NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft bahalaşır

© Sputnik / Murad OrudjevБакинский нефтеперерабатывающий завод имени Гейдара Алиева
Бакинский нефтеперерабатывающий завод имени Гейдара Алиева - Sputnik Azərbaycan, 1920, 07.12.2021
Abunə olmaq
"Omikron" ştammı ilə bağlı narahatlıqların azalması fonunda dünya bazarlarında neftin qiyməti artmaqda davam edir
BAKI, 7 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb. Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,5 ABŞ dolları və ya 0,7% artaraq 73,26 dollar təşkil edib.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,98 dollar artaraq 74,06 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 1,17 dollar bahalaşaraq 70,66 dollar olub.
Qeyd edək ki, koronavirusun yeni "Omikron" ştamı ilə bağlı narahatlıqların azalması fonunda dünya bazarlarında neftin qiyməti artmaqda davam edir.
Azərbaycan hasilatın artırılması ilə bağlı planın davam etdirilməsini məqbul hesab edir
Dekabrın 2-də OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 23-ci iclasında gündəlik neft hasilatının gələn ilin yanvarında 400 min barel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.
OPEC+un bu razılaşmasında yanvara planlaşdırılan növbəti iclasa qədər pandemiyanın inkişafının və onun bazara təsirlərinin diqqətlə izlənilməsi, zərurət yaranacağı təqdirdə dərhal mövcud qərara düzəliş edilməsi də vurğulanır.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, OPEC+un avqustdan həyata keçirilən hasilatın tədricən artırılması ilə bağlı planı bazarın balanslaşdırılmasına töhfə verir və biz doğru yolla irəliləyirik. Azərbaycan OPEC+un yeni qərarını dəstəkləyir.
Yeni "Əməkdaşlıq Bəyannaməsi" Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barel artırılaraq 661 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 57 min barel həcmində olmasını nəzərdə tutur.
OPEC+ ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 mln. barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.
Xəbər lenti
0