https://sputnik.az/20211202/hec-ne-deyismedi-opec-yanvar-ayinda-hasilati-400-min-barrel-artiracaq-436903453.html
Heç nə dəyişmədi: OPEC+ yanvar ayında hasilatı 400 min barrel artıracaq
Heç nə dəyişmədi: OPEC+ yanvar ayında hasilatı 400 min barrel artıracaq
Sputnik Azərbaycan
Pərviz Şahbazov: Azərbaycan OPEC+ kartelinin yeni qərarını dəstəkləyir. 02.12.2021, Sputnik Azərbaycan
2021-12-02T19:53+0400
2021-12-02T19:53+0400
2021-12-03T10:15+0400
neft-qaz
qərar
görüş
hasilat
opec
artım
https://cdnn1.img.sputnik.az/img/42368/73/423687394_0:122:1200:797_1920x0_80_0_0_9a4e005a5e2e72242b4881bf295389ff.jpg
BAKI, 2 dekabr - Sputnik. OPEC+ ölkələri nazirlərinin növbəti görüşündə neft hasilatının tədricən artırılmasına dair planları dəyişdirməmək barədə qərar qəbul olunub. Belə ki, neft karteli 2022-ci ilin yanvar ayında sutkalıq hasilatın 400 min barrel artırılması barədə qərarı təsdiqləyib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nazirlərin cümə axşamı keçirilmiş iclasın yekunlarına dair yayılan məlumatda deyilir.Ötən ilin mayında kartel koronavirusun yayılması təhlükəsi ilə əlaqədar olaraq tələbatın azalması səbəbindən neft hasilatını sutkada 9,7 milyon barrel aşağı salıb.OPEC+ alyansının bütün ölkələrinin nümayəndələrinin növbəti görüşünün yanvarın 4-də keçirilməsi nəzərdə tutulub."Neft bazarında mövcud vəziyyət və onun qiymətləndirilməsinə dair konsensus nəzərə alınaraq iclasda OPEC ölkələri və kartelə daxil olmayan ölkələrin nazirlərinin 24-cü görüşünün 2022-ci il yanvarın 4-də keçirilməsi barədə qərar qəbul olunub", - deyə sənəddə bildirilir.Bir müddət əvvəl kartelin 2022-ci ilin ilk rübündə neft bazarında məhsul bolluğu olacağını gözlədiyi bildirilirdi. Belə ki, kartelin daxili hesabatına görə, gələn ilin fevral-mart aylarında bazarda 3,4-3,8 mln. barrel artıq neftin olacağı proqnozlaşdırılırdı.Energetika naziri Pərviz Şahbazov bildirib ki, kartelin avqustdan həyata keçirilən hasilatın tədricən artırılması ilə bağlı planı bazarın balanslaşdırılmasına töhfə verir və biz doğru yolla irəliləyirik, Azərbaycan “OPEC+”un yeni qərarını dəstəkləyir.Xatırladaq ki, Energetika Nazirliyinin hesabatına əsasən, 2021-ci ilin oktyabr ayında Azərbaycanda sutkalıq neft hasilatı (o cümlədən kondensat) 704,4 min barrel, cari ilin sentyabrında isə 703,1 min barrel təşkil edib.Hasilatın ümumi həcmində 585,9 min barrel xam neftin, 118,5 min barrel isə kondensatın payına düşüb.Qeyd etmək lazımdır ki, OPEC+ karteli nazirlərinin 20-ci görüşündə qəbul olunmuş qərarda Azərbaycanda sutkalıq neft hasilatının oktyabr ayında 640 min barrelə çatdırılması nəzərdə tutulurdu.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42368/73/423687394_137:0:1200:797_1920x0_80_0_0_3a8a3935a7b063e26c823627aa9bb62d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
qərar, görüş, hasilat, opec, artım
qərar, görüş, hasilat, opec, artım
Heç nə dəyişmədi: OPEC+ yanvar ayında hasilatı 400 min barrel artıracaq
19:53 02.12.2021 (Yenilənib: 10:15 03.12.2021) Pərviz Şahbazov: Azərbaycan OPEC+ kartelinin yeni qərarını dəstəkləyir.
BAKI, 2 dekabr - Sputnik. OPEC+ ölkələri nazirlərinin növbəti görüşündə neft hasilatının tədricən artırılmasına dair planları dəyişdirməmək barədə qərar qəbul olunub. Belə ki, neft karteli 2022-ci ilin yanvar ayında sutkalıq hasilatın 400 min barrel artırılması barədə qərarı təsdiqləyib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nazirlərin cümə axşamı keçirilmiş iclasın yekunlarına dair yayılan məlumatda deyilir.
Ötən ilin mayında kartel koronavirusun yayılması təhlükəsi ilə əlaqədar olaraq tələbatın azalması səbəbindən neft hasilatını sutkada 9,7 milyon barrel aşağı salıb.
OPEC+ alyansının bütün ölkələrinin nümayəndələrinin növbəti görüşünün yanvarın 4-də keçirilməsi nəzərdə tutulub.
"Neft bazarında mövcud vəziyyət və onun qiymətləndirilməsinə dair konsensus nəzərə alınaraq iclasda OPEC ölkələri və kartelə daxil olmayan ölkələrin nazirlərinin 24-cü görüşünün 2022-ci il yanvarın 4-də keçirilməsi barədə qərar qəbul olunub", - deyə sənəddə bildirilir.
Bir müddət əvvəl kartelin 2022-ci ilin ilk rübündə neft bazarında məhsul bolluğu olacağını gözlədiyi bildirilirdi. Belə ki, kartelin daxili hesabatına görə, gələn ilin fevral-mart aylarında bazarda 3,4-3,8 mln. barrel artıq neftin olacağı proqnozlaşdırılırdı.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, kartelin avqustdan həyata keçirilən hasilatın tədricən artırılması ilə bağlı planı bazarın balanslaşdırılmasına töhfə verir və biz doğru yolla irəliləyirik, Azərbaycan “OPEC+”un yeni qərarını dəstəkləyir.
Xatırladaq ki, Energetika Nazirliyinin hesabatına əsasən, 2021-ci ilin oktyabr ayında Azərbaycanda sutkalıq neft hasilatı (o cümlədən kondensat) 704,4 min barrel, cari ilin sentyabrında isə 703,1 min barrel təşkil edib.
Hasilatın ümumi həcmində 585,9 min barrel xam neftin, 118,5 min barrel isə kondensatın payına düşüb.
Qeyd etmək lazımdır ki, OPEC+ karteli nazirlərinin 20-ci görüşündə qəbul olunmuş qərarda Azərbaycanda sutkalıq neft hasilatının oktyabr ayında 640 min barrelə çatdırılması nəzərdə tutulurdu.