https://sputnik.az/20211127/qubadaki-kutlevi-mezarliqla-bagli-subhelerden-biri-silindi-436740616.html
Qubadakı kütləvi məzarlıqla bağlı şübhələrdən biri silindi
Qubadakı kütləvi məzarlıqla bağlı şübhələrdən biri silindi
Sputnik Azərbaycan
Tarixçi məzarlıqdakı insan qalıqlarının 1918-ci il hadisələrinə aid olmadığını deyib. 27.11.2021, Sputnik Azərbaycan
2021-11-27T23:04+0400
2021-11-27T23:04+0400
2021-11-27T23:04+0400
məzarlıq
azərbaycan xəbərləri
tarix
quba
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1b/436740509_0:334:867:822_1920x0_80_0_0_5116ba582d2cd6f7a798317c1aefecb0.jpg
BAKI, 27 noyabr — Sputnik. Bir neçə gün öncə Qubanın İkinci Nügədi kəndində naməlum məzarlığın tapılması haqqında məlumat vermişdik. Kütləvi məzarlığın neçənci ilə bağlı olduğu, hansı hadisə nəticəsində yarandığı məlum deyildi. Araşdırma aparmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna müraciət olunmuşdu.Məsələ ilə bağlı Akademiyanın şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayevlə əlaqə saxladıq. O, Sputnik Azərbaycan-a verdiyi açıqlamada məzarlıqdakı insan qalıqlarının 1918-ci il hadisələrinə aid olmadığını bildirdi.“Qubanın İkinci Nügədi kəndində aşkar edilmiş məzarlığın 1918-ci ildə ermənilərin Quba qəzasında törətdikləri soyqırıma aid olmasından şübhələnirdik. Amma bu təsdiqini tapmadı. Çünki məzarlıqda aşkar edilmiş sümüklərin yaşı təxminən 130 ildən yuxarıdır. Bu barədə məlumat Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyindən də verilib. İnsanların kütləvi şəkildə ölməsinin səbəbləri hələ də araşdırılır”.Onu da qeyd edək ki, Qubada tapılan məzarlıq həm kənd sakinlərinin, həm də bir çox orqanların marağına səbəb olmuşdu.Eləcə də oxuyun:* Qubada növbəti toplu məzarlıq tapılıb: İnsanları yandıraraq üst-üstə basdırıblar* Qədim Qəbələdə arxeoloji tədqiqatların yeni nəticələri açıqlanıb* Bəşər əcdadının yeni növü tapıldı* Azıx mağarası haqda yeni bilgilər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1b/436740509_0:253:867:903_1920x0_80_0_0_e5f4d84a55218ac7ea8f62eace2101cb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
məzarlıq, tarix, quba
Qubadakı kütləvi məzarlıqla bağlı şübhələrdən biri silindi
Tarixçi məzarlıqdakı insan qalıqlarının 1918-ci il hadisələrinə aid olmadığını deyib.
BAKI, 27 noyabr — Sputnik. Bir neçə gün öncə Qubanın İkinci Nügədi kəndində naməlum məzarlığın tapılması haqqında məlumat vermişdik. Kütləvi məzarlığın neçənci ilə bağlı olduğu, hansı hadisə nəticəsində yarandığı məlum deyildi. Araşdırma aparmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna müraciət olunmuşdu.
Məsələ ilə bağlı Akademiyanın şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru
Qəhrəman Ağayevlə əlaqə saxladıq. O,
Sputnik Azərbaycan-a verdiyi açıqlamada məzarlıqdakı insan qalıqlarının 1918-ci il hadisələrinə aid olmadığını bildirdi.
“Qubanın İkinci Nügədi kəndində aşkar edilmiş məzarlığın 1918-ci ildə ermənilərin Quba qəzasında törətdikləri soyqırıma aid olmasından şübhələnirdik. Amma bu təsdiqini tapmadı. Çünki məzarlıqda aşkar edilmiş sümüklərin yaşı təxminən 130 ildən yuxarıdır. Bu barədə məlumat Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyindən də verilib. İnsanların kütləvi şəkildə ölməsinin səbəbləri hələ də araşdırılır”.
Onu da qeyd edək ki, Qubada tapılan məzarlıq həm kənd sakinlərinin, həm də bir çox orqanların marağına səbəb olmuşdu.
* Qubada növbəti toplu məzarlıq tapılıb: İnsanları yandıraraq üst-üstə basdırıblar