https://sputnik.az/20211107/pensiyacilarin-sayi-azalacaq---sebebler-434944189.html
Pensiyaçıların sayı azalacaq? - SƏBƏBLƏR
Pensiyaçıların sayı azalacaq? - SƏBƏBLƏR
Sputnik Azərbaycan
Ümumilikdə pensiyaçıların sayının kəskin azalmasına pensiya kapitalı və ya sığorta stajına görə müəyyən edilmiş tələblər də təsir göstərir. 07.11.2021, Sputnik Azərbaycan
2021-11-07T10:00+0400
2021-11-07T10:00+0400
2021-11-07T10:14+0400
azərbaycan xəbərləri
dsmf
əlil
pensiyaçı
yaş
azalma
say
https://cdnn1.img.sputnik.az/img/42364/78/423647812_0:0:1200:676_1920x0_80_0_0_d48d21c854ad610521ed1c7d07537044.jpg
BAKI, 7 noyabr — Sputnik. Azərbaycanda pensiyaçıların sayı üzrə 2022-ci və 2023-cü ilin əvvəllərinə tərtib edilmiş proqnoz göstəricilərinə əsasən, əvvəlki illərdə olduğu kimi, növbəti ildə də pensiyaçıların sayında azalma baş verəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Hesablama Palatasının "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi layihəsinə rəy"ində əksini tapıb.Rəydə qeyd edilib ki, təqdim edilmiş proqnoz göstəricilərinə əsasən, cari ilin sonunda pensiyaçıların sayı ilin əvvəli ilə müqayisədə 26,5 min nəfər azalacaq ki, bu da yaşa görə pensiya ilə təmin ediləcək şəxslərin sayının 10,1 min nəfər, əlilliyə görə pensiya ilə təmin olunacaq şəxslərin sayının 19,6 min nəfər azalması, ailə başçısını itirməyə görə pensiya ilə təmin olunacaq şəxslərin sayının isə 3,2 min nəfər artması hesabına baş verəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42364/78/423647812_75:0:1142:800_1920x0_80_0_0_002863b49a5a46d09ac43248942f05e2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dsmf, əlil, pensiyaçı, yaş, azalma, say
dsmf, əlil, pensiyaçı, yaş, azalma, say
Pensiyaçıların sayı azalacaq? - SƏBƏBLƏR
10:00 07.11.2021 (Yenilənib: 10:14 07.11.2021) Ümumilikdə pensiyaçıların sayının kəskin azalmasına pensiya kapitalı və ya sığorta stajına görə müəyyən edilmiş tələblər də təsir göstərir.
BAKI, 7 noyabr — Sputnik. Azərbaycanda pensiyaçıların sayı üzrə 2022-ci və 2023-cü ilin əvvəllərinə tərtib edilmiş proqnoz göstəricilərinə əsasən, əvvəlki illərdə olduğu kimi, növbəti ildə də pensiyaçıların sayında azalma baş verəcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Hesablama Palatasının
"Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi layihəsinə rəy"ində əksini tapıb.
Rəydə qeyd edilib ki, təqdim edilmiş proqnoz göstəricilərinə əsasən, cari ilin sonunda pensiyaçıların sayı ilin əvvəli ilə müqayisədə 26,5 min nəfər azalacaq ki, bu da yaşa görə pensiya ilə təmin ediləcək şəxslərin sayının 10,1 min nəfər, əlilliyə görə pensiya ilə təmin olunacaq şəxslərin sayının 19,6 min nəfər azalması, ailə başçısını itirməyə görə pensiya ilə təmin olunacaq şəxslərin sayının isə 3,2 min nəfər artması hesabına baş verəcək.
"Pensiyaçıların sayı yeni təyin edilmiş və müxtəlif səbəblərdən pensiya təyinatı dayandırılmış şəxslərin sayından asılı olaraq dəyişən göstəricidir. 2017-ci ilin iyul ayından başlayaraq pensiya təminatına dair müvafiq qanunvericilik aktında edilmiş, pensiya təminatı sisteminin sığorta prinsiplərinə uyğunlaşdırılması və eyni zamanda Fondun maliyyə dayanıqlılığının möhkəmləndirilməsi məqsədi daşıyan əlavə və dəyişikliklər nəticəsində yeni pensiya təyin edilmiş şəxslərin sayı müxtəlif səbəblərdən pensiya təminatı sistemindən çıxmış şəxslərin sayından az olub ki, bu da öz növbəsində ümumi pensiyaçıların sayının azalmasını şərtləndirib. Pensiya yaşının artırılması ilə bağlı islahatlar yalnız müvafiq dövr üzrə olmaqla yaşa görə yeni təyin edilmiş pensiya işlərinin sayının azalmasına səbəb olsa da, ümumilikdə pensiyaçıların sayının kəskin azalmasına bu amillə yanaşı, pensiya kapitalı və ya sığorta stajına görə müəyyən edilmiş tələblər təsir göstərib", - rəydə deyilir.