https://sputnik.az/20211214/qarsidan-gelen-ilin-mumkun-esas-problemleri---analitikler-ne-deyir-437243270.html
Qarşıdan gələn ilin mümkün əsas problemləri - Analitiklər nə deyir?
Qarşıdan gələn ilin mümkün əsas problemləri - Analitiklər nə deyir?
Sputnik Azərbaycan
Yeni ştammdan əlavə, xüsusilə ABŞ-da əməkhaqlarının artması, Rusiya və Ukrayna ətrafında geosiyasi gərginliklər də əhəmiyyətli risk yaradır. Onlar birlikdə... 14.12.2021, Sputnik Azərbaycan
2021-12-14T22:31+0400
2021-12-14T22:31+0400
2021-12-14T22:31+0400
yeni il
dünya xəbərləri
abş
rusiya
problem
analitik
"bloomberg" agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436937604_0:103:2000:1228_1920x0_80_0_0_2eda831b25d372f89d6f6ecabb35026a.jpg
BAKI, 14 dekabr — Sputnik. Yeni ilin riskləri və mümkün problemlərin başlıcası bu və ya digər şəkildə davam edən koronavirus pandemiyası və onun yeni "Omikron" ştammı ilə bağlı olacaq. Sputnik Azərbaycan xəbər verir ki, "Bloomberg"in analitikləri bu qənzətə gəliblər. Mütəxəssislər hesab edirlər ki, 2022-ci ildə əsas risk "Omikron" ştammına görə yeni lokdaunların tətbiq edilməsidir.Onların hesablamalarına görə, hətta üç aylıq məhdudiyyətlər qlobal iqtisadi artımın indi gözlənilən illik 4,7 faizdən 4,2 faizə qədər yavaşlamasına səbəb ola bilər.Bundan əlavə, bu ssenari son iki il ərzində dünya iqtisadiyyatına xas olan məşğulluq və logistika problemlərinin saxlanılmasını nəzərdə tutur. Yeni ştammdan əlavə, xüsusilə ABŞ-da əməkhaqlarının artması, Rusiya və Ukrayna ətrafında geosiyasi gərginliklər də əhəmiyyətli risk yaradır. Onlar birlikdə, xüsusən də enerji sektorunda inflyasiyanın artmasına səbəb ola bilər.Eyni zamanda, turizm sahəsində qadağaların davam etməsi, əksinə, neftin qiymətinin aşağı düşməsi ilə nəticələnə bilər. ABŞ fond bazarı, iqtisadçıların fikrincə, yığılmış dövlət və ipoteka istiqrazlarının müşayiət olunan satışı ilə Federal Ehtiyat Sisteminin (FED) kəmiyyət yumşaltma proqramının ixtisarına töhfə verərək "partlayan köpük" vəziyyətinə yaxınlaşa biləcək.Müəlliflər hesab edirlər ki, FED-in cari dərəcəsinin indiki 0-0,25 faiz səviyyəsindən 2,5 faizə yüksəlməsi ABŞ iqtisadiyyatında tənəzzülə səbəb olacaq. Eyni zamanda, ABŞ-da yüksək faiz dərəcələri inkişaf etməkdə olan ölkələrin bazarlarından kapital axınına səbəb olacaq ki, bu da onlar və milli valyutaları, xüsusən də bu il xeyli ucuzlaşan türk lirəsi üçün zərbə olacaq.Çin iqtisadiyyatına zərbə, borcunu ödəməkdə çətinlik çəkən "Evergrande" şirkətinə görə tikinti sektorunun böhranına səbəb olacaq. Həmçinin koronavirus məhdudiyyətləri və kömür generasiyasından imtina etmək cəhdləri səbəbindən elektrik enerjisinin çatışmazlığı da rol oynayacaq.Bununla yanaşı, müəlliflər etiraf edirlər ki, ən pis proqnozlar nəticədə özünü doğrultmaya bilər. Hökumətlərin əksəriyyəti iqtisadiyyata fiskal dəstəyin qorunub saxlandığı və digər amillərin əlverişli inkişafı halında, qlobal ÜDM artımı bərpa edəcək, inflyasiya isə məqbul hədəf səviyyələrinə qayıdacaq.Həmçinin oxuyun:Neft bahalaşırHeç nə dəyişmədi: OPEC+ yanvar ayında hasilatı 400 min barrel artıracaqProfessor: İqtisadiyyatda yığılıb qalmış problemlərin səbəbi pandemiyanın üzərinə yıxılır
https://sputnik.az/20211208/dogru-yolla-gederken-azerbaycan-neftinin-bahalasma-sebebi-belli-oldu-437067835.html
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436937604_114:0:1887:1330_1920x0_80_0_0_01885bc05130be60e1878a72d4f2eaec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yeni il, abş, rusiya, problem, analitik, "bloomberg" agentliyi
yeni il, abş, rusiya, problem, analitik, "bloomberg" agentliyi
Qarşıdan gələn ilin mümkün əsas problemləri - Analitiklər nə deyir?
