Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Müdirin qaşığı və ya Novruzəlinin davamçıları

© Sputnik / Павел ЛисицынQarabaşaq, arxiv şəkli
Qarabaşaq, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.12.2021
Abunə olmaq
Ruhun şad olsun, Mirzə Cəlil...
BAKI, 20 dekabr — Sputnik. Dekabrın 16-cı günü idi. Hava çox da soyuq deyildi. Payızın son günləri olsa da, qar əlaməti görsənmirdi. Zəhmət çəkib sərgiyə gəlmiş şair dostumla Milli Kitab Sərgisinin işıqlı və geniş salonunda dövrə vurub, qərara gəldim ki, kitab oxucularının və kitabçıların vəziyyəti yaxşıdır, belə ki, növbəti aylarda daha maraqlı sərgilər təşkil etmək olar. Şair dostum çox tələsirdi ölkədən getməyə; çünki onu dünyanın əmin-amanlıq içində yaşayan ölkələrinin birində, maraqlı ədəbi festival gözləyirdi. Və bir də ki, qorxurdu ölkədən kənarda yaşaya, məni bir də görməyə. Şair dostum girdi qoluma, məni Bakı İdman Sarayının ötən sərgiyə ev sahibliyi etmiş zirzəmifason bufetinə doğru çəkdi ki, bir tikə çörək yeyib, söhbət edək.
Endik bufetə. Üzərində süni güllər, çəngəl-qaşıqlar, turşu-salatar düzülmüş masalar səliqəli, nizamlı şəkildə yerləşdirilib. Yaxınlaşıb sifarişimizi verdik və keçib masaların birində oturduq. Bir az salatdan, bir az turşudan çəngəllə götürüb, əsas sifarişimizi gözləyə-gözləyə söhbətə daldıq. Bəxtimdən dostum dünyanın bir çox ölkəsində gəzib-dolaşmış, sərgi-festival, yarmarka görmüş, kitablar yazıb çap etdirmiş geniş biliklərə malik şəxsdir. Söhbətin şirin yerində – deyəsən, dünya ədəbiyyatındakı yeni tendensiyalardan danışırdıq – şərti olaraq Novruzəli adlandıracağım süfrəçi üstümüzə şığıdı ki, oturduğunuz masa müdriyyətə aiddir, qalxıb başqa yerdə oturmalısınız.
Dəxi, ona nəzakətlə bir tikə yeməyimizi yeyib qalxacağımızı söyləyib, bir-birimizə fağır-fağır baxdıq. Mən ölkədən kənarda çox az olmuşam. Ancaq qəti şəkildə əminəm ki, dünyanı gəzib-dolaşan şair dostum həyatında ilk dəfə belə münasibətlə rastlaşırdı. Bir qədər pərt olsam da, özümü toxtaq tutub, rezindən az fərqlənən çörəkdən, turşunun suyunda islanmş ağ rəngi solub-saralmış pendirdən bir tikə qoparıb ağzıma atmaq istədim. Elə bu dəmdə süfrəçi Novruzəlinin xalası – yəni, aşpaz qadın – oturduğumuz masaya qəfildən hücum etdi. Gözümüzü açıb-yumana qədər masadakı salatı, turşunu yığışdırdı. Qorxa-qorxa ağzıma aparmaq istədiyim pendir tikəsini çəngəlqarışıq əlimdən qapıb, bağırdı:

“Ay insan, bu salat da, turşu da, pendir də, bu çəngəl-qaşıq da Sarayın müdirinindir! Müdirimiz başqa çəngəl-qaşıqla yemək yeyə bilmir. Xüsusi qayğıyla hazırladığım salat da, bu kal pomidorun turşusu da, turşunun suyunda islanmş ağ rəngi solub-saralmış pendir də, hər gün parıldatdığım çəngəl-qaşıq da müdirindir!”

Şair dostum qorxusundan bir dəfə, mən isə iki dəfə udqunduq. Qarşımıza qoyduqları yüngülvari qaynadılmış qarabaşağa kövrək baxışlarla baxıb, başımızı buladıq. Yeməyin üstündəki toyuq tikəsi əzabla gülümsədi. Vallah-billah mənə elə gəldi ki, bişmiş toyuq şaqqanaq çəkib bizə gülür.
Bütün ciddi müzakirələrimizi yarımçıq saxlayıb qabaşağımızı yeyib, ayağa qalxdıq. Hesabı verib uzaqlaşanda, mətbəxdən hələ də Novruzəlinin xalasının səsi gəlirdi:

“Utanmazlara bax e, oturublar müdirin yerində, müdirin salatını, müdirin çəngəli ilə yeyirlər. Belə tərbiyəsizlik olar? Harada görünüb ki, müdirin çəngəli ilə adi adamlar yemək yesin?”

Şair dostum tələsik vidalaşıb, çıxıb-getdi. Qalsa, birlikdə çox kədərlənə bilərdik.
Saat yarımdan sonra süfrəçi Novruzəli Sarayın foyesində qarşıma çıxdı. Yekəpər bir adam, – deyəsən müdirin müavini idi – onu danlayır, o da günahını boynuna almırdı. “Müdirin çəngəlini adi adamlara vermək barəsində” ona deyilməyən söz qalmasa da, Novruzəli günahını boynuna almırdı. Hələ üç saat keçdi, nə yaxşı ki, bu xəbər müdirə çatmadı. Dostuma zəng elədim, hal-qəziyyəni danışdım. Şair bir qədər fikir elədi...
Həmçinin oxuyun:
"Zəhər tuluğu" bədii filminin Qala gecəsi keçiriləcək
Kirayə pulunu gecikdirən millət vəkili…
“Dünya səviyyəli” köşə yazısı
Xəbər lenti
0