Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Tibbi xidmətlərə görə ödənilən ƏDV-ni geri almaq mümkün olacaq

© Sputnik / Murad OrujovEdvgerial.az saytının istifadəçisi, arxiv şəkli
Edvgerial.az saytının istifadəçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.11.2021
Abunə olmaq
Digər dəyişikliklə, ƏDV-nin qaytarılması mexanizmi avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarına aid edilməyəcək.
BAKI, 17 noyabr — Sputnik. Gələn ildən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən əlavə dəyər vergisini (ƏDV) fiziki şəxs olan istehlakçılar geri ala biləcəklər.
Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.
Lakin digər dəyişikliklə, ƏDV-nin qaytarılması mexanizmi avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışına aid edilməyəcək. Mövcud qanunvericiliyə görə, indiyədək ancaq neft və qaz məhsulları ƏDV-nin geri qaytarılmasına aid edilmirdi. Bundan sonra avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışı da buraya əlavə ediləcək.
Qeyd edək ki, qüvvədə olan qanunverciliyə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanın ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Qanunvericiliyə təklif edilmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və s. istiqamətləri əhatə edir.
Xəbər lenti
0