https://sputnik.az/20211124/kiraye-pulunu-gecikdiren-millet-vekili-436592214.html
Kirayə pulunu gecikdirən millət vəkili…
Kirayə pulunu gecikdirən millət vəkili…
Sputnik Azərbaycan
Cəlil Cavanşir: Gələcəkdə kimsə bu parlamentodakı məbuslar haqqında kitab yazsa, mütləq bestseller olar. 24.11.2021, Sputnik Azərbaycan
2021-11-24T09:00+0400
2021-11-24T09:00+0400
2021-11-24T09:00+0400
məmur
yazarlar
ev
deputat
mənzil
artım
kirayə
kirayə haqqı
https://cdnn1.img.sputnik.az/img/42200/57/422005731_0:0:3129:1760_1920x0_80_0_0_be98cd71728369c690c0b459db2d0f65.jpg
BAKI, 23 noyabr — Sputnik. Bəri başdan deyim ki, gündəmi nəzərə alsaq, bu yazımı gecikmiş hesab edirəm. Ümid edirəm ki, buna görə məni qınamayacaqsınız. Sosial şəbəkələrdə və mətbuatda mövzu ətrafında xeyli müzakirələr, mübahisələr oldu. Ara sakitləşəndən sonra vaxt tapıb müzakirələrə yenidən göz gəzdirdim və düşündüm ki, gec də olsa bu kədərli mövzuya münasibətimi bildirim. Söhbət, deputat Razi Nurullayevin evsiz deputatların kirayə haqlarının qaldırılması ilə bağlı təklifindən gedir. Elə müzakirələr zamanı məlum oldu ki, evsiz deputatlara Milli Məclis tərəfindən 220 AZN məbləğində aylıq kirayə haqqı verilir və bugünkü şərtlərdə bu məbləğ kirayədə qalan hörmətli millət vəkilləri üçün azdır. Jurnalistlər araşdırıb ortaya çıxardı ki, rayonlardan seçilən təxminən on nəfər millət vəkilimiz Bakıda kirayədə qalır. Xüsusilə bu xəbər məni çox duyğulandırdı və millət vəkilləri ilə eyni səviyyədə yaşamağım, – mən də bəzi deputatlarımız kimi kirayədə qalıram – mənə toxtaqlıq verdi. Yoxsa gecə-gündüz kirayələrdə keçən ömrümü düşünüb, özümü fərasətsiz və bacarıqsız hesab edib, qınayırdım. Ölkənin taleyüklü məsələlərini müzakirə edib, millətin taleyi ilə bağlı qərarlarlara səs verən, seçicilərinin qayğısına qalan, ölkənin taleyində önəmli rol oynayan məbuslarımız da kirayədə qalırsa mən gərək özümü qınamayam. Bu məsələnin gündəmə gəlməyi mənim kimi neçə-neçə insanın yaralı qəlbinə məlhəm oldu.***Bütün hallarda məbuslarımıza dövlət ciddi şəkildə qayğı göstərməlidir. Mən hətta təklif edirəm ki, öz kasıb daxmasında yaşayan millət vəkillərinə – məzlum məbuslara kommunal xərclərdə də güzəşt olunmalı, onların kasıb daxmalarının qaz, işıq, su kimi önəmli xərcləri heç olmasa yarıbayarı azaldılmalıdır. Eyni zamanda hər bir parlament üzvünə beşillik nəqliyyat kartları paylanmalıdır. Üstəlik, ehtiyacı olan şəxslər üçün mütəmadi keçirilən yardım kampaniyalarında məbuslarımızı da xatırlayıb evlərinə düyüdən, çaydan, qənddən, duru yağdan göndərmək lazımdır. Millətin və dövlətin taleyi üçün önəmli işlər görən bu ziyalıları dövlət öz himayəsinə almalı, onların iqtisadi rifahını təmin etməlidir ki, bu fağırlar da xalqın taleyini düşünə bilsinlər. Yoxsa iqtisadi problemlərin məngənəsində əzilən parlamentarilər seçicisinə necə vaxt ayıra bilər?***Təsəvvür edin ki, parlamentə qızğın müzakirələr gedir, məsələn məbus Tahir Kərimli xalqın və millətin rifahı naminə deputatlar və Milli Məclisin əməkdaşları üçün yeni avtomobillər verilməsini təklif edir. Elə bu məqamda kirayədə yaşayan məbuslardan birinə – Cavid Osmanova, Vüqar İskəndərova, Ramil Həsənə, Cəbi Quliyeva, Ülviyyə Həmzəyevaya, Müşfiq Cəfərova, Pərvin Kazımzadəyə və ya Naqif Həmzəyevə – ev sahibi zəng edib, kirayə pulunun vaxtı çatdığını deyir. O da pıçıltıyla parlamentin iclasında olduğunu, indi danışa bilmədiyini deyib, telefonu səssiz rejimə keçirir. Amma ev sahibi əl çəkmir, israrla zəng edir, cavab verilməyəndə də "votsap"dan hücumu davam etdirir. Təsəvvür edin ki, məbus Ramin Həsən müəllimə ev sahibi yazır:Təsəvvür edirsiniz, taleyüklü bir məsələnin müakirəsi zamanı, sizin qabağı 211-lə başlayan nömrənizə belə pinti yazılmış mesaj gəlir. Ramin müəllimdə əsəbi halda ev sahibini qıcıqlandırmaq üçün yazır:Beləcə parlamentin iclası irin-qan olub kirayədə qalan deputatın burnundan gəlir. Halbuki, dövlət bu yazıqların kirayə pulunu artırsa, onların da ev sahibi ilə aralarında ciddi problem yaşanmaz, onlar da diqqətlərini seçildikləri rayonların problemlərinə, seçicilərinin qayğılarına yönəldə bilərlər. Bu baxımdan, Razi müəllimin təklifini dəstəkləmək lazımdır. Kirayə pulunu çatdıra bilməyən, gecikdirən deputat xalqın qayğısına da qala bilməz.