https://sputnik.az/20211110/dovlet-budcesi-nece-qenaet-edib---nazirin-dilinden-435055460.html
Dövlət büdcəsi necə qənaət edib - nazirin dilindən
Dövlət büdcəsi necə qənaət edib - nazirin dilindən
Sputnik Azərbaycan
S.Babayevin sözlərinə görə, artıq 16 rayon üzrə ünvanlı sosial yardımın verilməsi ilə bağlı yoxlamalar başlanıb, sonrakı mərhələdə bu, 46 rayona çatdırılacaq. 10.11.2021, Sputnik Azərbaycan
2021-11-10T16:22+0400
2021-11-10T16:22+0400
2021-11-10T16:22+0400
pensiya
iqtisadiyyat
büdcə
sahil babayev
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796442_0:182:3073:1910_1920x0_80_0_0_6cd5e83872c0b52e8250133678c0bddd.jpg
BAKI, 10 noyabr — Sputnik. Cari ilin 10 ayında Azərbaycanda orta pensiya 331 manat olub, növbəti ildə bu məbləğ 345 manata çatdırılacaq.Sputnik Azərbaycan xəbər verir ki, bunu "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.O bildirib ki, pensiyaların araşdırılması nəticəsində qanunsuz pensiyalar müəyyənləşdirilib və nəticədə dövlət büdcəsinin xərclərinə böyük miqdarda vəsait qənaət edilib.Nazir bildirib ki, hazırda ölkə üzrə sosial xərclərin təyinatı mərkəzləşdirilir.O bildirib ki, məcburi dövlət sosial sığorta haqları üzrə növbəti ildə çox böyük artım gözlənilir: “Bundan irəli gələrək dövlət öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait azaldılır. DSMF-nin büdcəsinin 80%-i sosial sığorta haqlarının yığımı hesabına formalaşacaq. Sosial sığorta haqlarının artmasında İqtisadiyyat Nazirliyi, vergi orqanları və digər bizim qurumlarımızın əlaqələndirilmiş işinin çox ciddi payı olub".Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir. İclasda 2022-ci ilin büdcə zərfinə daxil olan sənədlər müzakirə edilir.İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, deputatlar iştirak edirlər.Büdcə zərfinə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında", "Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri və s. daxildir.Eləcə də oxuyun:* Samir Şərifov qiymət artımının səbəbləri barədə* Yaşa görə orta aylıq pensiyanın 12% artacağı gözlənilir* Nazir şəhid ailələrinə və qazilərə söz verdi* Rəhmətə gedən şəxsin pensiya kartından pul çıxarılır - Abuzər Mütəllimov
https://sputnik.az/20211107/pensiyacilarin-sayi-azalacaq---sebebler-434944189.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796442_0:0:2731:2048_1920x0_80_0_0_8a369ecc05fbabe1c82f79ce1b6e4e7a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pensiya, büdcə, sahil babayev
pensiya, büdcə, sahil babayev
Dövlət büdcəsi necə qənaət edib - nazirin dilindən
S.Babayevin sözlərinə görə, artıq 16 rayon üzrə ünvanlı sosial yardımın verilməsi ilə bağlı yoxlamalar başlanıb, sonrakı mərhələdə bu, 46 rayona çatdırılacaq.
BAKI, 10 noyabr — Sputnik. Cari ilin 10 ayında Azərbaycanda orta pensiya 331 manat olub, növbəti ildə bu məbləğ 345 manata çatdırılacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri
Sahil Babayev deyib.
O bildirib ki, pensiyaların araşdırılması nəticəsində qanunsuz pensiyalar müəyyənləşdirilib və nəticədə dövlət büdcəsinin xərclərinə böyük miqdarda vəsait qənaət edilib.
Nazir bildirib ki, hazırda ölkə üzrə sosial xərclərin təyinatı mərkəzləşdirilir.
"Burada tək pensiyalardan söhbət getmir. Arxiv sənədlərinin mərkəzləşdirilməsi çərçivəsində də yüksək məbləğli saxta pensiya işlərinin hamısı tam ləğv edilir. Artıq 16 rayonda ünvanlı sosial yardım üzrə yoxlamalar tam mərkəzləşdirilib. İlin sonunadək bu proses 46 rayonda həyata keçiriləcək", - deyə S.Babayev bildirib.
O bildirib ki, məcburi dövlət sosial sığorta haqları üzrə növbəti ildə çox böyük artım gözlənilir: “Bundan irəli gələrək dövlət öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait azaldılır. DSMF-nin büdcəsinin 80%-i sosial sığorta haqlarının yığımı hesabına formalaşacaq. Sosial sığorta haqlarının artmasında İqtisadiyyat Nazirliyi, vergi orqanları və digər bizim qurumlarımızın əlaqələndirilmiş işinin çox ciddi payı olub".
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir. İclasda 2022-ci ilin büdcə zərfinə daxil olan sənədlər müzakirə edilir.
İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, deputatlar iştirak edirlər.
Büdcə zərfinə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında", "Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri və s. daxildir.