https://sputnik.az/20211110/mehkumsuz-ve-vekilsiz-mehkeme-saakasvilinin-isine-baxirlar-435062540.html
Məhkumsuz və vəkilsiz məhkəmə: Saakaşvili barədə bir cəzanı ləğv etdilər
Məhkumsuz və vəkilsiz məhkəmə: Saakaşvili barədə bir cəzanı ləğv etdilər
Sputnik Azərbaycan
BAKI, 10 noyabr — Sputnik. Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin işi üzrə növbəti məhkəmə iclasını noyabrın 29-na təyin... 10.11.2021, Sputnik Azərbaycan
2021-11-10T18:09+0400
2021-11-10T18:09+0400
2021-11-10T18:09+0400
mixeil saakaşvili
dünya xəbərləri
məhkəmə
gürcüstan
vəkil
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/04/433858260_0:0:3076:1731_1920x0_80_0_0_4d65074527d0af81b3fc9e59c72da2c4.jpg
BAKI, 10 noyabr — Sputnik. Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin işi üzrə növbəti məhkəmə iclasını noyabrın 29-na təyin edib. Sputnik Gürcüstan bildirir ki, bunu hakim Nino Eliaşvili elan edib. Çərşənbə günü keçirilən iclasda Saakaşvilinin özü yox idi, həbsxana rəhbərliyi nəql zamanı təxribatların mümkünlüyünü əsas gətirərək sabiq prezidenti məhkəmə zalına gətirməkdən boyun qaçırmışdı.Tbilisi şəhər məhkəməsi bugünkü iclasda 2007-ci il noyabrın 7-də mitinqin dağıdılması işi üzrə Saakaşviliyə həbs cəzasının verilməsi hökmünü ləğv edib. Nino Eliaşvili qeyd edib ki, Saakaşvili digər cinayət işlərinə görə həbs cəzası aldığından onun barəsində yenidən həbs qətimkan tədbirinin seçilməsinə lüzum görmür. Eyni zamanda məhkəmə sözügedən cinayət işi üzrə iki nəfərin - keçmiş prokuror Zurab Adeişvili və keçmiş müdafiə naziri David Kezeraşvilinin barəsindəki həbs qətimkan tədbirlərini qiyabi olaraq qüvvədə saxlayıb. Adeişvili və Kezeraşvili axtarışdadırlar.-----------16:54Gürcüstanın paytaxtı Tbilisidə sabiq prezidenti Mixeil Saakaşvilinin məhkəməsi başlayıb. Sputnik Gürcüstan xəbər verir ki, Saakaşvilinin vəkilləri hüquqlarını müdafiə etdiyi şəxsin məhkəməyə gətirilməsi barədə vəsatət qaldırıblar.Lakin hakim Nino Elieşvili vəkillərin qaldırdığı vəsatəti rədd edib.Hakimin Saakaşvilinin hüquqlarını qoruyan Nika Qvaramiya və Dito Sadzaqlişvilinin iclasa buraxılmasını rədd etməsindən sonra sabiq prezidentin zalda olan vəkilləri Beka Basilaya və Şota Tutberidze də etiraz əlaməti olaraq məhkəməni tərk ediblər. Gürcüstanın sabiq prezidentinin həbsiSaakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. Onu üç məhkəmə instansiyası parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və "Gürcüstan Birləşmiş Bankı"nın əməkdaşı Sandro Qirqvlianinin işinə görə müqəssir bilib.Ona qarşı həmçinin:* Dövlət Mühafizə Xidmətinin 9,2 milyon larisini xərcləmək,* 2007-ci il noyabrın 7-də aksiyanın dağıdılması,* "İmedi" telekanalının dağıdılması,* mərhum milyoner Badri Patarkatsişvilinin əmlakına yiyələnmə kimi ittihamlar irəli sürüblər.Prokurorluqdan bildirilib ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsi hələlik müzakirə olunmur və cəzasını vətənində çəkəcək.Oktyabrın 1-də Rustavi həbsxanasına aparılan Mixeil Saakaşvili elə həmin axşam özünə qarşı irəli sürülən hökmlə razı olmadığını, özünü siyasi məhbus hesab etdiyini bildirərək aclıq elan edib.Eləcə də oxuyun:* Tbilisidə Saakaşviliyə görə ara qarışdı – Saxlanılanlar var
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/04/433858260_347:0:3076:2047_1920x0_80_0_0_e27599f2fd627dc17ed36524f7e53405.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mixeil saakaşvili, məhkəmə, gürcüstan, vəkil
mixeil saakaşvili, məhkəmə, gürcüstan, vəkil
BAKI, 10 noyabr — Sputnik. Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin işi üzrə növbəti məhkəmə iclasını noyabrın 29-na təyin edib.
