https://sputnik.az/20211120/tibbi-xidmetler-bahalasacaq-yeniliklerin-yuku-yene-pasiyentin-ciynine-dusecek-436454149.html
Tibbi xidmətlər bahalaşacaq? Yeniliklərin yükü yenə pasiyentin çiyninə düşəcək
Tibbi xidmətlər bahalaşacaq? Yeniliklərin yükü yenə pasiyentin çiyninə düşəcək
Sputnik Azərbaycan
Həkim müayinəsi və digər müayinələr üçün tibbi xidmətin dəyərini nağdsız ödəmək mümkün olsa da, cərrahiyyə əməliyyatları üçün yüksək məbləğdə ödənişlər həkimin... 20.11.2021, Sputnik Azərbaycan
2021-11-20T22:07+0400
2021-11-20T22:07+0400
2021-11-20T22:07+0400
tibbi preparat
səhiyyə
xidmət
bahalaşma
ədv
nağd ödəniş sistemi
https://cdnn1.img.sputnik.az/img/07e5/04/01/426592414_0:145:3072:1873_1920x0_80_0_0_d7dfe0871eda2086152e752050196910.jpg
BAKI, 20 noyabr — Sputnik. Gələn ildən tibbi xidmətlərə görə ödənişlərin qəbulu ilə bağlı bir sıra dəyişikliklər nəzərdə tutulub. Dəyişikliklərdən biri də odur ki, tibbi xidmətlərə görə beş yüz manatdan artıq olan ödənişlər nağdsız həyata keçiriləcək. Bu, Milli Məclisin iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Nağdsız hesablaşmalar haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Qanun layihəsinə görə, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər nağdsız ödəniləcək.Digər yenilik isə gələn ildən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən əlavə dəyər vergisini (ƏDV) fiziki şəxs olan istehlakçıların geri ala bilməsi ilə bağlıdır. Bununla bağlı da Vergi Məcəlləsinə dəyişiklik edilir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.Qeyd edək ki, hazırda özəl tibb müəssisələrinin mütləq əksəriyyəti tibbi xidmət haqlarını pasiyentdən nağd şəkildə alır. Bu isə həmin tibb müəssisələrinə gəlirləri ilə bağlı məlumatları gizlətmək imkanı yaradır. Artıq nağdsız hesablaşma gələcəkdə tibb müəssisələrinin gəlirlərini gizlətməyə imkan verməyəcək. Tibbi xidmətlərə görə ödəniləcək məbləğdən ƏDV-nin geri qaytarılması isə pasiyentlərin nağdsız ödənişlərə marağını artıracaq. Bəs görəsən, tibbi xidmətlərin göstərilməsində tətbiq ediləcək yeniliklər tibb müəssisələrində qiymətlərə necə təsir edəcək?Əlaqə saxladığımız tibb müəssisələrindən bildirdilər ki, xəstənin həkim müayinəsi və digər müayinələr üçün tibbi xidmətin dəyərini nağdsız ödəmək mümkün olsa da, cərrahiyyə əməliyyatları üçün yüksək məbləğdə ödənişlər həkimin özünə nağd ödənilir. "Lancet" klinikasından Sputnik Azərbaycan-a bildirdilər ki, əməliyyat otaqları cərrahlara icarəyə verilir. Ona görə də xəstə əməliyyat qiymətini həkimə nağd ödəyir. Həkim isə icarəyə götürdüyünə görə klinikaya icarə haqqı ödəyir. Əlaqə saxladığımız əksər tibb müəssisələrindən eyni cavabı aldıq.