https://sputnik.az/20211118/boyuk-reqemlerdir---azerbaycanda-urek-qusuru-ile-dogulanlarin-sayi-aciqlanib-436438686.html
"Böyük rəqəmlərdir" - Azərbaycanda ürək qüsuru ilə doğulanların sayı açıqlanıb
"Böyük rəqəmlərdir" - Azərbaycanda ürək qüsuru ilə doğulanların sayı açıqlanıb
Sputnik Azərbaycan
Azərbaycanda qan-damar sistemi xəstəliklərindən əziyyət çəkən uşaqların sayı açıqlanıb. 18.11.2021, Sputnik Azərbaycan
2021-11-18T14:39+0400
2021-11-18T14:39+0400
2021-11-18T14:39+0400
uşaq
səhiyyə
ürək-damar xəstəlikləri
uşaqlar
https://cdnn1.img.sputnik.az/img/42322/25/423222542_0:0:3073:1728_1920x0_80_0_0_7bb07c36d8661505d11dfb05ed0156ba.jpg
BAKI, 18 noyabr — Sputnik. "Hazırda anadangəlmə ürək qüsurlarının rast gəlmə tezliyi dünyanın müxtəlif ölkələrində fərqli diapazonlarda dəyişir. Azərbaycanda bu nisbət hər 1000 doğuşa 7-8 ürək qüsurlu yenidoğulmuş təşkil edir. Əslində bu, kiçik populyasiyalar üçün böyük rəqəmlərdir".Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti (uşaq kardioloqu) Elnur Həsənov deyib.Onun sözlərinə görə, ürək qüsurları bətndaxili inkişafın müxtəlif dövrlərində bir çox faktorların təsiri nəticəsində əmələ gələ bilər: "Buna gen, xromosom səviyyəsində olan dəyişikliklər, embriogenezin artıq ürəyin formalaşmağa başladığı dövrünə təsadüf edən pozğunluqlar və ya hamiləlik dövründə ana orqanizminə təsir edən xarici faktorlar (dərman qəbulu, alkoqol və ya siqaret istifadəsi, digər zərərli vərdişlər) aiddir. Molekulyar səviyyədə baş verən dəyişikliklərə xromosom və gen anomaliyaları aiddir. Bunlardan hamımızın bildiyi xromosom artıqlığı səbəbi ilə yaranan Daun sindromudur".Mütəxəssis qeyd edib ki, bu xəstələrin təxminən 40%-i ürək qüsuru ilə anadan olur. O bildirib ki, hamiləlik həm qadın orqanizmi, həm də inkişaf edən uşaq orqanizmi üçün ciddi stress faktorudur. Hamiləliyin fərqli dövrlərində ürək qüsurları formalaşa bilər. Artıq hamiləliyin 16-cı həftəsindən etibarən fetal exokardioqrafiya metodunun köməkliyi ilə döldə ürək qüsurlarının diaqnostikası aparıla bilər".Onun sözlərinə görə, bu metodla müayinənin ideal aparılma vaxtı 16-24-cü həftələr arasıdır, amma bütün hamiləlik periodunda aparıla bilər.Nazirlik rəsmisi əlavə edib ki, anadangəlmə ürək qüsurları özünü müxtəlif kliniki əlamətlərlə göstərə bilər, hansı ki, bu ana tərəfindən çox rahatlıqla görülə bilər: "Ağır ürək qüsuru ilə doğulmuş uşaqlarda göyərmə, qidalanma çətinliyi, tez yorulma, tez-tez nəfəs alma və döş qəfəsində gözlə görünən ürək döyünməsi sayının çox olması qeyd edilə bilər. Ürəyində böyük dəlik olan uşaqlarda isə aylarla çəki almama, tez-tez tənəffüs yolları infeksiyaları, göyərmə və bayılma kimi əlamətlər görülə bilər".Nazirlik rəsmisi vurğulayır ki, ümumiyyətlə yenidoğulmuş xəstə qrupunda neonatoloji dəyərləndirmə önəmli yer tutur: "Uşaq anadan olduqdan sonra qısa müddət ərzində saturometr vasitəsilə uşaqda qanın oksigenlə doyumluluğu yoxlana bilər və bu göstəricidə hər hansı bir dəyişikliklər uşaqda ürək qüsuru haqqında şübhə yarada bilər. Daha sonra isə pediatr tərəfindən müayinə olunan uşaqlarda hər hansı bir küyün eşidilməsi uşaqda ürək qüsuru olması haqqında təsəvvür yarada bilər və bundan sonra valideynlər planlı şəkildə pediatrik kardioloqa yönləndirilə bilər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42322/25/423222542_0:0:2731:2048_1920x0_80_0_0_c7fb595523f7dd03ca2f556eefca5fc7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaq, ürək-damar xəstəlikləri, uşaqlar
uşaq, ürək-damar xəstəlikləri, uşaqlar
"Böyük rəqəmlərdir" - Azərbaycanda ürək qüsuru ilə doğulanların sayı açıqlanıb
Azərbaycanda qan-damar sistemi xəstəliklərindən əziyyət çəkən uşaqların sayı açıqlanıb.
