Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Zəhər tuluğu" bədii filminin Qala gecəsi keçiriləcək

© Photo : O2Media"Zəhər tuluğu" filminin çəkilişləri zamanı
Zəhər tuluğu filminin çəkilişləri zamanı - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Abunə olmaq
İllər sonra ilk dəfə “Zəhər tuluğu” filmi eyni vaxtda bütün kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.
BAKI, 3 dekabr - Sputnik. Dekabr ayının 22-də, Heydər Əliyev Sarayında “Zəhər tuluğu” filminin premyerası baş tutacaq. Bir gün sonra isə kinoteatrlarda filmin nümayişinə başlanacaq.
Bu barədə Sputnik Azərbaycan-a filmin baş prodüseri Orxan Mərdan məlumat verib.
Sosial dram janrında çəkilən filmin istehsalat prosesi tamamlanıb və dekabr ayının 23-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.
Orxan Mərdan onu da vurğulayıb ki, illər sonra ilk dəfə “Zəhər tuluğu” filmi eyni vaxtda bütün kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. Sosial platformalarda geniş müzakirələrə səbəb olmuş və tamaşıçılar tərəfindən çox bəyənilmiş “Zəhər tuluğu” silsiləsinin qəhrəmanı Adili (Taleh Yüzbəyov) tamaşaçılar bu dəfə fərqli obrazda görəcək.
© Photo : O2Media"Zəhər tuluğu" filminin çəkilişləri zamanı
Zəhər tuluğu filminin çəkilişləri zamanı - Sputnik Azərbaycan, 1920, 09.11.2021
"Zəhər tuluğu" filminin çəkilişləri zamanı
Yaşadığı faciələrin, cəmiyyətin insanın xarakterinə müxtəlif təsirləri “Zəhər tuluğu” filmində ustalıqla işlənib.
Filmin baş prodüseri Orxan Mərdan, quruluşçu rejissorları Teleh Yüzbəyov və Orxan Mərdan, quruluşçu operatoru İman İmanov, ssenari müəllifləri Orxan Mərdan, Taleh Yüzbəyov, Pərviz Həsənov və Cəlil Cavanşirdir.
Filmdə Taleh Yüzbəyov, Ləman Mərrih, Nəzakət Heydərova, Əlixan Rəcəbov, Cavidan Novruz, Şaban İmkani, Kəmalə Onur, Zülfiyyə Qurbanova, xalq artisti Səidə Quliyeva, Tural Əhməd, əməkdar artist Rasim Cəfər, Oktay Mehdiyev, əməkdar artist Hüsniyyə Mürvətova, Könül Cəfərzadə, Emil Musayev, Nəsibə Eldarova və başqaları rol alıb.
Qala gecəsinə biletləri iTicket saytından əldə etmək mümkündür. 23 dekabr tarixindən etibarən isə kinoteatrlarda yayım başlanacaq. Biletləri artıq kinoteatrların kassalarından öncədən əldə edə bilərsiniz.
Xəbər lenti
0