İqtisadçı Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər iki dəyişiklik tibbi xidmətlərdə qiymətlərə təzyiqin olmasına gətirib çıxardacaq: "Burada məsələyə iki aspektdən baxmaq lazımdır. Özəl səhiyyə sistemində dövriyyənin əhəmiyyətli hissəsi qeyri-leqaldır. Hökumət əslində bu qaydalara dəyişiklik etməklə tibbi sektorda müəyyən qədər bu istiqamətdəki dövriyyənin leqallaşdırılmasına cəhd edir. Çünki nağdsız ödəniş avtomatik uçot və vergiyə cəlb olunma deməkdir. Bu baxımdan da yaranmış xərclərin orta - uzunmüddətli dövrdə istehlak qiymətlərində əks etdiriləcəyini deyə bilərik. Yəni qiymətlər artacaq".Bu dəyişikliyin pasiyentlərə təsirinə gəlincə, R.Həsənov qanunvericiliyə yeni dəyişiklikdən olan səhiyyə xidmətləri qarşılığında ödəniləcək məbləğdən ƏDV-nin geri qaytarılmasının da qiymət artımına gətirib çıxaracağını söyləyir: Qeyd edək ki, nağdsız hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirilməsinə pərakəndə satış qaydasında (mebellərin və məişət texnikasının satışı istisna olmaqla) təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində iki min manatdan artıq olan ödənişlər; mebellərin və məişət texnikasının satışı üzrə bir əməliyyat çərçivəsində on min manatdan artıq olan ödənişlər; tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər də daxil ediləcək.Həmçinin buraya “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlar ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları) də aid ediləcək. Bu, dəyişikliklər 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.Qeyd edək ki, layihə müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.Eləcə də oxuyun:* Daha hansı xidmətləri pulsuz alacağıq? Rəsmi cavab* Böyrək köçürülməsi üçün növbədə olanlar donor tapa bilmirlər, qanunlar isə işləmir* Beyninin yarısını, 6 barmağını, 1 gözünü itirən qaziyə nə qədər təqaüd təyin olunub? Rəsmi* Tibbi xidmətlərə görə beş yüz manatdan artıq olan ödənişlər nağdsız həyata keçiriləcək
https://sputnik.az/20211117/tibbi-xidmetlere-gore-odenilen-edv-ni-geri-almaq-mumkun-olacaq-436416234.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/01/426592414_341:0:3072:2048_1920x0_80_0_0_45004ce2cf4e24d879677d4d197e7c0a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
tibbi preparat, xidmət, bahalaşma, ədv, nağd ödəniş sistemi
tibbi preparat, xidmət, bahalaşma, ədv, nağd ödəniş sistemi
Tibbi xidmətlər bahalaşacaq? Yeniliklərin yükü yenə pasiyentin çiyninə düşəcək
Həkim müayinəsi və digər müayinələr üçün tibbi xidmətin dəyərini nağdsız ödəmək mümkün olsa da, cərrahiyyə əməliyyatları üçün yüksək məbləğdə ödənişlər həkimin özünə nağd ödənilir.
BAKI, 20 noyabr — Sputnik. Gələn ildən tibbi xidmətlərə görə ödənişlərin qəbulu ilə bağlı bir sıra dəyişikliklər nəzərdə tutulub. Dəyişikliklərdən biri də odur ki, tibbi xidmətlərə görə beş yüz manatdan artıq olan ödənişlər nağdsız həyata keçiriləcək. Bu, Milli Məclisin iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Nağdsız hesablaşmalar haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Qanun layihəsinə görə, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər nağdsız ödəniləcək.
Digər yenilik isə gələn ildən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən əlavə dəyər vergisini (ƏDV) fiziki şəxs olan istehlakçıların geri ala bilməsi ilə bağlıdır. Bununla bağlı da Vergi Məcəlləsinə dəyişiklik edilir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.