BAKI, 18 noyabr — Sputnik. "Hazırda anadangəlmə ürək qüsurlarının rast gəlmə tezliyi dünyanın müxtəlif ölkələrində fərqli diapazonlarda dəyişir. Azərbaycanda bu nisbət hər 1000 doğuşa 7-8 ürək qüsurlu yenidoğulmuş təşkil edir. Əslində bu, kiçik populyasiyalar üçün böyük rəqəmlərdir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti (uşaq kardioloqu)
Elnur Həsənov deyib.
Onun sözlərinə görə, ürək qüsurları bətndaxili inkişafın müxtəlif dövrlərində bir çox faktorların təsiri nəticəsində əmələ gələ bilər: "Buna gen, xromosom səviyyəsində olan dəyişikliklər, embriogenezin artıq ürəyin formalaşmağa başladığı dövrünə təsadüf edən pozğunluqlar və ya hamiləlik dövründə ana orqanizminə təsir edən xarici faktorlar (dərman qəbulu, alkoqol və ya siqaret istifadəsi, digər zərərli vərdişlər) aiddir. Molekulyar səviyyədə baş verən dəyişikliklərə xromosom və gen anomaliyaları aiddir. Bunlardan hamımızın bildiyi xromosom artıqlığı səbəbi ilə yaranan Daun sindromudur".
Mütəxəssis qeyd edib ki, bu xəstələrin təxminən 40%-i ürək qüsuru ilə anadan olur.
"Qüsurlu xəstələrin, demək olar ki, böyük faizi erkən yaşda cərrahi müdaxiləyə ehtiyac duyur. Ümumilikdə, 2020-ci il ərzində Azərbaycanda 18 yaşına qədər qan-damar sistemi xəstəliklərindən əziyyət çəkən 12 min 465, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntuları problemi ilə isə 2021 uşaq qeydiyyata alınıb".
O bildirib ki, hamiləlik həm qadın orqanizmi, həm də inkişaf edən uşaq orqanizmi üçün ciddi stress faktorudur. Hamiləliyin fərqli dövrlərində ürək qüsurları formalaşa bilər. Artıq hamiləliyin 16-cı həftəsindən etibarən fetal exokardioqrafiya metodunun köməkliyi ilə döldə ürək qüsurlarının diaqnostikası aparıla bilər".
Onun sözlərinə görə, bu metodla müayinənin ideal aparılma vaxtı 16-24-cü həftələr arasıdır, amma bütün hamiləlik periodunda aparıla bilər.
Nazirlik rəsmisi əlavə edib ki, anadangəlmə ürək qüsurları özünü müxtəlif kliniki əlamətlərlə göstərə bilər, hansı ki, bu ana tərəfindən çox rahatlıqla görülə bilər: "Ağır ürək qüsuru ilə doğulmuş uşaqlarda göyərmə, qidalanma çətinliyi, tez yorulma, tez-tez nəfəs alma və döş qəfəsində gözlə görünən ürək döyünməsi sayının çox olması qeyd edilə bilər. Ürəyində böyük dəlik olan uşaqlarda isə aylarla çəki almama, tez-tez tənəffüs yolları infeksiyaları, göyərmə və bayılma kimi əlamətlər görülə bilər".
Nazirlik rəsmisi vurğulayır ki, ümumiyyətlə yenidoğulmuş xəstə qrupunda neonatoloji dəyərləndirmə önəmli yer tutur: "Uşaq anadan olduqdan sonra qısa müddət ərzində saturometr vasitəsilə uşaqda qanın oksigenlə doyumluluğu yoxlana bilər və bu göstəricidə hər hansı bir dəyişikliklər uşaqda ürək qüsuru haqqında şübhə yarada bilər. Daha sonra isə pediatr tərəfindən müayinə olunan uşaqlarda hər hansı bir küyün eşidilməsi uşaqda ürək qüsuru olması haqqında təsəvvür yarada bilər və bundan sonra valideynlər planlı şəkildə pediatrik kardioloqa yönləndirilə bilər".