https://sputnik.az/20211201/professor-qtisadiyyatda-yigilib-qalmis-problemlerin-sebebi-pandemiyanin-uzerine-yixilir-436854401.html
Professor: İqtisadiyyatda yığılıb qalmış problemlərin səbəbi pandemiyanın üzərinə yıxılır
Professor: İqtisadiyyatda yığılıb qalmış problemlərin səbəbi pandemiyanın üzərinə yıxılır
Sputnik Azərbaycan
Millət vəkili: Sərhədlər bağlanarsa neftin bir barelinin qiyməti 50 dolların altına da düşə bilər. 01.12.2021, Sputnik Azərbaycan
2021-12-01T15:51+0400
2021-12-01T15:51+0400
2021-12-01T16:03+0400
təhlil
qiymət
opec
neft
https://cdnn1.img.sputnik.az/img/07e5/02/18/426311695_0:0:3073:1728_1920x0_80_0_0_0a216c9ffa8b024f5c5bedae9006db76.jpg
BAKI, 1 dekabr — Sputnik. Dünyada koronavirusun yeni – “Omikron” ştammının yayılması fonunda iqtisadiyyatda da təlatümlər müşahidə olunur. Artıq bir sıra ölkələr virusun yeni ştammının təhlükəlilik dərəcəsinin müəyyən edilməməsi səbəbindən sərhədlərini bağlayıblar. “Omikron” ştammının yaratdığı təlatüm neft bazarına da təsirsiz ötüşməyib. Qeyd edək ki, ötən həftə neftin bir barelinin qiyməti 2020-ci ilin aprelindən bəri ilk dəfə gündəlik minimuma – 72 dollara düşüb.Xatırladaq ki, iqtisadi təlatümlər fonunda OPEC+ ölkələrinin sabah keçiriləcək iclasında hasilatla bağlı yeni qərarlar qəbul ediləcəyi gözlənilir.Sputnik Azərbaycan neft bazarında baş verənlərlə bağlı millət vəkili Vüqar Bayramovun və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədovun fikirlərini öyrənib.Millət vəkili Vüqar Bayramov bildirir ki, bazarda hələlik nisbi sabitlik hökm sürür, baxmayaraq ki, bazardakı qiymətlərdə volatillik qalmaqdadır:Millət vəkili hesab edir ki, sərt karantin tədbirləri tətbiq olunmayacağı təqdirdə, neftin qiyməti 70-80 dollar arasında dəyişəcək.Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, hazırda baş verənlər xəstəlik ətrafında olan yeni spekulyasiyalar kimi dəyərləndirilməlidir. O bildirib ki, hələ yeni ştammın təhlükəlilik dərəcəsi müəyyən edilmədiyi halda bazarlarda qeyri-müəyyənlik özünü göstərməkdədir:Professor qeyd edib ki, hazırkı şəraitdə müəyyən qədər işgüzar fəallığın azalması müşahidə edilə bilər:"Bu da özlüyündə enerji daşıyıcılarına, o cümlədən neftə tələbatın azalması ilə nəticələnə bilər. Onu da qeyd edim ki, neftin qiymətinin formalaşmasında da spekulyativ amillər çoxdur. Ona görə də yaxın aylarda qiymətlərin azalmasını müşahidə edə bilərik. Dünya iqtisadiyyatı artıq struktur böhrana daxil olub. Bu panik əhval-ruhiyyə xeyli dərəcədə həm də onunla izah olunur. Uzun illər ərzində iqtisadiyyatda yığılmış problemlərin səbəbinin pandemiyanın üzərinə yıxılması açıq-aşkar görünür".Elşad Məmmədov deyib ki, dünya iqtisadiyyatında problemlər dərinləşəcək və bu panik əhval-ruhiyyənin artması da buna təsirini göstərəcək. OPEC+ toplantısından gözləntini açıqlayan professor bildirib ki, hasilatın azaldılması ilə bağlı qərarın verilməsi çətin olacaq:"Konsensusun əldə olunması vacibdir. Bugünkü qiymətlər bazardakı əsas oyunçular üçün qaneedici hesab edilə bilər. Hasilatın həcmi azalarsa, bunun Azərbaycana bir təsiri olmayacaq. Son illərdə bu təsir hiss olunmurdu".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/18/426311695_136:0:2867:2048_1920x0_80_0_0_8c9c103a2ca30778cde2ebeed66c98a3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qiymət, opec, neft
Professor: İqtisadiyyatda yığılıb qalmış problemlərin səbəbi pandemiyanın üzərinə yıxılır
15:51 01.12.2021 (Yenilənib: 16:03 01.12.2021) Millət vəkili: Sərhədlər bağlanarsa neftin bir barelinin qiyməti 50 dolların altına da düşə bilər.