***Ümumiyyətlə bizim məbuslar parlamentoda tez-tez dəyərli və maraqlı fikirlərlə çıxış edirlər. İndi hardan alaq Nazim İmanov kimi ziyalını ki, bu əhvalatları toplayıb “Milli Məclisin ağlamalı gülməcələri II” adlı kitab nəşr etsin?İndiki məbusların arasında da yazı-pozu adamları var, amma onların da başı tamam başqa işlərə qarışıb. İndi populyar olan mövzular var ki, bütün cəmiyyət kimi, məbuslar da həmin önəmli məsələlərin həll olunması uğrunda çalışırlar. Ancaq, gələcəkdə kimsə bu parlamentodakı məbuslar haqqında kitab yazsa, mütləq bestseller olar. Çünki sonuncu çağırış Milli Məclisimiz olduqca rəngarəng və maraqlı məbuslardan cəm olmuşdur.Hər halda, Razi Nurullayevin təklifini düşünmək lazımdır...Həmçinin oxuyun:“Dünya səviyyəli” köşə yazısıBəs sən kimin “adamısan”?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Cəlil Cavanşir
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426036244_0:-1:993:993_100x100_80_0_0_c1173e163c47d62fec40b7621d540d1b.jpg
Cəlil Cavanşir
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426036244_0:-1:993:993_100x100_80_0_0_c1173e163c47d62fec40b7621d540d1b.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42200/57/422005731_398:0:3129:2048_1920x0_80_0_0_92e9c609573abb29b2d41f21a0850f17.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Cəlil Cavanşir
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426036244_0:-1:993:993_100x100_80_0_0_c1173e163c47d62fec40b7621d540d1b.jpg
məmur, ev, deputat, mənzil, artım, kirayə, kirayə haqqı
məmur, ev, deputat, mənzil, artım, kirayə, kirayə haqqı
Kirayə pulunu gecikdirən millət vəkili…
Cəlil Cavanşir: Gələcəkdə kimsə bu parlamentodakı məbuslar haqqında kitab yazsa, mütləq bestseller olar.
BAKI, 23 noyabr — Sputnik. Bəri başdan deyim ki, gündəmi nəzərə alsaq, bu yazımı gecikmiş hesab edirəm. Ümid edirəm ki, buna görə məni qınamayacaqsınız. Sosial şəbəkələrdə və mətbuatda mövzu ətrafında xeyli müzakirələr, mübahisələr oldu. Ara sakitləşəndən sonra vaxt tapıb müzakirələrə yenidən göz gəzdirdim və düşündüm ki, gec də olsa bu kədərli mövzuya münasibətimi bildirim. Söhbət, deputat Razi Nurullayevin evsiz deputatların kirayə haqlarının qaldırılması ilə bağlı təklifindən gedir. Elə müzakirələr zamanı məlum oldu ki, evsiz deputatlara Milli Məclis tərəfindən 220 AZN məbləğində aylıq kirayə haqqı verilir və bugünkü şərtlərdə bu məbləğ kirayədə qalan hörmətli millət vəkilləri üçün azdır. Jurnalistlər araşdırıb ortaya çıxardı ki, rayonlardan seçilən təxminən on nəfər millət vəkilimiz Bakıda kirayədə qalır. Xüsusilə bu xəbər məni çox duyğulandırdı və millət vəkilləri ilə eyni səviyyədə yaşamağım, – mən də bəzi deputatlarımız kimi kirayədə qalıram – mənə toxtaqlıq verdi. Yoxsa gecə-gündüz kirayələrdə keçən ömrümü düşünüb, özümü fərasətsiz və bacarıqsız hesab edib, qınayırdım. Ölkənin taleyüklü məsələlərini müzakirə edib, millətin taleyi ilə bağlı qərarlarlara səs verən, seçicilərinin qayğısına qalan, ölkənin taleyində önəmli rol oynayan məbuslarımız da kirayədə qalırsa mən gərək özümü qınamayam. Bu məsələnin gündəmə gəlməyi mənim kimi neçə-neçə insanın yaralı qəlbinə məlhəm oldu.
