https://sputnik.az/20211019/azix-magarasi-haqda-yeni-bilgiler-434391186.html
Azıx mağarası haqda yeni bilgilər
Azıx mağarası haqda yeni bilgilər
Sputnik Azərbaycan
Azıx qədim insan düşərgəsi özünün stratiqrafiyası, arxeoloji tapıntıları, fauna qalıqları və paleoantropoloji tapıntılara görə hələlik dünyada yeganə... 19.10.2021, Sputnik Azərbaycan
2021-10-19T22:54+0400
2021-10-19T22:54+0400
2021-10-20T10:12+0400
mədəniyyət
tarix
kitab
amea
azıx mağarası
https://cdnn1.img.sputnik.az/img/41735/30/417353073_0:1255:1664:2191_1920x0_80_0_0_2183647d2c3096d16508436e2c133e10.jpg
BAKI, 19 oktyabr - Sputnik. Dünya şöhrətli qədim insan düşərgəsi olan Azıxa həsr olunmuş monoqrafiya çapdan çıxıb. Doqquz alimin əməyiSputnik Azərbaycan-ın məlumatına görə, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun rəhbərliyi altında M.M.Hüseynov, S.D.Əliyev, A.A.Veliçko, D.V.Hacıyev, Ə.Q.Cəfərov, Ə.V.Məmmədov, M.B.Süleymanov, N.B.Şirinovun müəllifliyi ilə “Azıx mağarası: Azərbaycan ərazisində ən qədim ibtidai insan düşərgəsi” adlı 408 səhifəlik monoqrafiya rus dilindədir.Monoqrafiyada 1960-1986-cı illərdə aparılmış arxeoloji tədqiqatlar zamanı tapılmış maddi-mədəniyyət qalıqları arxeologiya elminin müasir səviyyəsində tədqiq olunub. Azıx paleolit düşərgəsindən tapılmış Quruçay, Qədim Aşel, Orta Aşel, Mustye mədəniyyətinə aid daş məmulatının texniki-tipoloji xüsusiyyətləri müəyyən edilib. Eyni zamanda monoqrafiyada düşərgənin stratiqrafiyası, heyvanat aləmi, bitki örtüyü və digər cəhətlər də tədqiq olunub.Azıx paleolit düşərgəsində tapılmış maddi-mədəniyyət qalıqlarının arxeologiya, paleontologiya, paleoantropologiya, paleocoğrafiya, paleogeomorfologiya və digər elm sahələrinə aid arxeoloji faktlar var. Məhz buna görə də dünyanın tanınmış arxeoloqları Azıxdan tapılmış maddi-mədəniyyət qalıqlarının tədqiqinə və təbliğinə yüksək qiymət verirlər. 25,5 ç.v. həcmində olan monoqrafiya 10 fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat siyahısı, Azərbaycan və ingilis dillərində xülasə, fotoşəkillər və əmək alətlərinin qrafik şəkillərindən ibarətdir. Monoqrafiyada paleolit arxeoloji ekspedisiyasının rəisi M.M.Hüseynov və rəis müavini Ə.Q.Cəfərovun rəhbərliyi altında uzun müddətli aparılmış qazıntıların kompleks şəkildə elmi nəticələri şərh olunub. Azıx düşərgəsinin tarixiAparılan kompleks tədqiqatlar zamanı məlum olub ki, Azıx düşərgəsindən tapılmış arxeoloji, paleontoloji, paleocoğrafi, paleogeologiya və digər tapıntılar daş dövrünün ayrı-ayrı arxeoloji mədəniyyətlərini öyrənmək üçün ən zəngin maddi-mədəniyyət əsaslarına malikdir. Azıx düşərgəsinin 14 metrdən artıq çöküntülərində 10 arxeoloji təbəqə qeydə alınaraq tədqiq olunub. Aparılan tədqiqatlar zamanı düşərgənin stratiqrafiyasından arxeoloji və fauna qalıqları ilə yanaşı, ocaq qalıqları, ibtidai tikili yeri və digər tapıntılar əldə olunub. Düşərgənin I və II təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı eneolit, tunc, antik və orta əsrlər arxeologiyasına adi maddi-mədəniyyət qalıqları tapılıb. III təbəqədə aparılan arxeoloji qazıntılar zamanı Mustye mədəniyyətinə aid maddi-mədəniyyət qalıqları tapılıb. IV təbəqədə aparılan qazıntılar zamanı maddi-mədəniyyət qalıqları tapılmadığına görə həmin təbəqə “lal təbəqə” adlanır. Düşərgənin V təbəqəsində aparılan tədqiqat zamanı Orta Aşel mədəniyyətinə aid, VI təbəqədə aparılan arxeoloji qazıntılar zamanı qədim Aşel, VII-X təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı isə Quruçay mədəniyyətinə aid arxeoloji və paleontoloji tapıntılar əldə olunub.Monoqrafiyada ayrı-ayrı arxeoloji mədəniyyətlərin xarakterik xüsusiyyətləri, əmək alətlərinin texniki-tipoloji cəhətləri dünyanın digər abidələri içərində Azıx düşərgəsinin tutduğu yer və digər xüsusiyyətlər geniş şərh olunur. Düşərgədən tapılmış milyondan artıq heyvan sümükləri əsasında paleolit dövrünün heyvanat aləmi D.V.Hacıyev, S.D.