Sputnik Gürcüstan bildirir ki, bunu hakim
Nino Eliaşvili elan edib.
Çərşənbə günü keçirilən iclasda Saakaşvilinin özü yox idi, həbsxana rəhbərliyi nəql zamanı təxribatların mümkünlüyünü əsas gətirərək sabiq prezidenti məhkəmə zalına gətirməkdən boyun qaçırmışdı.
Tbilisi şəhər məhkəməsi bugünkü iclasda 2007-ci il noyabrın 7-də mitinqin dağıdılması işi üzrə Saakaşviliyə həbs cəzasının verilməsi hökmünü ləğv edib.
Nino Eliaşvili qeyd edib ki, Saakaşvili digər cinayət işlərinə görə həbs cəzası aldığından onun barəsində yenidən həbs qətimkan tədbirinin seçilməsinə lüzum görmür.
Eyni zamanda məhkəmə sözügedən cinayət işi üzrə iki nəfərin - keçmiş prokuror Zurab Adeişvili və keçmiş müdafiə naziri David Kezeraşvilinin barəsindəki həbs qətimkan tədbirlərini qiyabi olaraq qüvvədə saxlayıb. Adeişvili və Kezeraşvili axtarışdadırlar.
Gürcüstanın paytaxtı Tbilisidə sabiq prezidenti
Mixeil Saakaşvilinin məhkəməsi başlayıb.
Sputnik Gürcüstan xəbər verir ki, Saakaşvilinin vəkilləri hüquqlarını müdafiə etdiyi şəxsin məhkəməyə gətirilməsi barədə vəsatət qaldırıblar.
Lakin hakim Nino Elieşvili vəkillərin qaldırdığı vəsatəti rədd edib.
Hakimin Saakaşvilinin hüquqlarını qoruyan Nika Qvaramiya və Dito Sadzaqlişvilinin iclasa buraxılmasını rədd etməsindən sonra sabiq prezidentin zalda olan vəkilləri Beka Basilaya və Şota Tutberidze də etiraz əlaməti olaraq məhkəməni tərk ediblər.
Gürcüstanın sabiq prezidentinin həbsi
Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. Onu üç məhkəmə instansiyası parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və "Gürcüstan Birləşmiş Bankı"nın əməkdaşı Sandro Qirqvlianinin işinə görə müqəssir bilib.
* Dövlət Mühafizə Xidmətinin 9,2 milyon larisini xərcləmək,
* 2007-ci il noyabrın 7-də aksiyanın dağıdılması,
* "İmedi" telekanalının dağıdılması,
* mərhum milyoner Badri Patarkatsişvilinin əmlakına yiyələnmə kimi ittihamlar irəli sürüblər.
Prokurorluqdan bildirilib ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsi hələlik müzakirə olunmur və cəzasını vətənində çəkəcək.
Oktyabrın 1-də Rustavi həbsxanasına aparılan Mixeil Saakaşvili elə həmin axşam özünə qarşı irəli sürülən hökmlə razı olmadığını, özünü siyasi məhbus hesab etdiyini bildirərək aclıq elan edib.