https://sputnik.az/20211114/saakasvili-meselesi-acliq-eden-deputatlar-aksiyalar-ve-stanbuldan-getirilen-caduger-435177424.html
Saakaşvili məsələsi: aclıq edən deputatlar, aksiyalar və İstanbuldan gətirilən cadugər
Saakaşvili məsələsi: aclıq edən deputatlar, aksiyalar və İstanbuldan gətirilən cadugər
Sputnik Azərbaycan
BAKI, 14 noyabr - Sputnik. Gürcüstan Parlamentinin doqquz müxalif üzvü ölkənin sabiq prezidenti Mixeil Saakaşvilinin çoxprofilli mülki klinikaya köçürülməsi... 14.11.2021, Sputnik Azərbaycan
2021-11-14T16:45+0400
2021-11-14T16:45+0400
2021-11-14T16:45+0400
dünya xəbərləri
aksiya
tbilisi
mixeil saakaşvili
deputat
gürcüstan
cadugər
etiraz aksiyaları
aclıq
https://cdnn1.img.sputnik.az/img/41120/65/411206595_0:0:1920:1080_1920x0_80_0_0_55acb8d870ca20df4a48160d8232054f.jpg
BAKI, 14 noyabr - Sputnik. Gürcüstan Parlamentinin doqquz müxalif üzvü ölkənin sabiq prezidenti Mixeil Saakaşvilinin çoxprofilli mülki klinikaya köçürülməsi tələbi ilə aclıq aksiyasına başlayıb.Sputnik Azərbaycan bildirir ki, bu barədə parlamentari David Kirkitadze deyib. Bundan əvvəl deputat Yelene Xoştariya da aclıq elan etdiyini bildirmişdi.Oktyabrın 1-də Tbilisidə həbs olunub Rustavidəki 12 saylı penitensiar müəssisəyə yerləşdirilən Saakaşvili orada elə həmin gün aclıq aksiyasına başladığını bildirmişdi. Noyabrın 8-də Saakaşvilini Tbilisidəki Qdlani həbsxanasına yerləşdiriblər. Üç gün sonra isə onun vəkili Nika Qvaramiya jurnalistlərə bildirib ki, Saakaşvili aclıq aksiyasını dayandırır. Sabiq prezidentin tərəfdarları o həbs olunandan bəri etiraz aksiyaları keçiriblər. Sputnik Gürcüstan xəbər verir ki, növbəti belə aksiya bu gün Tbilisidə, Parlament binasının önündə keçirilib. Əsas və dəyişməz tələbləri Saakaşvilinin mülki klinikaya köçürülməsi, ölkədə növbədənkənar parlament seçkisinin keçirilməsi olan müxalifət noyabrın 8-də "etiraz hərəkatı"nın başladığını elan edib. Bu arada ölkənin digər müxalifət partiyası olan "Girçi" Tbilisi yaxınlığındakı Zagesi qəsəbəsində müvəqqəti saxlama təcridxanasının qarşısına cadu qoyulması mərasimi keçirib. Prosesin videosunu partiya lideri Zura Caparidze sosial şəbəkədə paylaşıb. Partiya nümayəndəsi olan bir qadın isə deyib ki, etiraz aksiyalarında həbs edilən fəallar buraxılmayanadək onlar cadunu sındırmayacaqlar. Qeyd olunur ki, cadunu "mçxibavi" - cadugər özü qoyub."Biz Stella xanımı İstanbuldan gətirmişik, partiyanın siyasi şurasının qərarı ilə cadu hazırlanmasını planlaşdırdıq. O, dördüncü nəsildə cadugərdir və dünyanın ən yaxşı 27 cadugərindən biridir", - "Girçi" üzvləri bildiriblər. Eləcə də oxuyun:* Zelenski Gürcüstan Baş nazirindən Saakaşvili üçün xahiş etdi* Saakaşvili aclıq aksiyasını dayandırdı* Məhkumsuz və vəkilsiz məhkəmə: Saakaşvili barədə bir cəzanı ləğv etdilər* Tbilisidə Saakaşviliyə görə ara qarışdı – Saxlanılanlar var* Saakaşvilini həbsxanadan helikopterlə aparıb xəstəxanaya yerləşdirdilər
tbilisi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41120/65/411206595_471:0:1920:1087_1920x0_80_0_0_be5178ae05490d580bac3ca502b40677.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aksiya, tbilisi, mixeil saakaşvili, deputat, gürcüstan, cadugər, etiraz aksiyaları, aclıq
aksiya, tbilisi, mixeil saakaşvili, deputat, gürcüstan, cadugər, etiraz aksiyaları, aclıq
BAKI, 14 noyabr - Sputnik. Gürcüstan Parlamentinin doqquz müxalif üzvü ölkənin sabiq prezidenti Mixeil Saakaşvilinin çoxprofilli mülki klinikaya köçürülməsi tələbi ilə aclıq aksiyasına başlayıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə parlamentari
David Kirkitadze deyib.
Bundan əvvəl deputat Yelene Xoştariya da aclıq elan etdiyini bildirmişdi.
Oktyabrın 1-də Tbilisidə həbs olunub Rustavidəki 12 saylı penitensiar müəssisəyə yerləşdirilən Saakaşvili orada elə həmin gün aclıq aksiyasına başladığını bildirmişdi. Noyabrın 8-də Saakaşvilini Tbilisidəki Qdlani həbsxanasına yerləşdiriblər. Üç gün sonra isə onun vəkili Nika Qvaramiya jurnalistlərə bildirib ki, Saakaşvili aclıq aksiyasını dayandırır.
Sabiq prezidentin tərəfdarları o həbs olunandan bəri etiraz aksiyaları keçiriblər.
Sputnik Gürcüstan xəbər verir ki, növbəti belə aksiya bu gün Tbilisidə, Parlament binasının önündə keçirilib.
Əsas və dəyişməz tələbləri Saakaşvilinin mülki klinikaya köçürülməsi, ölkədə növbədənkənar parlament seçkisinin keçirilməsi olan müxalifət noyabrın 8-də "etiraz hərəkatı"nın başladığını elan edib.
"Küçələrə çıxan Gürcüstan vətəndaşları mövcud böhrandan yeganə çıxış yoludur. İndi fasiləsiz aksiyalar zamanıdır", - Vahid Milli Hərəkat partiyasının lideri Nika Meliya deyib.
Bu arada ölkənin digər müxalifət partiyası olan "Girçi" Tbilisi yaxınlığındakı Zagesi qəsəbəsində müvəqqəti saxlama təcridxanasının qarşısına cadu qoyulması mərasimi keçirib. Prosesin videosunu partiya lideri Zura Caparidze sosial şəbəkədə paylaşıb. Partiya nümayəndəsi olan bir qadın isə deyib ki, etiraz aksiyalarında həbs edilən fəallar buraxılmayanadək onlar cadunu sındırmayacaqlar.
Qeyd olunur ki, cadunu "mçxibavi" - cadugər özü qoyub.
"Biz Stella xanımı İstanbuldan gətirmişik, partiyanın siyasi şurasının qərarı ilə cadu hazırlanmasını planlaşdırdıq. O, dördüncü nəsildə cadugərdir və dünyanın ən yaxşı 27 cadugərindən biridir", - "Girçi" üzvləri bildiriblər.
*
Məhkumsuz və vəkilsiz məhkəmə: Saakaşvili barədə bir cəzanı ləğv etdilər