Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Azərbaycan-Ermənistan sərhədində vəziyyət barədə Rusiya XİN və KTMT-dən açıqlama

© Photo : AR Ministry of Defense Azərbaycan hərbçilərinin döyüş mövqeyi, arxiv şəkli
Azərbaycan hərbçilərinin döyüş mövqeyi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Abunə olmaq
BAKI, 16 noyabr - Sputnik. KTMT katibliyi Azərbaycanla sərhəddə gərginliklə bağlı kömək barədə Ermənistandan rəsmi müraciət almayıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə KTMT-nin sözçüsü Vladimir Zaynetdinov deyib.
"KTMT şəraiti diqqətlə izləyir. Rəsmi olaraq katibliyə erməni tərəfdən heç bir müraciət daxil olmayıb. Hesab edirik ki, münaqişə yalnız siyasi-diplomatik sülh yolu ilə həll olunmalıdır", - Zaynetdinov bildirib.
Rusiya XİN də situasiya ilə bağlı açıqlama yayıb.
"Münasibətlərin tezliklə sülh məcrasına yönəldilməsi üçün Bakı və Yerevanla sıx təmasdayıq", - məlumatda deyilir.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri bu gün Azərbaycan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisindən ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.
Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.
Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Nəticədə, ilkin məlumata görə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Yaralılara dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların həyatları üçün təhlükə yoxdur.
Həmçinin Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan-Rusiya arasında 1997-ci ildə bağlanmış sazişə əsasən, Rusiyaya ölkəsini müdafiıə etmək üçün çağırış edib. Bundan əlavə, erməni tərəf KTMT-yə də müraciət edəcəyini bildirib.
Eləcə də oxuyun:
* Əliyev: Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir
* Hərbi eskalasiya: Rusiya Ermənistanın çağırışına nə cavab verəcək?
* Ermənistan silahlı qüvvələri mövqelərini tərk edirlər
* Ermənistanla sərhəddə gərginlik: Kəlbəcər istiqamətində atışma gedir
* Moskvadan təzyiq olub? Ermənistanda müdafiə naziri dəyişikliyinin əsl səbəbləri
Xəbər lenti
0