https://sputnik.az/20211110/tbiliside-saakasviliye-gore-ara-qarisdi--saxlanilanlar-var-435042613.html
Tbilisidə Saakaşviliyə görə ara qarışdı – Saxlanılanlar var
Tbilisidə Saakaşviliyə görə ara qarışdı – Saxlanılanlar var
Sputnik Azərbaycan
BAKI, 10 noyabr — Sputnik. Gürcüstanın paytaxtı Tbilisidə sabiq prezidenti Mixeil Saakaşvilinin tərəfdarları Dövlət Təhlükəsizlik Xidmətinin binası qarşısında... 10.11.2021, Sputnik Azərbaycan
2021-11-10T12:45+0400
2021-11-10T12:45+0400
2021-11-10T12:45+0400
tbilisi
dünya xəbərləri
mixeil saakaşvili
etiraz aksiyaları
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0a/435042584_0:0:2405:1353_1920x0_80_0_0_0775a8913ce7c60f8525f7dd816602ed.jpg
BAKI, 10 noyabr — Sputnik. Gürcüstanın paytaxtı Tbilisidə sabiq prezidenti Mixeil Saakaşvilinin tərəfdarları Dövlət Təhlükəsizlik Xidmətinin binası qarşısında aksiya keçirirlər. Sputnik Gürcüstan xəbər verir ki, aksiya iştirakçılarının sayı bir neçə yüz nəfərdir.Aksiya iştirakçıları sabiq prezidentin azadlığa buraxılmasını, həmçinin növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.Müxalifətin keçirdiyi aksiya zamanı 46 nəfər saxlanılıb.Gürcüstan DİN-n yaydığı məlumata görə, saxlanılan şəxslər polisin tələblərin tabe olmayıb və avtomobil yolunu bağlamağa cəhd ediblər. Hadisə yerinə Gürcüstan polis patrulunun rəisi Vaja Siradze gəlib.Qeyd edək ki, noyabrın 8-də Gürcüstanın sabiq prezidenti, Rustavidəki 12 saylı həbsxanada 39 gündür aclıq elan etmiş Mixeil Saakaşvilini həbsxanadan çıxarıblar.Sputnik Gürcüstan bildirir ki, bu barədə onun anası Giuli Alasaniya jurnalistlərə deyib.O qeyd edib ki, oğluna həbsxanada baş çəkmək istəyirmiş, ancaq onu oraya buraxmayıblar, çünki Saakaşvili artıq orada yoxdur."Məlum oldu ki, iki zirehli maşın gəlib, sonra isə başımızın üstündən bir helikopter uçdu", - Alasaniya deyib."Pirveli" teleşirkətinin məlumatına görə isə Saakaşvilini Qoridəki hərbi hospitala aparıblar.Oktyabrın 1-dən aclıq elan etmiş Saakaşviliyə görə konsilium keçirən həkimlər onun xəstəxanaya təxliyə edilməsinə qərar veriblər."Məlumatımıza görə, Saakaşvilini bu dəqiqələrdə helikopterlə Qori hərbi hospitalına aparırlar. Saakaşvilinin artıq çıxarıldığı Rustavi həbsxanasının ərazisində hərbi vertolyot görüblər", - telekanal məlumat yayıb.Gürcüstanın sabiq prezidentinin həbsiSaakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. Onu üç məhkəmə instansiyası parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və "Gürcüstan Birləşmiş Bankı"nın əməkdaşı Sandro Qirqvlianinin işinə görə müqəssir bilib.Ona qarşı həmçinin:* Dövlət Mühafizə Xidmətinin 9.2 milyon larisini xərcləmək,* 2007-ci il noyabrın 7-də aksiyanın dağıdılması,* "İmedi" telekanalının dağıdılması,* mərhum milyoner Badri Patarkatsişvilinin əmlakına yiyələnmə kimi ittihamlar irəli sürüblər.Prokurorluqdan bildirilib ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsi hələlik müzakirə olunmur və cəzasını vətənində çəkəcək.Oktyabrın 1-də Rustavi həbsxanasına aparılan Mixeil Saakaşvili elə həmin axşam özünə qarşı irəli sürülən hökmlə razı olmadığını, özünü siyasi məhbus hesab etdiyini bildirərək aclıq elan edib.Eləcə də oxuyun:* Saakaşvilinin olduğu həbsxanaya xüsusi təyinatlılar niyə gəliblər? - DİN açıqlama verdi* Nika Meliya Saakaşvilini aclığı dayandırmağa çağırdı - "Qazanmışıq"* Gürcüstanda Saakaşviliyə dəstək verən azərbaycanlı aksiya zamanı ölüb
https://sputnik.az/20211108/saakasvili-tovbe-etdi-435007140.html
tbilisi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0a/435042584_172:0:2221:1537_1920x0_80_0_0_bf3a2c382a7e7ee70469114cc38173c5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tbilisi, mixeil saakaşvili, etiraz aksiyaları
tbilisi, mixeil saakaşvili, etiraz aksiyaları
BAKI, 10 noyabr — Sputnik. Gürcüstanın paytaxtı Tbilisidə sabiq prezidenti Mixeil Saakaşvilinin tərəfdarları Dövlət Təhlükəsizlik Xidmətinin binası qarşısında aksiya keçirirlər.
