CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda kimlər pensiyaya vaxtından tez çıxa biləcəklər? Detallar

© Sputnik / Elvin AhmadBankomat
Bankomat - Sputnik Azərbaycan, 1920, 17.11.2021
Abunə olmaq
Deputat bildirir ki, təklif qəbul olunarsa, pensiya yaşından gec pensiyaya çıxanlar daha çox pensiya ala biləcəklər.
BAKI, 17 noyabr — Sputnik. Pensiya yaşı Azərbaycanda ən çox narazılıq doğuran mövzulardandır. Bu günlərdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin ölkəmizdə yeni pensiyaya çıxma sisteminin tətbiq ediləcəyi barədə açıqlaması cəmiyyətdə maraq doğurub. Nazir bildirib ki, yığılan pensiya kapitalını başqa cür götürmək və xərcləmək üçün yeni tədbirlər barədə düşünülür: “Vaxtından tez və ya vaxtından gec pensiyaya çıxma sistemini də tətbiq etməyi düşünürük. Bu mexanizm üzərində işləyirik. Növbəti 5 ildə bu islahatların bizə yaradacağı heç bir problem yoxdur. Amma 2035-ci ildə bizdə ahıl şəxslərin sayı artacaq. Göz görə-görə bu riskə gedə bilmərik”.
S.Babayev həmçinin qeyd edib ki, könüllü pensiyanın olmasının tərəfdarıdır. Amma əlavə sosial sığorta ödəmək istəyənlər və istəməyənlərlə bağlı məsələ dəqiqləşdirilməlidir.
Yaşlı insanlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.11.2021
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Pensiyaçıların sayı azalacaq? - SƏBƏBLƏR
Bəs görəsən, vaxtından tez və ya vaxtından gec pensiyaya çıxma sistemi necə tətbiq ediləcək?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a bildirildi ki, vaxtından tez və ya vaxtından gec pensiyaya çıxma sistemi yeni hazırlanacaq layihədə öz əksini tapacaq. Layihə hələ hazır olmadığından məsələ ilə bağlı fikir bildirmək mümkün deyil. Amma hazırda müəyyən sahələrdə çalışan vətəndaşlar vaxtından tez pensiyaya çıxa bilirlər.
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ola bilər, pensiya kapitalının yığım hissəsi ilə bağlı qanuna dəyişiklik olsun. Hansı vətəndaş o məbləği yığa bilirsə, vaxtından tez pensiyaya çıxa bilər: "Pensiya kapitalını daha tez yığa bilənlər ola bilər ki, vaxtından tez pensiyaya çıxa biləcəklər. O ki qaldı vaxtından gec çıxmağa, burada, çox güman ki, vətəndaşın kvalifikasiyası əsas götürüləcək".
Milli Məclisin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pensiya kapitalından vaxtından əvvəl istifadə ilə bağlı təklif Komitənin sonuncu iclasında onun elə özü tərəfindən verilib:
"Mən təklif etdim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xüsusi ilə çox pensiya kapitalı yığımı olan vətəndaşlara belə bir imkan verilsin. Məsələn, ABŞ-da pensiya kapitalı çox olanlar daha tez müraciət edib pensiya alma imkanına malik olurlar. Son məlumata görə, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu məsələ ilə bağlı müzakirələr aparılır. Bu daha çox minimum pensiya kapitalı yığmış vətəndaşlara tətbiq edilə bilər. Hələ ki, məsələ müzakirə səviyyəsindədir. Nazirlik bu ideyanı dəstəkləyir".
V.Bayramov deyir ki, indiki halda 144 ay pensiya müddəti kimi götürülür: "Yəni 12 il x 12 ay. Bu isə 144 ay edir. Amma əgər bu gün kişilər 65 yaşda pensiyaya çıxırlarsa, müzakirə olunur ki, vətəndaş 65 yox, 60 yaşda pensiyaya çıxmaq istəyirsə, 144 deyil, bu zaman həmin beş il üçün nəzərdə tutulan 144-ün üzərinə (5x12) 60 ay gələcək. Bu rəqəm 204 aya bölünəcək. Bu imkan verə bilər ki, vətəndaş 5 il tez pensiyaya çıxsın. Amma artıq bu 144-ə yox, 204-ə bölünməklə aylıq pensiya məbləği müəyyənləşə bilər. Əgər qanun qəbul olunarsa, bu, minimum pensiya kapitalı yığmış vətəndaşlarımıza şamil olunacaq. Yəni pensiya kapitalı minimum kapitaldan çox olan vətəndaşlara şamil ediləcək".
Deputat bildirir ki, təklif qəbul olunarsa, pensiya yaşından gec pensiyaya çıxanlar daha çox pensiya ala biləcəklər: "Digər tərəfdən isə ola bilər ki, vətəndaş işləyir, 65 yaşda pensiya almaq istəmir. Hansısa vətəndaş pensiyaya 70 yaşında çıxmaq istəyərsə, bu halda onun aylıq pensiya məbləği 144-ə deyil, 144-dən 60 ay çıxmaqla 84-ə bölünəcək. Nəticədə gec pensiyaya çıxan vətəndaş aylıq olaraq daha çox pensiya almış olacaq. Əsas odur ki, nazirlik tərəfindən bu ideya dəstəklənir və gözlənilir ki, bu istiqamətdə rəsmi müzakirə növbəti dövrdə daha aktiv olacaq".
Qeyd edək ki, Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınların pensiya yaşı 65, qadınlar üçün 62,5 yaş təşkil edir. "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.
Bankomatdan pul çıxaran şəxs, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.11.2021
CƏMİYYƏT
Rəhmətə gedən şəxsin pensiya kartından pul çıxarılır - Abuzər Mütəllimov
"Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bununla da Azərbaycanda 1 iyul 2020 – 30 iyun 2021 tarixində kişilərin pensiya yaşı 65 il , qadınların pensiya yaşı isə 62 il olacaq. 1 iyul 2021 – 30 iyun 2022-ci il tarixində kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 62 il 6 aydır.
Xatırladaq ki, hazırda ölkədə orta aylıq pensiyanın həcmi 213 dollardır. Bu baxımdan Azərbaycan MDB ölkələri arasında Qazaxıstan və Rusiyadan sonra üçüncü yerdə dayanır. İndi Azərbaycanda orta ömür uzunluğu 71,4 yaşdır. Bu MDB ölkələri arasında müvafiq reytinq üzrə ən aşağı göstəricilərdən biridir. BMT-nin Əhali Fondunun proqnozlarına görə, yaxın illər ərzində Azərbaycanda pensiya yaşlı insanların sayı əhəmiyyətli dərəcədə artacaq və buna orta ömür uzunluğunun çoxalması səbəb olacaq.
Eləcə də oxuyun:
* Maaş, pensiya, müavinət və təqaüdlər artırılacaq
* Minimum əməkhaqqı 300 manata qaldırılır, sahibkarların isə "evi yıxılacaq"
* Dövlət büdcəsi necə qənaət edib - nazirin dilindən
* Samir Şərifov qiymət artımının səbəbləri barədə
Xəbər lenti
0