Əliyev, Burcak Abramoviç və digər alimlər tərəfindən tədqiq olunub. Bundan başqa, paleolit dövrünün paleocoğrafiyası kompleks şəkildə tədqiq edilib.Aparılan kompleks elmi tədqiqatlar zamanı məlum olub ki, Qarabağın dağlıq ərazisində ən qədim zamanlarda təbii kars mağaraları əmələ gəlib. Məhz buna görə də Azərbaycanın ilk sakinləri hələ 2,5 milyon il bundan əvvəllərdən Qarabağın Quruçay sahillərində və Azıx mağarasında məskunlaşmağa başlamışlar. Ən qədim zamanlardan Qarabağın Quruçay və Köndələnçay vadilərində əlverişli təbii coğrafi şərait mövcud olub. Ərazidə aparılan kompleks elmi tədqiqatlar nəticəsində məlum olub ki, hələ 2-3 milyon il bundan əvvəllər Quruçay vadisində mülayim iqlim şəraitində çoxlu heyvan yaşayıb. Eyni zamanda Quruçay vadisi, Azıx və Tağlar paleolit düşərgələri yerləşən ərazidən ibtidai insanlar əmək alətləri hazırlamaq üçün xammal mənbəyi kimi istifadə ediblər. Quruçay vadisində, həmçinin Tuğ çökəkliyində kvars, kvarsit, bazalt, felzit, yaşma, çaxmaq, dəvəgözü və s. daşları mövcud olub.Azıx paleolit düşərgəsinin VII-X təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı 300-dən artıq daş məmulatı və bir neçə ədəd ovlanmış heyvan sümüklərinin qalıqları tapılıb. Ən aşağı təbəqələrin daş məmulatı içərisində kobud əl çapacaqları, kubvari alətlər, kobud qaşovlar və vurma səthi yaxşı saxlanmış qəlpələr də qeydə alınıb. Azıx paleolit düşərgəsində təbəqələrin yerləşmə səviyyəsindən asılı olmayaraq VII-X təbəqələrin daş məmulatı eyni texniki üsul ilə hazırlanıb. Bu xüsusiyyətlər əmək alətlərinin ümumi görünüşündə ərplə örtülməsindən asılı olmayaraq saxlanılma dərəcəsində, texniki və tipoloji əlamətlərində özünü göstərir. Qadın çənəsiAzıx paleolit düşərgəsinin V təbəqəsinin IV layında aparılan arxeoloji tədqiqatlar zamanı daş məmulatı və fauna qalıqları ilə yanaşı qədim insana məxsus çənənin tapılması mühüm əhəmiyyətə malikdir. Çünki 1968-ci ilə qədər keçmiş SSRİ ərazisində Orta Aşel mədəniyyətinə aid paleoantropoloji tapıntı qeydə alınmamışdı. Azıx düşərgəsinin Orta Aşel mədəniyyətinə aid tapılmış qədim insan çənəsinin iri olması açıq nəzərə çarpır və gövdəsi nisbətən qalındır. Bu baxımdan Azıxdan tapılmış çənə avstralopitekdən fərqlənir və müəyyən əlamətlərinə görə arxantroplar arasında özünə xüsusi yer tutur. Azıx düşərgəsinin Orta Aşel dövrünə aid təbəqəsindən tapılmış çənəyə şərti olaraq azıxantrop, yəni “Azıx adamı” adı verilib. Azıx qədim insan düşərgəsindən tapılmış qədim insan çənəsi quruluşdakı spesifik cəhətlərə əsasən bir tərəfdən pitekantroplara, xüsusilə, Almaniyadan tapılmış Mauer adamının çənəsinə, digər tərəfdən bir çox əlamətlərinə görə Fransanın Kondel-Araqo düşərgəsinin Aşel təbəqəsindən tapılmış preneandertallara daha yaxındır. Azıxdan tapılmış qədim insan çənəsi 30-35 yaşlı qadına məxsusdur.Azıx qədim insan düşərgəsi özünün stratiqrafiyası, arxeoloji tapıntıları, fauna qalıqları və paleoantropoloji tapıntılara görə hələlik dünyada yeganə çoxtəbəqəli paleolit düşərgəsidir.