Bütün hallarda məbuslarımıza dövlət ciddi şəkildə qayğı göstərməlidir. Mən hətta təklif edirəm ki, öz kasıb daxmasında yaşayan millət vəkillərinə – məzlum məbuslara kommunal xərclərdə də güzəşt olunmalı, onların kasıb daxmalarının qaz, işıq, su kimi önəmli xərcləri heç olmasa yarıbayarı azaldılmalıdır. Eyni zamanda hər bir parlament üzvünə beşillik nəqliyyat kartları paylanmalıdır. Üstəlik, ehtiyacı olan şəxslər üçün mütəmadi keçirilən yardım kampaniyalarında məbuslarımızı da xatırlayıb evlərinə düyüdən, çaydan, qənddən, duru yağdan göndərmək lazımdır. Millətin və dövlətin taleyi üçün önəmli işlər görən bu ziyalıları dövlət öz himayəsinə almalı, onların iqtisadi rifahını təmin etməlidir ki, bu fağırlar da xalqın taleyini düşünə bilsinlər. Yoxsa iqtisadi problemlərin məngənəsində əzilən parlamentarilər seçicisinə necə vaxt ayıra bilər?
Təsəvvür edin ki, parlamentə qızğın müzakirələr gedir, məsələn məbus Tahir Kərimli xalqın və millətin rifahı naminə deputatlar və Milli Məclisin əməkdaşları üçün yeni avtomobillər verilməsini təklif edir. Elə bu məqamda kirayədə yaşayan məbuslardan birinə – Cavid Osmanova, Vüqar İskəndərova, Ramil Həsənə, Cəbi Quliyeva, Ülviyyə Həmzəyevaya, Müşfiq Cəfərova, Pərvin Kazımzadəyə və ya Naqif Həmzəyevə – ev sahibi zəng edib, kirayə pulunun vaxtı çatdığını deyir. O da pıçıltıyla parlamentin iclasında olduğunu, indi danışa bilmədiyini deyib, telefonu səssiz rejimə keçirir. Amma ev sahibi əl çəkmir, israrla zəng edir, cavab verilməyəndə də "votsap"dan hücumu davam etdirir. Təsəvvür edin ki, məbus Ramin Həsən müəllimə ev sahibi yazır:
“Qardawim ke4en ay da gecikdirmisen xayiw edirem kiraye pulunu catdir!”
Təsəvvür edirsiniz, taleyüklü bir məsələnin müakirəsi zamanı, sizin qabağı 211-lə başlayan nömrənizə belə pinti yazılmış mesaj gəlir. Ramin müəllimdə əsəbi halda ev sahibini qıcıqlandırmaq üçün yazır:
“Siz əvvəlcə düzgün yazı qaydalarını öyrənin, okey?”
Beləcə parlamentin iclası irin-qan olub kirayədə qalan deputatın burnundan gəlir. Halbuki, dövlət bu yazıqların kirayə pulunu artırsa, onların da ev sahibi ilə aralarında ciddi problem yaşanmaz, onlar da diqqətlərini seçildikləri rayonların problemlərinə, seçicilərinin qayğılarına yönəldə bilərlər. Bu baxımdan, Razi müəllimin təklifini dəstəkləmək lazımdır. Kirayə pulunu çatdıra bilməyən, gecikdirən deputat xalqın qayğısına da qala bilməz.
Ümumiyyətlə bizim məbuslar parlamentoda tez-tez dəyərli və maraqlı fikirlərlə çıxış edirlər. İndi hardan alaq Nazim İmanov kimi ziyalını ki, bu əhvalatları toplayıb “Milli Məclisin ağlamalı gülməcələri II” adlı kitab nəşr etsin?
İndiki məbusların arasında da yazı-pozu adamları var, amma onların da başı tamam başqa işlərə qarışıb. İndi populyar olan mövzular var ki, bütün cəmiyyət kimi, məbuslar da həmin önəmli məsələlərin həll olunması uğrunda çalışırlar. Ancaq, gələcəkdə kimsə bu parlamentodakı məbuslar haqqında kitab yazsa, mütləq bestseller olar. Çünki sonuncu çağırış Milli Məclisimiz olduqca rəngarəng və maraqlı məbuslardan cəm olmuşdur.
Hər halda, Razi Nurullayevin təklifini düşünmək lazımdır...