https://sputnik.az/20211201/musiqili-teatr-emekdar-artist-barede-aciqlama-vermeye-mecbur-oldu-436869338.html
Musiqili Teatr əməkdar artist barədə açıqlama verməyə məcbur oldu
Musiqili Teatr əməkdar artist barədə açıqlama verməyə məcbur oldu
Sputnik Azərbaycan
BAKI, 1 dekabr - Sputnik. Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Əməkdar artist Novruz Qartalla bağlı açıqlama yayıb. 01.12.2021, Sputnik Azərbaycan
2021-12-01T23:02+0400
2021-12-01T23:02+0400
2021-12-01T23:02+0400
mədəniyyət
açıqlama
aktyor
əməkdar artist
dövlət musiqili teatrı
https://cdnn1.img.sputnik.az/img/40916/24/409162468_38:0:1000:541_1920x0_80_0_0_cf2947c185efbeebd415ebeeeb097028.jpg
BAKI, 1 dekabr - Sputnik. Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Əməkdar artist Novruz Qartalla bağlı açıqlama yayıb.Sputnik Azərbaycan-a teatrdan daxil olan məlumatda deyilir ki, son vaxtlar aktyor Novruz Əliyevin (Qartal) səhhəti ilə bağlı teatra müraciətlər olunur. Bu isə onun noyabrın 23-də Milli Onkologiya Mərkəzində əməliyyat olunması ilə bağlıdır. N.Əliyev 1968-ci ildən Musiqili Teatrda işləməyə başlayıb. Bir müddət Xalq artisti Hacıbaba Bağırovun rəhbərlik etdiyi “Tənqid-təbliğ” Teatrında (1989-cu ildən) çalışsa da, müəyyən fasilədən sonra 1996-cı ildən yenə də Musiqili Teatra qayıdıb və bu günə qədər də orada fəaliyyətini davam etdirir.Açıqlamada qeyd olunur ki, Musiqili Teatrda ona hər zaman diqqət ayrılıb, əməyinə yüksək qiymət verilib: "Təqaüd yaşına çatmasına baxmayaraq, bu gün də o, teatrın aktyor heyətinin üzvüdür, yaşına və yaradıcılığına uyğun rollarda çıxış edir. Teatr rəhbərliyinin və Mədəniyyət Nazirliyinin təqdimatı ilə N.Əliyev dəfələrlə (2003, 2004, 2015, 2016, 2017, 2018-ci illərdə) "Prezident mükafatı"na, 2013-cü ildə isə ölkə başçısının sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.İstər teatrlar pandemiya səbəbindən qapalı olduğu zamanlarda, istərsə də ondan əvvəlki və sonrakı dönəmlərdə Novruz Əliyevin səhhətində yaranan problemlərə görə teatr rəhbərliyi hər zaman onun yanında olub, iş yoldaşları aktyorun ailəsinə, evinə baş çəkiblər, ona maddi və mənəvi köməklik göstərilib".Teatrın kollektivinin hər vaxt qocaman aktyorun yanında olduğu vurğulanan açıqlamada qeyd olunur ki, teatrın direktor müavini, Teatr Həmkarlar Təşkilatının sədri və truppa müdiri aktyora elə bu gün də qızının evində baş çəkiblər.Eləcə də oxuyun:* “Mən şəhidlik arzusu ilə yaşamışam”* Cəbiş müəllim Barat Şəkinskaya haqqında* Teatrda fəhlə kimi işə başladı, sonra tanınmış simaya çevrildi
https://sputnik.az/20211107/qizil-fonda-dusen-aktyor-vulqarcasina-danisib-yenilik-getirdiklerini-dusunurler-434963245.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40916/24/409162468_203:0:924:541_1920x0_80_0_0_96789a444b9935592e8645942878e38a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
açıqlama, aktyor, əməkdar artist, dövlət musiqili teatrı
açıqlama, aktyor, əməkdar artist, dövlət musiqili teatrı
BAKI, 1 dekabr - Sputnik. Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Əməkdar artist Novruz Qartalla bağlı açıqlama yayıb.
Sputnik Azərbaycan-a teatrdan daxil olan məlumatda deyilir ki, son vaxtlar aktyor Novruz Əliyevin (Qartal) səhhəti ilə bağlı teatra müraciətlər olunur. Bu isə onun noyabrın 23-də Milli Onkologiya Mərkəzində əməliyyat olunması ilə bağlıdır.
"Təbii ki, pandemiya ilə əlaqədar olaraq xəstə ziyarətinə qızından başqa heç kəs, hətta digər ailə üzvləri belə buraxılmayıblar. Dünən isə xəstəxanadan çıxarılıb, qızı İlahə xanımın evindədir və ev şəraitində müalicəsi davam edir", - məlumatda bildirilir.
N.Əliyev 1968-ci ildən Musiqili Teatrda işləməyə başlayıb. Bir müddət Xalq artisti Hacıbaba Bağırovun rəhbərlik etdiyi “Tənqid-təbliğ” Teatrında (1989-cu ildən) çalışsa da, müəyyən fasilədən sonra 1996-cı ildən yenə də Musiqili Teatra qayıdıb və bu günə qədər də orada fəaliyyətini davam etdirir.
Açıqlamada qeyd olunur ki, Musiqili Teatrda ona hər zaman diqqət ayrılıb, əməyinə yüksək qiymət verilib: "Təqaüd yaşına çatmasına baxmayaraq, bu gün də o, teatrın aktyor heyətinin üzvüdür, yaşına və yaradıcılığına uyğun rollarda çıxış edir. Teatr rəhbərliyinin və Mədəniyyət Nazirliyinin təqdimatı ilə N.Əliyev dəfələrlə (2003, 2004, 2015, 2016, 2017, 2018-ci illərdə) "Prezident mükafatı"na, 2013-cü ildə isə ölkə başçısının sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.
İstər teatrlar pandemiya səbəbindən qapalı olduğu zamanlarda, istərsə də ondan əvvəlki və sonrakı dönəmlərdə Novruz Əliyevin səhhətində yaranan problemlərə görə teatr rəhbərliyi hər zaman onun yanında olub, iş yoldaşları aktyorun ailəsinə, evinə baş çəkiblər, ona maddi və mənəvi köməklik göstərilib".
Teatrın kollektivinin hər vaxt qocaman aktyorun yanında olduğu vurğulanan açıqlamada qeyd olunur ki, teatrın direktor müavini, Teatr Həmkarlar Təşkilatının sədri və truppa müdiri aktyora elə bu gün də qızının evində baş çəkiblər.
* Cəbiş müəllim
Barat Şəkinskaya haqqında