https://sputnik.az/20211029/beser-ecdadinin-yeni-novu-tapildi-434689948.html
Bəşər əcdadının yeni növü tapıldı
Bəşər əcdadının yeni növü tapıldı
Sputnik Azərbaycan
Alimlər fikirləşirlər ki, Homo bodoensis Afrikada orta pleystosen dövründə, təxminən 500 min il əvvəl yaşayıb və müasir insanın birbaşa əcdadı olub. 29.10.2021, Sputnik Azərbaycan
2021-10-29T08:37+0400
2021-10-29T08:37+0400
2021-10-29T08:37+0400
elm
insan
afrika
arxeoloji tapıntı
qalıqlar
arxeologiya
https://cdnn1.img.sputnik.az/img/41189/31/411893182_0:345:4929:3117_1920x0_80_0_0_caa7c3e1afbb87e002343c750d42369a.jpg
BAKI, 29 oktyabr - Sputnik. Afrikanın orta pleystosen dövrünün sakinləri yeni insan növü - Homo bodoensis-ə aid edilə bilərlər. Vinnipeq Universitetinin mütəxəssislərinin başçılıq etdiyi beynəlxalq paleontoloqlar komandası belə bir qənatə gəlib. Əvvəllər məlum olan qalıqları başqa növlərə aid edirdilər, bu isə tapıntıların identifikasiya və təsnifləşdirilməsini çətinləşdirirdi. Bu barədə geniş material Evolutionary Anthropology Issues News and Reviews jurnalında dərc olunub.Alimlər fikirləşirlər ki, Homo bodoensis Afrikada orta pleystosen dövründə, təxminən 500 min il əvvəl yaşayıb və müasir insanın birbaşa əcdadı olub. Onlar Afrika və Avropada tapılmış həmin dövrə aid insan qalıqlarını müqayisə ediblər. Əvvəllər bunlar Heydelberq və Rodeziya insanlarının daşlaşmış qalıqları sayılırdı. Ancaq bu növlərlə bağlı qarışıqlıq da var - məsələn, Heydelberq adamına məxsus olduğu hesab edilən qalıqların DNT analizi onun neandertal olduğunu aşkara çıxardı. Rodezia insanı haqda məlumatlar isə həddən artıq kasaddır, hansıa qalıqları buraya aid eləmək üçün kriteriyalar da dəqiq deyil. Yeni qiymətləndirməyə görə, daşlaşmış qalıqların bir hissəsini neandertallara aid etmək daha doğrudur. Qalanlarını isə Efiopiyanın Bodo D`Ar məntəqəsində tapılmış kəllə sümüyünün şərəfinə adlandırılmış Homo bodoensis növünə aid etmək olar. Bu kateqoriyaya orta pleystosen dövründə yaşamış Afrikanın əksər və Cənubi-Şərqi Asiyanın bəzi nümayəndələri uyğun gəlirlər.Eləcə də oxuyun:* Azərbaycanda maraqlı səhnə ortaya çıxıb: Tazılar və çaqqallar qarşı-qarşıya - VİDEO* Azərbaycanlı arxeoloq bizi 3 milyon il bundan əvvələ apardı* Azərbaycanda ilk: Arxeoloq əmək alətləri düzəldir* Dünyada illərlə axtarılan artefakt Azərbaycanda tapıldı* Romalı əsgərin Xınalıqda unutduğu falerda qərəzlərin üstündən xətt çəkir* "Lara Kroft"lar üçün Azərbaycan macərası: bu sümüklərin gücünü onlar yaxşı bilirlər - FOTO* Yüzilliklər ərzində dünyaya hökm etmiş imperiyanın mirası Azərbaycana nə qazandıracaq?* Dünyanın ən məşhur fironunun ölüm səbəbi açıqlandı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41189/31/411893182_0:0:4373:3280_1920x0_80_0_0_41fc32f339c4f24ac9d976f348aa795b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
insan, afrika, arxeoloji tapıntı, qalıqlar, arxeologiya
insan, afrika, arxeoloji tapıntı, qalıqlar, arxeologiya
Bəşər əcdadının yeni növü tapıldı
Alimlər fikirləşirlər ki, Homo bodoensis Afrikada orta pleystosen dövründə, təxminən 500 min il əvvəl yaşayıb və müasir insanın birbaşa əcdadı olub.
BAKI, 29 oktyabr - Sputnik. Afrikanın orta pleystosen dövrünün sakinləri yeni insan növü - Homo bodoensis-ə aid edilə bilərlər. Vinnipeq Universitetinin mütəxəssislərinin başçılıq etdiyi beynəlxalq paleontoloqlar komandası belə bir qənatə gəlib.
Əvvəllər məlum olan qalıqları başqa növlərə aid edirdilər, bu isə tapıntıların identifikasiya və təsnifləşdirilməsini çətinləşdirirdi. Bu barədə geniş material
Evolutionary Anthropology Issues News and Reviews jurnalında dərc olunub.
Alimlər fikirləşirlər ki, Homo bodoensis Afrikada orta pleystosen dövründə, təxminən 500 min il əvvəl yaşayıb və müasir insanın birbaşa əcdadı olub. Onlar Afrika və Avropada tapılmış həmin dövrə aid insan qalıqlarını müqayisə ediblər. Əvvəllər bunlar Heydelberq və Rodeziya insanlarının daşlaşmış qalıqları sayılırdı. Ancaq bu növlərlə bağlı qarışıqlıq da var - məsələn, Heydelberq adamına məxsus olduğu hesab edilən qalıqların DNT analizi onun neandertal olduğunu aşkara çıxardı. Rodezia insanı haqda məlumatlar isə həddən artıq kasaddır, hansıa qalıqları buraya aid eləmək üçün kriteriyalar da dəqiq deyil.
Yeni qiymətləndirməyə görə, daşlaşmış qalıqların bir hissəsini neandertallara aid etmək daha doğrudur. Qalanlarını isə Efiopiyanın Bodo D`Ar məntəqəsində tapılmış kəllə sümüyünün şərəfinə adlandırılmış Homo bodoensis növünə aid etmək olar. Bu kateqoriyaya orta pleystosen dövründə yaşamış Afrikanın əksər və Cənubi-Şərqi Asiyanın bəzi nümayəndələri uyğun gəlirlər.
* Azərbaycanda maraqlı səhnə ortaya çıxıb:
Tazılar və çaqqallar qarşı-qarşıya - VİDEO
* Azərbaycanlı arxeoloq bizi
3 milyon il bundan əvvələ apardı
*
"Lara Kroft"lar üçün Azərbaycan macərası: bu sümüklərin gücünü onlar yaxşı bilirlər - FOTO