DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Saakaşvilini həbsxanadan helikopterlə aparıb xəstəxanaya yerləşdirdilər

© Sputnik / Stringer / Mediabanka keçidGürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili, arxiv şəkli
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.11.2021
Abunə olmaq
BAKI, 8 noyabr — Sputnik. Saakaşvilini Tbilisidəki Qldani həbsxana xəstəxanasına yerləşdiriblər.
Sputnik Gürcüstan bildirir ki, bu barədə Gürcüstan Penitensiar Xidmətin məlumatında deyilir.
"Səhhətinin pisləşməməsi üçün və təhlükənin artması səbəbi ilə məhbus Mixeil Saakaşvili 12-ci penitensiar müəssisədən 18 saylı məhbus və müttəhimlərin tibbi müəssisəsinə yerləşdirilib. Mərhələ-mərhələ ictimaiyyətə əlavə məlumat verəcəyik", - məlumatda qeyd olunur.
-----------
18:32
Gürcüstanın sabiq prezidenti, Rustavidəki 12 saylı həbsxanada 39 gündür aclıq elan etmiş Mixeil Saakaşvilini həbsxanadan çıxarıblar.
Sputnik Gürcüstan bildirir ki, bu barədə onun anası Giuli Alasaniya jurnalistlərə deyib.
O qeyd edib ki, oğluna həbsxanada baş çəkmək istəyirmiş, ancaq onu oraya buraxmayıblar, çünki Saakaşvili artıq orada yoxdur.
"Məlum oldu ki, iki zirehli maşın gəlib, sonra isə başımızın üstündən bir helikopter uçdu", - Alasaniya deyib.
"Pirveli" teleşirkətinin məlumatına görə isə Saakaşvilini Qoridəki hərbi hospitala aparıblar.
Oktyabrın 1-dən aclıq elan etmiş Saakaşviliyə görə konsilium keçirən həkimlər onun xəstəxanaya təxliyə edilməsinə qərar veriblər.
"Məlumatımıza görə, Saakaşvilini bu dəqiqələrdə helikopterlə Qori hərbi hospitalına aparırlar. Saakaşvilinin artıq çıxarıldığı Rustavi həbsxanasının ərazisində hərbi vertolyot görüblər", - telekanal məlumat yayıb.
--------
18:06
Hazırda həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili tövbə edib. Sputnik Gürcüstan xəbər verir ki, bunu Axalkalaki mitropoliti Nikoloz bildirib.
O deyib ki, Saakaşvili özü tövbə etmək qərarını verib.
Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipianinin sözlərinə görə, aclığın 39-cu günündə onun vəziyyəti ağır, kritik həddə yaxındır.
Saakaşvilinin azadlığa buraxılmasının mümkünlüyü barədə danışan mitropolit Nikoloz bildirib: "Onun azadlığa buraxılmasına gəldikdə, mən hesab edirəm ki, bütün insanlar öz əməllərinə görə məsuliyyət daşımalıdırlar, lakin məhkəmə və məhkəmə qərarı adekvat olmalıdır".
Mixeil Saakaşvili  - Sputnik Azərbaycan, 1920, 03.11.2021
DÜNYA XƏBƏRLƏRİ
Saakaşvili xüsusi dustaqdır - Zurabişvili

Gürcüstanın sabiq prezidentinin həbsi

Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. Onu üç məhkəmə instansiyası parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və "Gürcüstan Birləşmiş Bankı"nın əməkdaşı Sandro Qirqvlianinin işinə görə müqəssir bilib.
Ona qarşı həmçinin:
* Dövlət Mühafizə Xidmətinin 9.2 milyon larisini xərcləmək,
* 2007-ci il noyabrın 7-də aksiyanın dağıdılması,
* "İmedi" telekanalının dağıdılması,
* mərhum milyoner Badri Patarkatsişvilinin əmlakına yiyələnmə kimi ittihamlar irəli sürüblər.
Prokurorluqdan bildirilib ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsi hələlik müzakirə olunmur və cəzasını vətənində çəkəcək.
Oktyabrın 1-də Rustavi həbsxanasına aparılan Mixeil Saakaşvili elə həmin axşam özünə qarşı irəli sürülən hökmlə razı olmadığını, özünü siyasi məhbus hesab etdiyini bildirərək aclıq elan edib.
Eləcə də oxuyun:
* Saakaşvilinin olduğu həbsxanaya xüsusi təyinatlılar niyə gəliblər? - DİN açıqlama verdi
* Nika Meliya Saakaşvilini aclığı dayandırmağa çağırdı - "Qazanmışıq"
* Gürcüstanda Saakaşviliyə dəstək verən azərbaycanlı aksiya zamanı ölüb
Xəbər lenti
0