https://sputnik.az/20211208/dogru-yolla-gederken-azerbaycan-neftinin-bahalasma-sebebi-belli-oldu-437067835.html
Doğru yolla gedərkən: Azərbaycan neftinin bahalaşma səbəbi bəlli oldu
Doğru yolla gedərkən: Azərbaycan neftinin bahalaşma səbəbi bəlli oldu
Sputnik Azərbaycan
Energetika naziri Pərviz Şahbazov bildirib ki, OPEC+un avqustdan həyata keçirilən hasilatın tədricən artırılması ilə bağlı planı bazarın balanslaşdırılmasına... 08.12.2021, Sputnik Azərbaycan
2021-12-08T15:35+0400
2021-12-08T15:35+0400
2021-12-08T15:35+0400
azərbaycan nefti
iqtisadiyyat
brent
opec
"azerilight" markalı neft
opec+ nazirlərinin birgə monitorinq komitəsi
energetika naziri pərviz şahbazov
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437024323_0:160:3072:1888_1920x0_80_0_0_16e9ccd8022b11c9a886b2584da164f2.jpg
BAKI, 8 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti 77 dollaradək yüksəlib. Sputnik Azərbaycan xəbər verir ki, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,74 ABŞ dolları və ya 5,1% artaraq 77 dollar təşkil edib.Qeyd edək ki, koronavirusun yeni "Omikron" ştamı ilə bağlı narahatlıqların azalması fonunda dünya bazarlarında neftin qiyməti artmaqda davam edir.Azərbaycan hasilatın artırılması ilə bağlı planın davam etdirilməsini məqbul hesab edir. Dekabrın 2-də OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 23-ci iclasında gündəlik neft hasilatının gələn ilin yanvarında 400 min barel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib. OPEC+un bu razılaşmasında yanvara planlaşdırılan növbəti iclasa qədər pandemiyanın inkişafının və onun bazara təsirlərinin diqqətlə izlənilməsi, zərurət yaranacağı təqdirdə dərhal mövcud qərara düzəliş edilməsi də vurğulanır.Energetika naziri Pərviz Şahbazov bildirib ki, OPEC+un avqustdan həyata keçirilən hasilatın tədricən artırılması ilə bağlı planı bazarın balanslaşdırılmasına töhfə verir və biz doğru yolla irəliləyirik. Azərbaycan OPEC+un yeni qərarını dəstəkləyir. Yeni "Əməkdaşlıq Bəyannaməsi" Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barel artırılaraq 661 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 57 min barel həcmində olmasını nəzərdə tutur.OPEC+ ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 mln. barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.Həmçinin oxuyun:* Neft bahalaşır* Heç nə dəyişmədi: OPEC+ yanvar ayında hasilatı 400 min barrel artıracaq* Professor: İqtisadiyyatda yığılıb qalmış problemlərin səbəbi pandemiyanın üzərinə yıxılır
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437024323_171:0:2902:2048_1920x0_80_0_0_6fd960bd4ca2f97c12d8979c63970504.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan nefti, brent, opec, "azerilight" markalı neft, opec+ nazirlərinin birgə monitorinq komitəsi, energetika naziri pərviz şahbazov
azərbaycan nefti, brent, opec, "azerilight" markalı neft, opec+ nazirlərinin birgə monitorinq komitəsi, energetika naziri pərviz şahbazov
Doğru yolla gedərkən: Azərbaycan neftinin bahalaşma səbəbi bəlli oldu
Energetika naziri Pərviz Şahbazov bildirib ki, OPEC+un avqustdan həyata keçirilən hasilatın tədricən artırılması ilə bağlı planı bazarın balanslaşdırılmasına töhfə verir və biz doğru yolla irəliləyirik.
BAKI, 8 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti 77 dollaradək yüksəlib. Sputnik Azərbaycan xəbər verir ki, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,74 ABŞ dolları və ya 5,1% artaraq 77 dollar təşkil edib.
Qeyd edək ki, koronavirusun yeni "Omikron" ştamı ilə bağlı narahatlıqların azalması fonunda dünya bazarlarında neftin qiyməti artmaqda davam edir.
Azərbaycan hasilatın artırılması ilə bağlı planın davam etdirilməsini məqbul hesab edir. Dekabrın 2-də OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 23-ci iclasında gündəlik neft hasilatının gələn ilin yanvarında 400 min barel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib. OPEC+un bu razılaşmasında yanvara planlaşdırılan növbəti iclasa qədər pandemiyanın inkişafının və onun bazara təsirlərinin diqqətlə izlənilməsi, zərurət yaranacağı təqdirdə dərhal mövcud qərara düzəliş edilməsi də vurğulanır.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, OPEC+un avqustdan həyata keçirilən hasilatın tədricən artırılması ilə bağlı planı bazarın balanslaşdırılmasına töhfə verir və biz doğru yolla irəliləyirik. Azərbaycan OPEC+un yeni qərarını dəstəkləyir. Yeni "Əməkdaşlıq Bəyannaməsi" Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barel artırılaraq 661 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 57 min barel həcmində olmasını nəzərdə tutur.
OPEC+ ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 mln. barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.