https://sputnik.az/20210216/Ermenistan-vaxtile-isgal-etdiyi-torpaqlarimizda-arxeoloji-qazintilar-aparmaq-ucun-milyonlar-xercleyib-426231544.html
https://sputnik.az/20201101/isqal-altinda-olan-erazilerde-tarixi-abideler-425353732.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41735/30/417353073_0:1099:1664:2347_1920x0_80_0_0_dd142dc8526ea3585fb5ba9cceb4bfb2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tarix, kitab, amea, azıx mağarası
tarix, kitab, amea, azıx mağarası
Azıx mağarası haqda yeni bilgilər
22:54 19.10.2021 (Yenilənib: 10:12 20.10.2021) Azıx qədim insan düşərgəsi özünün stratiqrafiyası, arxeoloji tapıntıları, fauna qalıqları və paleoantropoloji tapıntılara görə hələlik dünyada yeganə çoxtəbəqəli paleolit düşərgəsidir.
BAKI, 19 oktyabr - Sputnik. Dünya şöhrətli qədim insan düşərgəsi olan Azıxa həsr olunmuş monoqrafiya çapdan çıxıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor
Əsədulla Cəfərovun rəhbərliyi altında
M.M.Hüseynov, S.D.Əliyev, A.A.Veliçko, D.V.Hacıyev, Ə.Q.Cəfərov, Ə.V.Məmmədov, M.B.Süleymanov, N.B.Şirinovun müəllifliyi ilə “Azıx mağarası: Azərbaycan ərazisində ən qədim ibtidai insan düşərgəsi” adlı 408 səhifəlik monoqrafiya rus dilindədir.
Monoqrafiyada 1960-1986-cı illərdə aparılmış arxeoloji tədqiqatlar zamanı tapılmış maddi-mədəniyyət qalıqları arxeologiya elminin müasir səviyyəsində tədqiq olunub. Azıx paleolit düşərgəsindən tapılmış Quruçay, Qədim Aşel, Orta Aşel, Mustye mədəniyyətinə aid daş məmulatının texniki-tipoloji xüsusiyyətləri müəyyən edilib. Eyni zamanda monoqrafiyada düşərgənin stratiqrafiyası, heyvanat aləmi, bitki örtüyü və digər cəhətlər də tədqiq olunub.
Azıx paleolit düşərgəsində tapılmış maddi-mədəniyyət qalıqlarının arxeologiya, paleontologiya, paleoantropologiya, paleocoğrafiya, paleogeomorfologiya və digər elm sahələrinə aid arxeoloji faktlar var. Məhz buna görə də dünyanın tanınmış arxeoloqları Azıxdan tapılmış maddi-mədəniyyət qalıqlarının tədqiqinə və təbliğinə yüksək qiymət verirlər.
25,5 ç.v. həcmində olan monoqrafiya 10 fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat siyahısı, Azərbaycan və ingilis dillərində xülasə, fotoşəkillər və əmək alətlərinin qrafik şəkillərindən ibarətdir. Monoqrafiyada paleolit arxeoloji ekspedisiyasının rəisi M.M.Hüseynov və rəis müavini Ə.Q.Cəfərovun rəhbərliyi altında uzun müddətli aparılmış qazıntıların kompleks şəkildə elmi nəticələri şərh olunub.
Aparılan kompleks tədqiqatlar zamanı məlum olub ki, Azıx düşərgəsindən tapılmış arxeoloji, paleontoloji, paleocoğrafi, paleogeologiya və digər tapıntılar daş dövrünün ayrı-ayrı arxeoloji mədəniyyətlərini öyrənmək üçün ən zəngin maddi-mədəniyyət əsaslarına malikdir. Azıx düşərgəsinin 14 metrdən artıq çöküntülərində 10 arxeoloji təbəqə qeydə alınaraq tədqiq olunub. Aparılan tədqiqatlar zamanı düşərgənin stratiqrafiyasından arxeoloji və fauna qalıqları ilə yanaşı, ocaq qalıqları, ibtidai tikili yeri və digər tapıntılar əldə olunub.
Düşərgənin I və II təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı eneolit, tunc, antik və orta əsrlər arxeologiyasına adi maddi-mədəniyyət qalıqları tapılıb. III təbəqədə aparılan arxeoloji qazıntılar zamanı Mustye mədəniyyətinə aid maddi-mədəniyyət qalıqları tapılıb. IV təbəqədə aparılan qazıntılar zamanı maddi-mədəniyyət qalıqları tapılmadığına görə həmin təbəqə “lal təbəqə” adlanır.
Düşərgənin V təbəqəsində aparılan tədqiqat zamanı Orta Aşel mədəniyyətinə aid, VI təbəqədə aparılan arxeoloji qazıntılar zamanı qədim Aşel, VII-X təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı isə Quruçay mədəniyyətinə aid arxeoloji və paleontoloji tapıntılar əldə olunub.
