Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Ermənistan ordusu Tovuz ərazisini atıcı silahlardan atəşə tutur - SON DURUM

© Sputnik / Ilham MustafayevTovuzda sərhəddə kənd, arxiv şəkli
Tovuzda sərhəddə kənd, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.11.2021
Abunə olmaq
BAKI, 18 noyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Qeyd olunur ki, cavab atəşi ilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
---------
11:21
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Qeyd olunur ki, qarşı tərəf cavab atəşi ilə susdurulub.
Eləcə də oxuyun:
* Nazirdən Ermənistana sərt xəbərdarlıq: Heç tərəddüd etmədən qarşılıq verəcəyik
* Azərbaycan və Ermənistan sərhədində hərbi toqquşma dayandırılıb - Rusiya MN
* Azərbaycan-Ermənistan sərhədində vəziyyət barədə Rusiya XİN və KTMT-dən açıqlama
Xəbər lenti
0