https://sputnik.az/20211110/sehiyye-ucun-ayrilan-vesait-en-cox-bir-saheye-xerclenir-435047817.html
Səhiyyə üçün ayrılan vəsait ən çox bir sahəyə xərclənir
Səhiyyə üçün ayrılan vəsait ən çox bir sahəyə xərclənir
Sputnik Azərbaycan
Son 5 ildə səhiyyə üzrə xərclərin ümumdaxili məhsulda payı artıb. Bu sahədə xərclərin məbləği mütləq ifadədə 2,5 dəfə artıb 10.11.2021, Sputnik Azərbaycan
2021-11-10T13:55+0400
2021-11-10T13:55+0400
2021-11-10T13:55+0400
xəstəxana
iqtisadiyyat
büdcə
icbari tibbi sığorta
https://cdnn1.img.sputnik.az/img/42308/97/423089790_0:0:3000:1688_1920x0_80_0_0_e7c5bc608a61d27cd1f16846a8a805ca.jpg
BAKI, 10 noyabr — Sputnik. 2022-ci ildə dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 789 milyon manat vəsait nəzərdə tutulub.Sputnik Azərbaycan xəbər verir ki, bunu "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.Nazir qeyd edib ki, son 5 ildə səhiyyə üzrə xərclərin ümumdaxili məhsulda payı artıb. Bu sahədə xərclərin məbləği mütləq ifadədə 2,5 dəfə artıb. Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 63 faizi icbari tibbi sığortanın tətbiqinə yönəldilib. Həmçinin gələn il koronavirus pandemiyası ilə mübarizəyə vəsait ayrılması da səhiyyə xərclərində yer alıb.Qeyd edək ki, noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.İclasda "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında", " İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri birinci oxunuşda müzakirə ediləcək.Eləcə də oxuyun:* ÜST-dən qorxulu proqnoz: yarım milyon insan fevrala qədər ölə bilər* Azərbaycanda tibbi xidmətlərin ƏDV-dən azad edilməsi müzakirə olunub
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42308/97/423089790_333:0:3000:2000_1920x0_80_0_0_3cd605646952e9ad4127a4b53ec45bba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəstəxana, büdcə, icbari tibbi sığorta
xəstəxana, büdcə, icbari tibbi sığorta
Səhiyyə üçün ayrılan vəsait ən çox bir sahəyə xərclənir
Son 5 ildə səhiyyə üzrə xərclərin ümumdaxili məhsulda payı artıb. Bu sahədə xərclərin məbləği mütləq ifadədə 2,5 dəfə artıb
BAKI, 10 noyabr — Sputnik. 2022-ci ildə dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 789 milyon manat vəsait nəzərdə tutulub.
Sputnik Azərbaycan xəbər verir ki, bunu "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri
Samir Şərifov deyib.
Nazir qeyd edib ki, son 5 ildə səhiyyə üzrə xərclərin ümumdaxili məhsulda payı artıb. Bu sahədə xərclərin məbləği mütləq ifadədə 2,5 dəfə artıb. Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 63 faizi icbari tibbi sığortanın tətbiqinə yönəldilib. Həmçinin gələn il koronavirus pandemiyası ilə mübarizəyə vəsait ayrılması da səhiyyə xərclərində yer alıb.
Qeyd edək ki, noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.
İclasda "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında", " İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri birinci oxunuşda müzakirə ediləcək.
*
ÜST-dən qorxulu proqnoz: yarım milyon insan fevrala qədər ölə bilər