Monoqrafiyada ayrı-ayrı arxeoloji mədəniyyətlərin xarakterik xüsusiyyətləri, əmək alətlərinin texniki-tipoloji cəhətləri dünyanın digər abidələri içərində Azıx düşərgəsinin tutduğu yer və digər xüsusiyyətlər geniş şərh olunur. Düşərgədən tapılmış milyondan artıq heyvan sümükləri əsasında paleolit dövrünün heyvanat aləmi D.V.Hacıyev, S.D.Əliyev, Burcak Abramoviç və digər alimlər tərəfindən tədqiq olunub. Bundan başqa, paleolit dövrünün paleocoğrafiyası kompleks şəkildə tədqiq edilib.
Aparılan kompleks elmi tədqiqatlar zamanı məlum olub ki, Qarabağın dağlıq ərazisində ən qədim zamanlarda təbii kars mağaraları əmələ gəlib. Məhz buna görə də Azərbaycanın ilk sakinləri hələ 2,5 milyon il bundan əvvəllərdən Qarabağın Quruçay sahillərində və Azıx mağarasında məskunlaşmağa başlamışlar. Ən qədim zamanlardan Qarabağın Quruçay və Köndələnçay vadilərində əlverişli təbii coğrafi şərait mövcud olub.
Ərazidə aparılan kompleks elmi tədqiqatlar nəticəsində məlum olub ki, hələ 2-3 milyon il bundan əvvəllər Quruçay vadisində mülayim iqlim şəraitində çoxlu heyvan yaşayıb. Eyni zamanda Quruçay vadisi, Azıx və Tağlar paleolit düşərgələri yerləşən ərazidən ibtidai insanlar əmək alətləri hazırlamaq üçün xammal mənbəyi kimi istifadə ediblər. Quruçay vadisində, həmçinin Tuğ çökəkliyində kvars, kvarsit, bazalt, felzit, yaşma, çaxmaq, dəvəgözü və s. daşları mövcud olub.
Azıx paleolit düşərgəsinin VII-X təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı 300-dən artıq daş məmulatı və bir neçə ədəd ovlanmış heyvan sümüklərinin qalıqları tapılıb. Ən aşağı təbəqələrin daş məmulatı içərisində kobud əl çapacaqları, kubvari alətlər, kobud qaşovlar və vurma səthi yaxşı saxlanmış qəlpələr də qeydə alınıb. Azıx paleolit düşərgəsində təbəqələrin yerləşmə səviyyəsindən asılı olmayaraq VII-X təbəqələrin daş məmulatı eyni texniki üsul ilə hazırlanıb. Bu xüsusiyyətlər əmək alətlərinin ümumi görünüşündə ərplə örtülməsindən asılı olmayaraq saxlanılma dərəcəsində, texniki və tipoloji əlamətlərində özünü göstərir.
Azıx paleolit düşərgəsinin V təbəqəsinin IV layında aparılan arxeoloji tədqiqatlar zamanı daş məmulatı və fauna qalıqları ilə yanaşı qədim insana məxsus çənənin tapılması mühüm əhəmiyyətə malikdir. Çünki 1968-ci ilə qədər keçmiş SSRİ ərazisində Orta Aşel mədəniyyətinə aid paleoantropoloji tapıntı qeydə alınmamışdı. Azıx düşərgəsinin Orta Aşel mədəniyyətinə aid tapılmış qədim insan çənəsinin iri olması açıq nəzərə çarpır və gövdəsi nisbətən qalındır. Bu baxımdan Azıxdan tapılmış çənə avstralopitekdən fərqlənir və müəyyən əlamətlərinə görə arxantroplar arasında özünə xüsusi yer tutur. Azıx düşərgəsinin Orta Aşel dövrünə aid təbəqəsindən tapılmış çənəyə şərti olaraq azıxantrop, yəni “Azıx adamı” adı verilib. Azıx qədim insan düşərgəsindən tapılmış qədim insan çənəsi quruluşdakı spesifik cəhətlərə əsasən bir tərəfdən pitekantroplara, xüsusilə, Almaniyadan tapılmış Mauer adamının çənəsinə, digər tərəfdən bir çox əlamətlərinə görə Fransanın Kondel-Araqo düşərgəsinin Aşel təbəqəsindən tapılmış preneandertallara daha yaxındır. Azıxdan tapılmış qədim insan çənəsi 30-35 yaşlı qadına məxsusdur.
Azıx qədim insan düşərgəsi özünün stratiqrafiyası, arxeoloji tapıntıları, fauna qalıqları və paleoantropoloji tapıntılara görə hələlik dünyada yeganə çoxtəbəqəli paleolit düşərgəsidir.