Qeyd edək ki, hazırda özəl tibb müəssisələrinin mütləq əksəriyyəti tibbi xidmət haqlarını pasiyentdən nağd şəkildə alır. Bu isə həmin tibb müəssisələrinə gəlirləri ilə bağlı məlumatları gizlətmək imkanı yaradır. Artıq nağdsız hesablaşma gələcəkdə tibb müəssisələrinin gəlirlərini gizlətməyə imkan verməyəcək. Tibbi xidmətlərə görə ödəniləcək məbləğdən ƏDV-nin geri qaytarılması isə pasiyentlərin nağdsız ödənişlərə marağını artıracaq. Bəs görəsən, tibbi xidmətlərin göstərilməsində tətbiq ediləcək yeniliklər tibb müəssisələrində qiymətlərə necə təsir edəcək?
Əlaqə saxladığımız tibb müəssisələrindən bildirdilər ki, xəstənin həkim müayinəsi və digər müayinələr üçün tibbi xidmətin dəyərini nağdsız ödəmək mümkün olsa da, cərrahiyyə əməliyyatları üçün yüksək məbləğdə ödənişlər həkimin özünə nağd ödənilir. "Lancet" klinikasından
Sputnik Azərbaycan-a bildirdilər ki, əməliyyat otaqları cərrahlara icarəyə verilir. Ona görə də xəstə əməliyyat qiymətini həkimə nağd ödəyir. Həkim isə icarəyə götürdüyünə görə klinikaya icarə haqqı ödəyir. Əlaqə saxladığımız əksər tibb müəssisələrindən eyni cavabı aldıq.
İqtisadçı Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər iki dəyişiklik tibbi xidmətlərdə qiymətlərə təzyiqin olmasına gətirib çıxardacaq: "Burada məsələyə iki aspektdən baxmaq lazımdır. Özəl səhiyyə sistemində dövriyyənin əhəmiyyətli hissəsi qeyri-leqaldır. Hökumət əslində bu qaydalara dəyişiklik etməklə tibbi sektorda müəyyən qədər bu istiqamətdəki dövriyyənin leqallaşdırılmasına cəhd edir. Çünki nağdsız ödəniş avtomatik uçot və vergiyə cəlb olunma deməkdir. Bu baxımdan da yaranmış xərclərin orta - uzunmüddətli dövrdə istehlak qiymətlərində əks etdiriləcəyini deyə bilərik. Yəni qiymətlər artacaq".
Bu dəyişikliyin pasiyentlərə təsirinə gəlincə, R.Həsənov qanunvericiliyə yeni dəyişiklikdən olan səhiyyə xidmətləri qarşılığında ödəniləcək məbləğdən ƏDV-nin geri qaytarılmasının da qiymət artımına gətirib çıxaracağını söyləyir:
"Nağdsız ödəniş zamanı həmin məbləğdən 15 faiz ƏDV pasiyentə geri qaytarılacaq. Amma biz hələ bunun qiymətə necə təsir edəcəyini də tam proqnozlaşdıra bilmərik. Bu zaman xidməti təklif edənlə alan arasında gizli sövdələşmə ola bilər ki, nağdsız ödəmə olmasın. Çünki özəl tibb xidməti vətəndaşa ödəyəcək keşbekin dəyərini tibbi xidmət qiymətinə əlavə edə bilər. Bu zaman isə xidmətin dəyəri avtomatik bahalaşacaq. Yəni tibb müəssisəsi ƏDV-yə görə itirəcəyi məbləği xidmətin qiymətinin üstünə gələcək. Yenə nəticədə itirən vətəndaş olacaq. Bu zaman, sözsüz ki, özəl tibbi xidmətlərin qiymətlərinin bahalaşması müşahidə olunacaq".
Qeyd edək ki, nağdsız hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirilməsinə pərakəndə satış qaydasında (mebellərin və məişət texnikasının satışı istisna olmaqla) təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində iki min manatdan artıq olan ödənişlər; mebellərin və məişət texnikasının satışı üzrə bir əməliyyat çərçivəsində on min manatdan artıq olan ödənişlər; tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər də daxil ediləcək.
Həmçinin buraya “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlar ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları) də aid ediləcək. Bu, dəyişikliklər 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Qeyd edək ki, layihə müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.