Sputnik Gürcüstan xəbər verir ki, aksiya iştirakçılarının sayı bir neçə yüz nəfərdir.
Aksiya iştirakçıları sabiq prezidentin azadlığa buraxılmasını, həmçinin növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.
Müxalifətin keçirdiyi aksiya zamanı 46 nəfər saxlanılıb.
Gürcüstan DİN-n yaydığı məlumata görə, saxlanılan şəxslər polisin tələblərin tabe olmayıb və avtomobil yolunu bağlamağa cəhd ediblər. Hadisə yerinə Gürcüstan polis patrulunun rəisi Vaja Siradze gəlib.
Qeyd edək ki, noyabrın 8-də Gürcüstanın sabiq prezidenti, Rustavidəki 12 saylı həbsxanada 39 gündür aclıq elan etmiş Mixeil Saakaşvilini həbsxanadan çıxarıblar.
Sputnik Gürcüstan bildirir ki, bu barədə onun anası Giuli Alasaniya jurnalistlərə deyib.
O qeyd edib ki, oğluna həbsxanada baş çəkmək istəyirmiş, ancaq onu oraya buraxmayıblar, çünki Saakaşvili artıq orada yoxdur.
"Məlum oldu ki, iki zirehli maşın gəlib, sonra isə başımızın üstündən bir helikopter uçdu", - Alasaniya deyib.
"Pirveli" teleşirkətinin məlumatına görə isə Saakaşvilini Qoridəki hərbi hospitala aparıblar.
Oktyabrın 1-dən aclıq elan etmiş Saakaşviliyə görə konsilium keçirən həkimlər onun xəstəxanaya təxliyə edilməsinə qərar veriblər.
"Məlumatımıza görə, Saakaşvilini bu dəqiqələrdə helikopterlə Qori hərbi hospitalına aparırlar. Saakaşvilinin artıq çıxarıldığı Rustavi həbsxanasının ərazisində hərbi vertolyot görüblər", - telekanal məlumat yayıb.
Gürcüstanın sabiq prezidentinin həbsi
Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. Onu üç məhkəmə instansiyası parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və "Gürcüstan Birləşmiş Bankı"nın əməkdaşı Sandro Qirqvlianinin işinə görə müqəssir bilib.
* Dövlət Mühafizə Xidmətinin 9.2 milyon larisini xərcləmək,
* 2007-ci il noyabrın 7-də aksiyanın dağıdılması,
* "İmedi" telekanalının dağıdılması,
* mərhum milyoner Badri Patarkatsişvilinin əmlakına yiyələnmə kimi ittihamlar irəli sürüblər.
Prokurorluqdan bildirilib ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsi hələlik müzakirə olunmur və cəzasını vətənində çəkəcək.
Oktyabrın 1-də Rustavi həbsxanasına aparılan Mixeil Saakaşvili elə həmin axşam özünə qarşı irəli sürülən hökmlə razı olmadığını, özünü siyasi məhbus hesab etdiyini bildirərək aclıq elan edib.