https://sputnik.az/20211118/putin-azerbaycan-ermenistan-serhedinde-yasanan-gerginliye-munasibet-bildirdi-436454718.html
Putin Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliyə münasibət bildirdi
Putin Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliyə münasibət bildirdi
Sputnik Azərbaycan
Rusiya Prezidenti belə hesab edir ki, vəziyyətin nizamlanmasında sülhməramlı kontingentə böyük ehtiyac var. 18.11.2021, Sputnik Azərbaycan
2021-11-18T18:06+0400
2021-11-18T18:06+0400
2021-11-18T18:06+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
sərhəd
erməni təxribatı
rusiya prezidenti vladimir putin
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/09/01/424818478_0:0:1001:563_1920x0_80_0_0_e1436c4e2454300ce0e0ef9708183497.jpg
BAKI, 18 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində yaşanmış gərginliyə münasibət bildirib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat yayıb."Bu günlərdə baş verən atışmalar göstərdi ki, orada vəziyyət sakitləşməyib", – deyə Putin Xarici İşlər Nazirliyinin kollegiyasında çıxışı zamanı bildirib.Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında vəziyyətin tənzimlənməsində rusiyalı diplomatların rolu getdikcə artır."Şübhəsiz ki, Azərbaycan və Ermənistan arasında mübahisəli məsələlərin tənzimlənməsində, Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpası və mühüm nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsində rusiyalı diplomatların rolu artır. Biz baş nazirin müavinləri səviyyəsində müvafiq dövlətlərarası komissiya yaratmışıq, məncə, həmin komissiyanın perspektivləri pis deyil", – deyə Rusiya Prezidenti vurğulayıb.O belə hesab edir ki, vəziyyətin nizamlanmasında sülhməramlı kontingentə böyük ehtiyac var.Eləcə də oxuyun:* Ermənistan ordusu Tovuz ərazisini atıcı silahlardan atəşə tutur - SON DURUM* Nazirdən Ermənistana sərt xəbərdarlıq: Heç tərəddüd etmədən qarşılıq verəcəyik* Azərbaycan-Ermənistan sərhədində vəziyyət barədə Rusiya XİN və KTMT-dən açıqlama* Sərhəddə vəziyyətlə bağlı Həsənova zənglər: Akar və Şoyqu ilə danışdı* Əliyev: Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/01/424818478_124:0:875:563_1920x0_80_0_0_42c473b5a57cb5dace42db23f4e5fe9b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
sərhəd, erməni təxribatı, rusiya prezidenti vladimir putin, azərbaycan
sərhəd, erməni təxribatı, rusiya prezidenti vladimir putin, azərbaycan
Putin Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliyə münasibət bildirdi
Rusiya Prezidenti belə hesab edir ki, vəziyyətin nizamlanmasında sülhməramlı kontingentə böyük ehtiyac var.
BAKI, 18 noyabr — Sputnik. Rusiya Prezidenti
Vladimir Putin noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində yaşanmış gərginliyə münasibət bildirib. Bu barədə Sputnik Azərbaycan
RİA Novosti-yə istinadla məlumat yayıb.
"Bu günlərdə baş verən atışmalar göstərdi ki, orada vəziyyət sakitləşməyib", – deyə Putin Xarici İşlər Nazirliyinin kollegiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında vəziyyətin tənzimlənməsində rusiyalı diplomatların rolu getdikcə artır.
"Şübhəsiz ki, Azərbaycan və Ermənistan arasında mübahisəli məsələlərin tənzimlənməsində, Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpası və mühüm nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsində rusiyalı diplomatların rolu artır. Biz baş nazirin müavinləri səviyyəsində müvafiq dövlətlərarası komissiya yaratmışıq, məncə, həmin komissiyanın perspektivləri pis deyil", – deyə Rusiya Prezidenti vurğulayıb.
O belə hesab edir ki, vəziyyətin nizamlanmasında sülhməramlı kontingentə böyük ehtiyac var.
*
Nazirdən Ermənistana sərt xəbərdarlıq: Heç tərəddüd etmədən qarşılıq verəcəyik