ELM

Qubada növbəti toplu məzarlıq tapılıb: İnsanları yandıraraq üst-üstə basdırıblar

© Sputnik / Leyla AbdullayevaQubada məzarlıq
Qubada məzarlıq - Sputnik Azərbaycan, 1920, 29.10.2021
Abunə olmaq
Bu məzarlğın ermənilərin ötən əsrin əvvəllərində törətdiyi qətliamın, yaxud hansısa yoluxucu xəstəliyin nəticəsi olub-olmadığı araşdırılır.
BAKI, 26 oktyabr — Sputnik. Keçən ayın əvvəllərində Quba rayonunun İkinci Nügədi kəndinin ərazisində, təpəlik adlanan yerdə, meşəlikdə maraqlı və tarixi məzarlıq aşkar edilib. Bu məzarlığı görən kənd sakinləri lazımi orqanlara məlumat veriblər. Məsələ ilə bağlı araşdırma aparmaq üçün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Quba sahəsinin mütəxəssisləri dərhal işə başlayıblar.
Daha sonra xidmətin Şabran regional idarəsinin rəisi Sabit Qurbanov və mütəxəssislər əraziyə geniş baxış keçiriblər. İdarədən Sputnik Azərbaycan-a verilən məlumata görə, tapılan məzarlıq hündür təpəlikdə yerləşir. İlkin ehtimala görə, insanlar kütləvi şəkildə yandırılıblar. Bundan sonra onların qalıqları üst-üstə quyulara atılıb.
© Sputnik / Leyla AbdullayevaQubada məzarlıq
Qubada məzarlıq - Sputnik Azərbaycan, 1920, 29.10.2021
Qubada məzarlıq
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran regional idarəsinin rəisi Sabit Qurbanovun Sputnik Azərbaycan-a yeni tapılan məzarlıq barədə məlumat verərkən deyib:
"Quba rayonunun İkinci Nügədi kəndində insan qalıqlarının tapıldığı barədə məlumat daxil olan kimi, dərhal idarənin mütəxəssilərini götürüb hadisə yerinə yollandıq. Əraziyə baxış keçirdik. Burada xaotik şəkildə basdırılan çox sayda insan qalıqlarına rast gəldik. Bu, dəfn forması heç bir dini ənənəyə uyğun gəlmir. Yəni normal halda insanın dəfni hansısa dini ənənəyə əsaslanır. Amma burada heç bir ənənədən söhbət gedə bilməz. Ən dəhşətlisi də odur ki, sümüklərin yanında kül izləri var. Bu da o ilkin qənaəti yaradır ki, cəsədlərin çoxu yandırılıb".
Qurbanovun sözlərinə görə, bunun erməni vəhşiliyinin bir hissəsi olduğunu ehtimal edirlər:
© Sputnik / Leyla AbdullayevaQubada məzarlıq
Qubada məzarlıq - Sputnik Azərbaycan, 1920, 29.10.2021
Qubada məzarlıq
"Kəllə sümüyünün birində dəlik var. Bunun güllənin açdığı dəlik olduğu güman edilir. Gördüklərimiz belə bir qənaət yaradır ki, dinc əhaliyə qarşı vandalizm aktı törədilib. İnsanlar kütləvi şəkildə qətlə yetiriliblər".
Qurbanov onu da qeyd edib ki, bu məzarlğın ermənilərin ötən əsrin əvvəllərində törətdiyi qətliamın, yaxud hansısa yoluxucu xəstəliyin nəticəsi olub-olmadığı araşdırılır. Fərziyyə var ki, bu, 1918-ci ildə Quba qəzasını viran qoyan ermənilərin azərbaycanlılara qarşı soyqırımının nəticəsi ola bilər.
Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna artıq bu tapıntı ilə bağlı məlumat verilib. Məsələ onların araşdırmasından sonra gün üzünə çıxacaq.
© Sputnik / Leyla AbdullayevaQubada məzarlıq
Qubada məzarlıq - Sputnik Azərbaycan, 1920, 29.10.2021
Qubada məzarlıq
Sabit Qurbanov onu da əlavə edib ki, məzarlığın tapıldığı təpədən kənd sakinləri yük maşınları ilə qum daşıyırlarmış. İndi orada hərəkət dayandırılıb.
Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Qəhrəman Ağayev isə bildirib ki, hələlik həmin əraziyə gedib çıxa bilməyiblər. Gələn həftə əraziyə baxış keçirəcəklər. Məzarlığın tarixi, insanların hansı səbəbdən orada toplu şəkildə dəfn edildiyi araşdırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək.
Xəbər lenti
0