https://sputnik.az/20211118/daha-hansi-xidmetleri-pulsuz-alacagiq-resmi-cavab-436447741.html
Daha hansı xidmətləri pulsuz alacağıq? Rəsmi cavab
Daha hansı xidmətləri pulsuz alacağıq? Rəsmi cavab
Sputnik Azərbaycan
Sosial sahə üzrə ekspert cərrahiyyənin bütün növ xidmətlərinin İcbari tibbi sığortanın Xidmətlər Zərfinə əlavə olunmasını zəruri hesab edir. 18.11.2021, Sputnik Azərbaycan
2021-11-18T20:05+0400
2021-11-18T20:05+0400
2021-11-18T20:05+0400
həkim
səhiyyə
xidmət
icbari tibbi sığorta
zərf
https://cdnn1.img.sputnik.az/img/42216/24/422162484_0:46:3072:1774_1920x0_80_0_0_939aa9995353e1dccb4e3e08fd620cb6.jpg
BAKI, 18 noyabr — Sputnik. Azərbaycanda icbari tibbi sığorta zərfinə daxil olan xidmətlərin sayının artırılması təklif olunur. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin plenar iclasında bildirib ki, zərfdə olan xidmətlərin sayı insanlarda müəyyən narazılıqlar yaradır: "Hesab edirəm ki, bu xidmətlərin sayını iki dəfə artırmaqla insanları məmnun edə bilərik".Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanılsa da, hələ ki, bir sıra xəstəliklər üzrə tibbi xidmətlər icbari tibbi sığortanın xidmətlər zərfinə əlavə olunmayıb. Bəs görəsən, icbari tibbi sığorta zərfinə hansı tibbi xidmətlər əlavə oluna bilər?Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildiriblər ki, Xidmətlər Zərfindəki əməliyyatlar sırasında oftalmoloji, travmatoloji, ürək-damar əməliyyatları üzrə tibbi xidmətlərin əlavə edilməsi nəzərdə tutulub: "Hazırda icbari tibbi sığortanın xidmətlər zərfinə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Agentlik tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub. Ümumilikdə Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərin sayının 2800-dən çox olması nəzərdə tutulur. Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır. Xidmətlər Zərfində dəyişiklik olduğu təqdirdə bu barədə ictimaiyyətə məlumat verilir".Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, cərrahiyyənin bütün növ xidmətləri İcbari tibbi sığortanın Xidmətlər Zərfinə əlavə olunması zəruridir: Məlumat üçün qeyd edək ki, gələn il üçün nəzərdə tutulan səhiyyə xərcləri müstəqillik dövrünün ən böyük səhiyyə xərcidir. Gələn ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 788,6 milyon manat vəsait nəzərdə tutulub. Son 5 ildə Azərbaycanda səhiyyə xərcləri 2,5 faizə çatıb. Bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə118,6 milyon manat və ya 7,1 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 101,0 milyon manat və ya 6,0 faiz çoxdur. Gələn il səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 62,9 faizi icbari tibbi sığorta xərclərinə yönələcək.Qeyd edək ki, 1 aprel 2021-ci il tarixindən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edir. Xidmətlər Zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir. Növbəti il üçün Xidmətlər Zərfinə daxil olan xidmətlərin 3700-ə qaldırılması proqnozlaşdırılır.Eyni zamanda hazırda həssas qrupların bəziləri üçün səhiyyədə dövlət proqramları tətbiq edilir. 16-ya yaxın dövlət proqramı var və gələcəkdə bu proqramların da icbari tibbi sığorta ilə bağlı Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulub.Eləcə də oxuyun:* Daha xəstələr bölgələrdən Bakıya axışmayacaqlar - Agentlik həkimləri rayonlara göndərəcək* Səhiyyə üçün ayrılan vəsait ən çox bir sahəyə xərclənir* Azərbaycanda tibbi xidmətlərin ƏDV-dən azad edilməsi müzakirə olunub
https://sputnik.az/20211118/boyrek-kocurulmesi-ucun-novbede-olanlar-donor-tapa-bilmirler-qanunlar-ise-islemir-436416390.html
https://sputnik.az/20211118/boyuk-reqemlerdir---azerbaycanda-urek-qusuru-ile-dogulanlarin-sayi-aciqlanib-436438686.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42216/24/422162484_206:0:2937:2048_1920x0_80_0_0_53e0b84394ce4bfada16971c7bd3a586.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
həkim, xidmət, icbari tibbi sığorta, zərf
həkim, xidmət, icbari tibbi sığorta, zərf
Daha hansı xidmətləri pulsuz alacağıq? Rəsmi cavab
Sosial sahə üzrə ekspert cərrahiyyənin bütün növ xidmətlərinin İcbari tibbi sığortanın Xidmətlər Zərfinə əlavə olunmasını zəruri hesab edir.
