https://sputnik.az/20211116/avropa-ttifaqinin-rehberi-eliyev-ve-pasinyana-zeng-vurdu-435312821.html
Əliyev: Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir
Əliyev: Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir
Sputnik Azərbaycan
Prezident İlham Əliyev yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib. 16.11.2021, Sputnik Azərbaycan
2021-11-16T18:58+0400
2021-11-16T18:58+0400
2021-11-16T19:02+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
sərhəd
telefon danışığı
ermənistan
prezident ilham əliyev
şarl mişel
azərbaycan
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/11/434306045_122:307:1873:1292_1920x0_80_0_0_59748d012002ddaf155ec91a73b56a01.jpg
BAKI, 16 noyabr — Sputnik. Avropa İttifaqının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışaraq tərəfləri təcili deeskalasiyaya və atəşkəsə çağırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ş. Mişel öz "Twitter" hesabında yazıb."Bu gün baş verən hadisələrin fonunda Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə telefonla danışdım. Tərəfləri təcili deeskalaiyaya və atəşin tamamilə dayandırılmasına çağırdım", – deyə o, "Twitter" hesabında yazıb.Avropa İttifaqının rəhbəri regionda vəziyyətin ağır olduğunu da vurğulayıb. "Aİ Cənubi Qafqazda sabitlik naminə gərginliyi aradan qaldırması üçün tərəfdaşlarla işbirliyinə sadiqdir", - deyə o vurğulayıb.Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat xidməti də telefon danışığına dair məlumat yayıb. Məlumatda bildirilir ki, sərhəddə cərəyan edən hadisələrlə bağlı Şarl Mişelin müraciətinə cavab olaraq Prezident İlham Əliyev bildirib ki, dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb və Ermənistanın son genişmiqyaslı hücumu bu gün baş verib.Dövlətimizin başçısı Azərbaycan tərəfdən yaralıların olduğu qeyd edərək, Ermənistanın təxribatlarına adekvat cavab verildiyi vurğulayıb.Prezident İlham Əliyev yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri bu gün Azərbaycan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisindən ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Nəticədə, ilkin məlumata görə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Yaralılara dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların həyatları üçün təhlükə yoxdur.Eləcə də oxuyun:* Ermənistan silahlı qüvvələri mövqelərini tərk edirlər* ATƏT sədri Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirdi* Azərbaycan XİN: Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirir
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/11/434306045_107:0:1830:1292_1920x0_80_0_0_99ea28eafabea9cacd7878acd53838a9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sərhəd, telefon danışığı, ermənistan, prezident ilham əliyev, şarl mişel, azərbaycan, nikol paşinyan
sərhəd, telefon danışığı, ermənistan, prezident ilham əliyev, şarl mişel, azərbaycan, nikol paşinyan
Əliyev: Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir
18:58 16.11.2021 (Yenilənib: 19:02 16.11.2021) Prezident İlham Əliyev yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.
BAKI, 16 noyabr — Sputnik. Avropa İttifaqının rəhbəri
Şarl Mişel Azərbaycan Prezidenti
İlham Əliyev və Ermənistanın Baş naziri
Nikol Paşinyanla telefonla danışaraq tərəfləri təcili deeskalasiyaya və atəşkəsə çağırıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ş. Mişel öz "
Twitter" hesabında yazıb.
"Bu gün baş verən hadisələrin fonunda Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə telefonla danışdım. Tərəfləri təcili deeskalaiyaya və atəşin tamamilə dayandırılmasına çağırdım", – deyə o, "Twitter" hesabında yazıb.
Avropa İttifaqının rəhbəri regionda vəziyyətin ağır olduğunu da vurğulayıb. "Aİ Cənubi Qafqazda sabitlik naminə gərginliyi aradan qaldırması üçün tərəfdaşlarla işbirliyinə sadiqdir", - deyə o vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat xidməti də telefon danışığına dair məlumat yayıb. Məlumatda bildirilir ki, sərhəddə cərəyan edən hadisələrlə bağlı Şarl Mişelin müraciətinə cavab olaraq Prezident İlham Əliyev bildirib ki, dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb və Ermənistanın son genişmiqyaslı hücumu bu gün baş verib.
Dövlətimizin başçısı Azərbaycan tərəfdən yaralıların olduğu qeyd edərək, Ermənistanın təxribatlarına adekvat cavab verildiyi vurğulayıb.
Prezident İlham Əliyev yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.
Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri bu gün Azərbaycan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisindən ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.
Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.
Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Nəticədə, ilkin məlumata görə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Yaralılara dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların həyatları üçün təhlükə yoxdur.
*
Azərbaycan XİN: Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirir