https://sputnik.az/20211028/cebis-muellim-barat-sekinskaya-haqqinda-434624495.html
Cəbiş müəllim Barat Şəkinskaya haqqında
Cəbiş müəllim Barat Şəkinskaya haqqında
Sputnik Azərbaycan
Cəbiş müəllim Sputnik Azərbaycan-ın xüsusi layihəsinin növbəti buraxılışında Azərbaycan mədəniyyətinin ən istedadlı teatr və kino aktrisalarından birini yada... 28.10.2021, Sputnik Azərbaycan
2021-10-28T11:00+0400
2021-10-28T11:00+0400
2021-10-28T11:00+0400
infoqrafika
cəbiş müəllim
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1b/434627940_0:0:268:152_1920x0_80_0_0_480b897f106c25c7f0fbff76fd8a8509.png
Barat Şəkinskaya Azərbaycan teatr sənətinin ən parlaq nümayəndələrindən biridir, onun misilsiz istedadı ən rəngarəng obrazlar yaratmasına imkan verib. Aktrisanın iştirak etdiyi tamaşalar hər zaman ölkənin mədəni həyatında hadisəyə çevrilib, oynadığı rollar həmişəlik milli teatrın xəzinəsinə daxil olub.Barat Şəkinskaya 1914-cü il iyunun 28-də Şuşada anadan olub. Atası Şəki, anası isə Qarabağ xanlarının nəslindən olub. Barat ilk təhsilini Şuşada alıb. Səhnə fəaliyyətinə 1929-cu ildə Gəncədə başlayıb, 1935-ci ilə qədər yerli dram teatrında çalışıb, daha sonra Azərbaycan Dövlət Dram Teatrına dəvət alıb.Səhnədə müxtəlif uşaq obrazları yaradan aktrisanın teatrdakı sonuncu belə rolu Rza Təhmasibin “Çiçək açan arzular” pyesində yeddinci sinif şagirdi Nazlı olub. Maraqlıdır ki, aktrisa həmin obrazı yaratdığı vaxt 37 yaşında imiş.1935-ci ildən Barat Şəkinskya Azərbaycanın Xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərində iştirak etməyə başlayıb. 1949-cu ildə ona Azərbaycan SSR-in Xalq artisti fəxri adı verilib.Aktrisa doğma teatrın səhnəsində 1978-ci ilə kimi çalışır və bu müddət ərzində yüzlərlə yaddaqalan obraz yaradır. Onun qəhrəmanları həmişə yüksək temperamenti, emosionallığı və səmimiyyəti ilə seçilib: Cülyetta, Dezdemona, Kordeliya, Viola, Şirin, Xuraman – bu Barat xanımın Azərbaycan teatrının səhnəsində yaratdığı çoxsaylı rollardan yalnız bir neçəsidir. Və onun ərsəyə gətirdiyi obrazların çoxu Azərbaycan tamaşaçısının yaddaşına əbədi həkk olunub.Barat Şəkinskaya kino sahəsində də uğurla fəaliyyət göstərib. Xüsusən də “O olmasın, bu olsun”, “Görüş”, “Telefonçu qız”, “Onun bəlalı məhəbbəti”, “Qızmar günəş altında”, “Üzeyir ömrü” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Cəbiş müəllim Barat Şəkinskaya haqqında
Sputnik Azərbaycan
Cəbiş müəllim Sputnik Azərbaycan-ın xüsusi layihəsinin növbəti buraxılışında Azərbaycan mədəniyyətinin ən istedadlı teatr və kino aktrisalarından birini yada salır.
2021-10-28T11:00+0400
true
PT5M27S
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1c/434660890_0:0:269:202_1920x0_80_0_0_c0b873fc74107452677ae78a789c0191.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cəbiş müəllim, видео
Cəbiş müəllim Barat Şəkinskaya haqqında
Cəbiş müəllim Sputnik Azərbaycan-ın xüsusi layihəsinin növbəti buraxılışında Azərbaycan mədəniyyətinin ən istedadlı teatr və kino aktrisalarından birini yada salır.
Barat Şəkinskaya Azərbaycan teatr sənətinin ən parlaq nümayəndələrindən biridir, onun misilsiz istedadı ən rəngarəng obrazlar yaratmasına imkan verib. Aktrisanın iştirak etdiyi tamaşalar hər zaman ölkənin mədəni həyatında hadisəyə çevrilib, oynadığı rollar həmişəlik milli teatrın xəzinəsinə daxil olub.
Barat Şəkinskaya 1914-cü il iyunun 28-də Şuşada anadan olub. Atası Şəki, anası isə Qarabağ xanlarının nəslindən olub. Barat ilk təhsilini Şuşada alıb. Səhnə fəaliyyətinə 1929-cu ildə Gəncədə başlayıb, 1935-ci ilə qədər yerli dram teatrında çalışıb, daha sonra Azərbaycan Dövlət Dram Teatrına dəvət alıb.
Səhnədə müxtəlif uşaq obrazları yaradan aktrisanın teatrdakı sonuncu belə rolu Rza Təhmasibin “Çiçək açan arzular” pyesində yeddinci sinif şagirdi Nazlı olub. Maraqlıdır ki, aktrisa həmin obrazı yaratdığı vaxt 37 yaşında imiş.
1935-ci ildən Barat Şəkinskya Azərbaycanın Xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərində iştirak etməyə başlayıb. 1949-cu ildə ona Azərbaycan SSR-in Xalq artisti fəxri adı verilib.
Aktrisa doğma teatrın səhnəsində 1978-ci ilə kimi çalışır və bu müddət ərzində yüzlərlə yaddaqalan obraz yaradır. Onun qəhrəmanları həmişə yüksək temperamenti, emosionallığı və səmimiyyəti ilə seçilib: Cülyetta, Dezdemona, Kordeliya, Viola, Şirin, Xuraman – bu Barat xanımın Azərbaycan teatrının səhnəsində yaratdığı çoxsaylı rollardan yalnız bir neçəsidir. Və onun ərsəyə gətirdiyi obrazların çoxu Azərbaycan tamaşaçısının yaddaşına əbədi həkk olunub.
Barat Şəkinskaya kino sahəsində də uğurla fəaliyyət göstərib. Xüsusən də “O olmasın, bu olsun”, “Görüş”, “Telefonçu qız”, “Onun bəlalı məhəbbəti”, “Qızmar günəş altında”, “Üzeyir ömrü” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb.