DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Saakaşvili üçün xüsusi sxem hazırladılar

© AFP 2024 / JANEK SKARZYNSKIGürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili - Sputnik Azərbaycan, 1920, 20.11.2021
Abunə olmaq
Qori hospitalında Saakaşvili 50 gün sürən aclıqdan sonra bərpa prosesi keçəcək.
BAKI, 20 noyabr - Sputnik. Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili hazırlanmış sxem üzrə qida qəbuluna başlayıb.
Sputnik Gürcüstan xəbər verir ki, bunu dövlət konsiliumunun üzvü Nino Şaraşenidze deyib.
Baş nazir İrakli Qaribaşvilinin göstərişi ilə çağırılan konsilium Saakaşvilini şənbə gecəsi Qori hospitalına köçürüldükdən sonra ziyarət edib.
"Biz laborator araşdırmalarla tanış olduq, terapevtik statusu qiymətləndirdik, növbəti laborator analizləri təyin etdik, müalicə sxemi hazırladıq və dərman seçdik", - Şaraşenidze deyib.
O qeyd edib ki, Saakaşvilini artıq nutrisioloq və qastroenteroloq müayinə ediblər. Həkimin sözlərinə görə, Saakaşvilinin hələ də başı ağrıyır, səhhəti ilə bağlı konkret problemləri var.
----------
10:32
Gürcüstanın sabiq prezidenti şənbə günü gecə Tbilisidən 80 km aralıdakı Qori hospitalına köçürülüb.
Sputnik Gürcüstan yazır ki, Saakaşvilinin olduğu reanimobil bütün yolu heç bir insident olmadan, maneəsiz keçib.
Saakaşvilini şəxsi həkimi Nikoloz Kipşidze, eləcə də vəkilləri Nika Qvaramiya və Dmitri Sadzaqlişvili müşayiət ediblər.
"Saakaşvilini palataya yerləşdirəndə orada olacağıq", - Qvaramiya izah edib.
Qori hospitalında Saakaşvili 50 gün sürən aclıqdan sonra bərpa prosesi keçəcək.
Son iki günü Gürcüstanın sabiq prezidenti həbsxana klinikasının reanimasiya bölməsində keçirib.
Müdafiə Nazirliyinin Georgi Abramişvili adına hərbi hospitalı 2006-cı ildə yaradılıb. O, beynəlxalq hərbi hospitallar birliyinə (IMIHO - Interconnection of Military Hospitals) daxil olan çoxprofilli tibbi müəssisədir.
Klinikada həm hərbçilərə, həm də mülki şəxslərə xidmət göstərilir. Burada ümumi cərrahiyyə, travmatologiya, anesteziologiya, reanimasiya və təcili yardım, kardiologiya, intensiv kardiologiya və psixo-nevrologiya şöbələri var. Hospitalda laboratoriya, qan bankı və morq da var.

Gürcüstanın sabiq prezidentinin həbsi

Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. Onu üç məhkəmə instansiyası parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və "Gürcüstan Birləşmiş Bankı"nın əməkdaşı Sandro Qirqvlianinin işinə görə müqəssir bilib.
Ona qarşı həmçinin:
* Dövlət Mühafizə Xidmətinin 9.2 milyon larisini xərcləmək,
* 2007-ci il noyabrın 7-də aksiyanın dağıdılması,
* "İmedi" telekanalının dağıdılması,
* mərhum milyoner Badri Patarkatsişvilinin əmlakına yiyələnmə kimi ittihamlar irəli sürüblər.
Prokurorluqdan bildirilib ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsi hələlik müzakirə olunmur və cəzasını vətənində çəkəcək.
Oktyabrın 1-də Rustavi həbsxanasına aparılan Mixeil Saakaşvili elə həmin axşam özünə qarşı irəli sürülən hökmlə razı olmadığını, özünü siyasi məhbus hesab etdiyini bildirərək aclıq elan edib.
Eləcə də oxuyun:
* Mixeil Saakaşvilidə təhlükəli xəstəlik aşkarlanıb - ölə bilər
* Saakaşvili məsələsi: aclıq edən deputatlar, aksiyalar və İstanbuldan gətirilən cadugər
* * Məhkumsuz və vəkilsiz məhkəmə: Saakaşvili barədə bir cəzanı ləğv etdilər
* Tbilisidə Saakaşviliyə görə ara qarışdı – Saxlanılanlar var
* Saakaşvilini həbsxanadan helikopterlə aparıb xəstəxanaya yerləşdirdilər
Xəbər lenti
0