BAKI, 18 noyabr — Sputnik. Azərbaycanda icbari tibbi sığorta zərfinə daxil olan xidmətlərin sayının artırılması təklif olunur. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin plenar iclasında bildirib ki, zərfdə olan xidmətlərin sayı insanlarda müəyyən narazılıqlar yaradır: "Hesab edirəm ki, bu xidmətlərin sayını iki dəfə artırmaqla insanları məmnun edə bilərik".
Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanılsa da, hələ ki, bir sıra xəstəliklər üzrə tibbi xidmətlər icbari tibbi sığortanın xidmətlər zərfinə əlavə olunmayıb. Bəs görəsən, icbari tibbi sığorta zərfinə hansı tibbi xidmətlər əlavə oluna bilər?
Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildiriblər ki, Xidmətlər Zərfindəki əməliyyatlar sırasında oftalmoloji, travmatoloji, ürək-damar əməliyyatları üzrə tibbi xidmətlərin əlavə edilməsi nəzərdə tutulub: "Hazırda icbari tibbi sığortanın xidmətlər zərfinə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Agentlik tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub. Ümumilikdə Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərin sayının 2800-dən çox olması nəzərdə tutulur. Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır. Xidmətlər Zərfində dəyişiklik olduğu təqdirdə bu barədə ictimaiyyətə məlumat verilir".
Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, cərrahiyyənin bütün növ xidmətləri İcbari tibbi sığortanın Xidmətlər Zərfinə əlavə olunması zəruridir:
"İcbari tibbi sığortanın Xidmətlər Zərfi ürək əməliyyatlarını tam təmin etməlidir. İstər invaziv kardiologiya, istər də kardioloji açıq və qapalı əməliyyatların paketə daxil edilməsinə ciddi ehtiyac var. Çünki bu, ölkədə çox yayılmış xəstəliklər qrupudur".
Məlumat üçün qeyd edək ki, gələn il üçün nəzərdə tutulan səhiyyə xərcləri müstəqillik dövrünün ən böyük səhiyyə xərcidir. Gələn ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 788,6 milyon manat vəsait nəzərdə tutulub. Son 5 ildə Azərbaycanda səhiyyə xərcləri 2,5 faizə çatıb. Bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə118,6 milyon manat və ya 7,1 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 101,0 milyon manat və ya 6,0 faiz çoxdur. Gələn il səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 62,9 faizi icbari tibbi sığorta xərclərinə yönələcək.
Qeyd edək ki, 1 aprel 2021-ci il tarixindən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edir. Xidmətlər Zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir. Növbəti il üçün Xidmətlər Zərfinə daxil olan xidmətlərin 3700-ə qaldırılması proqnozlaşdırılır.
Eyni zamanda hazırda həssas qrupların bəziləri üçün səhiyyədə dövlət proqramları tətbiq edilir. 16-ya yaxın dövlət proqramı var və gələcəkdə bu proqramların da icbari tibbi sığorta ilə bağlı Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulub.