https://sputnik.az/20211117/tibbi-xidmetlere-gore-bes-yuz-manatdan-artiq-olan-odenisler-nagdsiz-heyata-kecirilecek-436416777.html
Tibbi xidmətlərə görə beş yüz manatdan artıq olan ödənişlər nağdsız həyata keçiriləcək
Tibbi xidmətlərə görə beş yüz manatdan artıq olan ödənişlər nağdsız həyata keçiriləcək
Sputnik Azərbaycan
"Nağdsız hesablaşmalar haqqında" qanuna edilən dəyişikliyə görə, mebellərin və məişət texnikasının satışı üzrə bir əməliyyat çərçivəsində on min manatdan artıq... 17.11.2021, Sputnik Azərbaycan
2021-11-17T17:35+0400
2021-11-17T17:35+0400
2021-11-17T17:35+0400
tibb
iqtisadiyyat
milli məclis
bədən
tibbi xidmət
nağdsız hesablashma
nağdsız ödəniş
"lotereyalar haqqında" qanun
nağdsız hesablaşmalar
https://cdnn1.img.sputnik.az/img/42345/54/423455424_0:0:1920:1080_1920x0_80_0_0_a10471614af9f415b2b518d6766f927c.jpg
BAKI, 17 noyabr — Sputnik. İxtisaslaşmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsi ilə avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Nağdsız hesablaşmalar haqqında" qanun təklif edilən dəyişiklikdə əksini tapıb.Hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirilməsinə pərakəndə satış qaydasında (mebellərin və məişət texnikasının satışı istisna olmaqla) təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində iki min manatdan artıq olan ödənişlər; mebellərin və məişət texnikasının satışı üzrə bir əməliyyat çərçivəsində on min manatdan artıq olan ödənişlər; tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər də daxil ediləcək.Həmçinin buraya “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlar ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları) də aid ediləcək.Bu, 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.Layihə müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42345/54/423455424_131:0:1838:1280_1920x0_80_0_0_add9589e9c0b912cc094e6601d836de2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
tibb, milli məclis, bədən, tibbi xidmət, nağdsız hesablashma, nağdsız ödəniş, "lotereyalar haqqında" qanun, nağdsız hesablaşmalar
tibb, milli məclis, bədən, tibbi xidmət, nağdsız hesablashma, nağdsız ödəniş, "lotereyalar haqqında" qanun, nağdsız hesablaşmalar
Tibbi xidmətlərə görə beş yüz manatdan artıq olan ödənişlər nağdsız həyata keçiriləcək
"Nağdsız hesablaşmalar haqqında" qanuna edilən dəyişikliyə görə, mebellərin və məişət texnikasının satışı üzrə bir əməliyyat çərçivəsində on min manatdan artıq olan ödənişlər də nağdsız həyata keçiriləcək.
BAKI, 17 noyabr — Sputnik. İxtisaslaşmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsi ilə avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Nağdsız hesablaşmalar haqqında" qanun təklif edilən dəyişiklikdə əksini tapıb.
Hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirilməsinə pərakəndə satış qaydasında (mebellərin və məişət texnikasının satışı istisna olmaqla) təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində iki min manatdan artıq olan ödənişlər; mebellərin və məişət texnikasının satışı üzrə bir əməliyyat çərçivəsində on min manatdan artıq olan ödənişlər; tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər də daxil ediləcək.
Həmçinin buraya “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlar ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları) də aid ediləcək.
Bu, 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Layihə müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.