahroud Heıdari müvafiq razılaşmaya əsasən, oktyabrın 21-i səhər saatlarında öz ölkələrinə qaytarıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumat Azərbaycan Dövlət Gömrük Komitəsinin saytında yer alıb.
"Xatırladaq ki, adıçəkilən şəxslər malları sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinə görə saxlanılmışdılar", - məlumatda deyilir.
Qeyd edək ki, oktyabrın 13-də İranın "Mehr" agentliyi adıçəkilən şəxslərin İrana qaytarıldığını iddia etmiş, ancaq Azərbaycan Dövlət Gömrük Komitəsi məlumatı təkzib etmişdi.
Eləcə də oxuyun:
* Azərbaycan Gömrük Komitəsi iranlı sürücülərin sərbəst buraxılmasını təkzib etdi
* İrandan sensasiyalı qərar: Yük maşınlarının Qarabağ və Laçına girişi qadağan olundu
* Gömrük Komitəsi İranla bağlı məlumata aydınlıq gətirdi
Xəbər lenti
0