Yeni ştammdan əlavə, xüsusilə ABŞ-da əməkhaqlarının artması, Rusiya və Ukrayna ətrafında geosiyasi gərginliklər də əhəmiyyətli risk yaradır. Onlar birlikdə, xüsusən də enerji sektorunda inflyasiyanın artmasına səbəb ola bilər.
BAKI, 14 dekabr — Sputnik. Yeni ilin riskləri və mümkün problemlərin başlıcası bu və ya digər şəkildə davam edən koronavirus pandemiyası və onun yeni "Omikron" ştammı ilə bağlı olacaq.
Sputnik Azərbaycan xəbər verir ki, "Bloomberg"in analitikləri bu qənzətə gəliblər.
Mütəxəssislər hesab edirlər ki, 2022-ci ildə əsas risk "Omikron" ştammına görə yeni lokdaunların tətbiq edilməsidir.
Onların hesablamalarına görə, hətta üç aylıq məhdudiyyətlər qlobal iqtisadi artımın indi gözlənilən illik 4,7 faizdən 4,2 faizə qədər yavaşlamasına səbəb ola bilər.
Bundan əlavə, bu ssenari son iki il ərzində dünya iqtisadiyyatına xas olan məşğulluq və logistika problemlərinin saxlanılmasını nəzərdə tutur. Yeni ştammdan əlavə, xüsusilə ABŞ-da əməkhaqlarının artması, Rusiya və Ukrayna ətrafında geosiyasi gərginliklər də əhəmiyyətli risk yaradır. Onlar birlikdə, xüsusən də enerji sektorunda inflyasiyanın artmasına səbəb ola bilər.
Eyni zamanda, turizm sahəsində qadağaların davam etməsi, əksinə, neftin qiymətinin aşağı düşməsi ilə nəticələnə bilər. ABŞ fond bazarı, iqtisadçıların fikrincə, yığılmış dövlət və ipoteka istiqrazlarının müşayiət olunan satışı ilə Federal Ehtiyat Sisteminin (FED) kəmiyyət yumşaltma proqramının ixtisarına töhfə verərək "partlayan köpük" vəziyyətinə yaxınlaşa biləcək.
Müəlliflər hesab edirlər ki, FED-in cari dərəcəsinin indiki 0-0,25 faiz səviyyəsindən 2,5 faizə yüksəlməsi ABŞ iqtisadiyyatında tənəzzülə səbəb olacaq. Eyni zamanda, ABŞ-da yüksək faiz dərəcələri inkişaf etməkdə olan ölkələrin bazarlarından kapital axınına səbəb olacaq ki, bu da onlar və milli valyutaları, xüsusən də bu il xeyli ucuzlaşan türk lirəsi üçün zərbə olacaq.
Çin iqtisadiyyatına zərbə, borcunu ödəməkdə çətinlik çəkən "Evergrande" şirkətinə görə tikinti sektorunun böhranına səbəb olacaq. Həmçinin koronavirus məhdudiyyətləri və kömür generasiyasından imtina etmək cəhdləri səbəbindən elektrik enerjisinin çatışmazlığı da rol oynayacaq.
Bununla yanaşı, müəlliflər etiraf edirlər ki, ən pis proqnozlar nəticədə özünü doğrultmaya bilər. Hökumətlərin əksəriyyəti iqtisadiyyata fiskal dəstəyin qorunub saxlandığı və digər amillərin əlverişli inkişafı halında, qlobal ÜDM artımı bərpa edəcək, inflyasiya isə məqbul hədəf səviyyələrinə qayıdacaq.