BAKI, 1 dekabr — Sputnik. Dünyada koronavirusun yeni – “Omikron” ştammının yayılması fonunda iqtisadiyyatda da təlatümlər müşahidə olunur. Artıq bir sıra ölkələr virusun yeni ştammının təhlükəlilik dərəcəsinin müəyyən edilməməsi səbəbindən sərhədlərini bağlayıblar. “Omikron” ştammının yaratdığı təlatüm neft bazarına da təsirsiz ötüşməyib. Qeyd edək ki, ötən həftə neftin bir barelinin qiyməti 2020-ci ilin aprelindən bəri ilk dəfə gündəlik minimuma – 72 dollara düşüb.
Xatırladaq ki, iqtisadi təlatümlər fonunda OPEC+ ölkələrinin sabah keçiriləcək iclasında hasilatla bağlı yeni qərarlar qəbul ediləcəyi gözlənilir.
Sputnik Azərbaycan neft bazarında baş verənlərlə bağlı millət vəkili
Vüqar Bayramovun və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru
Elşad Məmmədovun fikirlərini öyrənib.
Millət vəkili Vüqar Bayramov bildirir ki, bazarda hələlik nisbi sabitlik hökm sürür, baxmayaraq ki, bazardakı qiymətlərdə volatillik qalmaqdadır:
"Növbəti ildən ölkələrin yeni ştamma uyğun verəcəkləri qərarlar qiymətlərə təsir göstərə bilər. Artıq Yaponiya və İsrail iki həftəlik sərhədlərini bağladıqlarını açıqlayıblar, eyni zamanda ABŞ bir sıra ölkələrlə uçuşları dayandırıb. Yüksək inkişaf etmiş ölkələr, xüsusən neftə yüksək tələbat olan ölkələr sərhədlərin bağlanması ilə bağlı qərarlar qəbul edərsə, o zaman neftin dünya bazarındakı qiymətlərində kəskin ucuzlaşmalar müşahidə edə bilərik və neftin bir barelinin qiyməti 50 dolların altına da düşə bilər".
Millət vəkili hesab edir ki, sərt karantin tədbirləri tətbiq olunmayacağı təqdirdə, neftin qiyməti 70-80 dollar arasında dəyişəcək.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, hazırda baş verənlər xəstəlik ətrafında olan yeni spekulyasiyalar kimi dəyərləndirilməlidir. O bildirib ki, hələ yeni ştammın təhlükəlilik dərəcəsi müəyyən edilmədiyi halda bazarlarda qeyri-müəyyənlik özünü göstərməkdədir:
"Qlobal miqyasda panika formalaşdırılır. Bu da təbii olaraq iqtisadi proseslərə təsir göstərməkdədir. Amma bununla belə, hesab edirəm ki, tam şəkildə qapanmalara getmək çətin olacaq. Çünki qapanmalar həm sosial, həm də iqtisadi baxımdan çox ciddi proseslərə səbəb ola bilər".
Professor qeyd edib ki, hazırkı şəraitdə müəyyən qədər işgüzar fəallığın azalması müşahidə edilə bilər:
"Bu da özlüyündə enerji daşıyıcılarına, o cümlədən neftə tələbatın azalması ilə nəticələnə bilər. Onu da qeyd edim ki, neftin qiymətinin formalaşmasında da spekulyativ amillər çoxdur. Ona görə də yaxın aylarda qiymətlərin azalmasını müşahidə edə bilərik. Dünya iqtisadiyyatı artıq struktur böhrana daxil olub. Bu panik əhval-ruhiyyə xeyli dərəcədə həm də onunla izah olunur. Uzun illər ərzində iqtisadiyyatda yığılmış problemlərin səbəbinin pandemiyanın üzərinə yıxılması açıq-aşkar görünür".
Elşad Məmmədov deyib ki, dünya iqtisadiyyatında problemlər dərinləşəcək və bu panik əhval-ruhiyyənin artması da buna təsirini göstərəcək. OPEC+ toplantısından gözləntini açıqlayan professor bildirib ki, hasilatın azaldılması ilə bağlı qərarın verilməsi çətin olacaq:
"Konsensusun əldə olunması vacibdir. Bugünkü qiymətlər bazardakı əsas oyunçular üçün qaneedici hesab edilə bilər. Hasilatın həcmi azalarsa, bunun Azərbaycana bir təsiri olmayacaq. Son illərdə bu təsir hiss olunmurdu".