https://sputnik.az/20211117/nazirden-ermenistana-sert-xeberdarliq-hec-tereddud-etmeden-qarsiliq-vereceyik-436407284.html
Nazirdən Ermənistana sərt xəbərdarlıq: Heç tərəddüd etmədən qarşılıq verəcəyik
Nazirdən Ermənistana sərt xəbərdarlıq: Heç tərəddüd etmədən qarşılıq verəcəyik
Sputnik Azərbaycan
Azərbaycan XİN-in başçısı təəssüflə bildirib ki, hələ də Ermənistandan torpaq iddiaları ilə bağlı açıqlamalar eşidirik. 17.11.2021, Sputnik Azərbaycan
2021-11-17T14:00+0400
2021-11-17T14:00+0400
2021-11-17T14:03+0400
siyasət
ermənistan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
rəcəb tayyip ərdoğan
ceyhun bayramov
azərbaycan və ermənistan arasında müharibə
xarici işlər naziri ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434196212_0:0:2930:1648_1920x0_80_0_0_3464db9f5a55e5f0a7361403ec58581d.jpg
BAKI, 17 noyabr — Sputnik. Ermənistan beynəlxalq hüquqa uyğun addım atmayacağı təqdirdə, Azərbaycana qarşı hansısa təhlükəli bir addım görsək, heç tərəddüd etmədən lazımi qarşılığını verəcəyik.Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Anadolu Agentliyinə müsahibəsində Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi şərh edərkən deyib.O, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın regiondakı sabitliklə bağlı mesajlarını xatırladıb:"İki liderin bu mesajları son dərəcə önəmlidir. Sülhün və sabitliyin təmin olunmasına istiqamətlənmiş bu mesajlara Ermənistanın necə reaksiya verəcəyi, hansı yolu seçəcəyi tamamilə rəsmi Yerevanın öhdəsinə buraxılan qərardır. Ümid edirik ki, bu, düzgün bir seçim olacaq. Təəssüf ki, Ermənistanın revanşist açıqlamalarına şahidlik etməkdəyik. Hələ də torpaq iddiaları ilə bağlı açıqlamalar eşidirik. Bunlar təhlükəli açıqlamalardır".Bayramov Ermənistanın təhlükəli addımlarına adekvat cavabın veriləcəyini də deyib:Nazir həmçinin bildirib ki, sərhəd probleminin həlli üçün Ermənistan ilə Azərbaycan arasında birgə komissiya yaradılmalıdır: "Ermənistan bu yeni reallığı nə qədər tez qəbul etsə, onun özü üçün yaxşı olar. Ermənistan dialoq çağırışlarını qəbul etmək məcburiyyətindədir. Ermənistan tərəfi bunu nə qədər tez başa düşərsə, yeni dialoqları qəbul edərsə və qonşularına qarşı hörmətlə davranarsa, sərhədləri qəbul edərsə, qonşu dövlətlərin torpaqlarına iddia etməzsə, o zaman problem həll olunar. XXI əsrdə bu tərzdə bir siyasət yürütmək heç bir dövlətə xeyir gətirməz".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434196212_104:0:2835:2048_1920x0_80_0_0_54657443ec24fd69474c765e121792fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, rəcəb tayyip ərdoğan, ceyhun bayramov, azərbaycan və ermənistan arasında müharibə, xarici işlər naziri ceyhun bayramov
ermənistan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, rəcəb tayyip ərdoğan, ceyhun bayramov, azərbaycan və ermənistan arasında müharibə, xarici işlər naziri ceyhun bayramov
Nazirdən Ermənistana sərt xəbərdarlıq: Heç tərəddüd etmədən qarşılıq verəcəyik
14:00 17.11.2021 (Yenilənib: 14:03 17.11.2021) Azərbaycan XİN-in başçısı təəssüflə bildirib ki, hələ də Ermənistandan torpaq iddiaları ilə bağlı açıqlamalar eşidirik.
BAKI, 17 noyabr — Sputnik. Ermənistan beynəlxalq hüquqa uyğun addım atmayacağı təqdirdə, Azərbaycana qarşı hansısa təhlükəli bir addım görsək, heç tərəddüd etmədən lazımi qarşılığını verəcəyik.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Anadolu Agentliyinə müsahibəsində Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi şərh edərkən deyib.
O, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın regiondakı sabitliklə bağlı mesajlarını xatırladıb:
"İki liderin bu mesajları son dərəcə önəmlidir. Sülhün və sabitliyin təmin olunmasına istiqamətlənmiş bu mesajlara Ermənistanın necə reaksiya verəcəyi, hansı yolu seçəcəyi tamamilə rəsmi Yerevanın öhdəsinə buraxılan qərardır. Ümid edirik ki, bu, düzgün bir seçim olacaq. Təəssüf ki, Ermənistanın revanşist açıqlamalarına şahidlik etməkdəyik. Hələ də torpaq iddiaları ilə bağlı açıqlamalar eşidirik. Bunlar təhlükəli açıqlamalardır".
Bayramov Ermənistanın təhlükəli addımlarına adekvat cavabın veriləcəyini də deyib:
"Ermənistanın beynəlxalq hüquqa uyğun davranması durumunda, Azərbaycana qarşı hər hansı bir təhlükəli bir addım atdığını sezərsək heç tərəddüd etmədən lazımı qarşılığı verərik. Bizim istəyimiz regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasıdır".
Nazir həmçinin bildirib ki, sərhəd probleminin həlli üçün Ermənistan ilə Azərbaycan arasında birgə komissiya yaradılmalıdır:
"Ermənistan bu yeni reallığı nə qədər tez qəbul etsə, onun özü üçün yaxşı olar. Ermənistan dialoq çağırışlarını qəbul etmək məcburiyyətindədir. Ermənistan tərəfi bunu nə qədər tez başa düşərsə, yeni dialoqları qəbul edərsə və qonşularına qarşı hörmətlə davranarsa, sərhədləri qəbul edərsə, qonşu dövlətlərin torpaqlarına iddia etməzsə, o zaman problem həll olunar. XXI əsrdə bu tərzdə bir siyasət yürütmək heç bir dövlətə xeyir gətirməz".