https://sputnik.az/20211103/nasa-azerbaycanli-usagi-mukafatlandirdi-434834032.html
NASA azərbaycanlı uşağı mükafatlandırdı
NASA azərbaycanlı uşağı mükafatlandırdı
Sputnik Azərbaycan
ABŞ-da yaşayan azərbaycanlı məktəbli, 6-cı sinif şagirdi olan Sevda Məmmədovanın çəkdiyi rəsm NASA tərəfindən beynəlxalq sertifikata layiq görülüb. 03.11.2021, Sputnik Azərbaycan
2021-11-03T09:06+0400
2021-11-03T09:06+0400
2021-11-03T10:06+0400
cəmiyyət
abş
azərbaycanlı
nasa
minnesota ştatı
https://cdnn1.img.sputnik.az/img/42402/48/424024802_0:160:3075:1890_1920x0_80_0_0_c6116d5302da5ff664fc7217ac3a6366.jpg
BAKI, 3 noyabr - Sputnik. ABŞ-da yaşayan azərbaycanlı məktəbli NASA (Milli Aeronavtika və Kosmos İdarəsi) tərəfindən beynəlxalq sertifikata layiq görülüb.Sputnik Azərbaycan xəbər verir ki, Minnesota ştatında Vayzata orta məktəbində 6-cı sinif şagirdi olan Sevda Məmmədovanın çəkdiyi rəsm “Tələbə Kosmik Uçuş Təcrübələri Proqramı” (SSEP) çərçivəsində 13-cü missiyada iştirak edən “Astronavtlar üçün sənət” yarışmasında “Yer və Kosmos Elmləri üzrə Milli Təhsil Mərkəzi” (NCESSE) tərəfindən final mərhələsinə adlayıb.NASA 23 117 şagirdin arasından seçilən S.Məmmədovanı sertifikatla mükafatlandırıb. Həmyerlimizin çəkdiyi rəsm əsəri beynəlxalq kosmik mərkəzin 13-cü missiyasında iştirak edən astronavtların geyiminin üzərində yer alıb.S.Məmmədovanın atası Emil Məmmədov Report-a müsahibəsində qızının böyük uğurundan danışıb:“2019-cu ildə qızım Sevda Las-Veqas şəhərində "Doris" fransız ibtidai məktəbində 3-cü sinifdə oxuyarkən məktəbdə ona belə bir yarışma keçirildiyini və onun da müsabiqədə iştirak edə biləcəyini demişdilər. Həmin müsabiqədə ABŞ-ın bütün ştat və şəhərlərindən şagirdlər iştirak edirdilər. Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar “Dərin Kosmos Şəbəkəsini Təkmilləşdirmə Proqramında” (DEP) 13-cü missiyasını təmsil edən kiçik nişan çəkməli idilər. Belə ki, onlardan çəkdikləri rəsmdə məkanı və atmosferi təsvir etmələri tələb olunurdu. Sevda nişanı çəkib öz məktəbinə təqdim etdi. Bunun üstündən iki il keçdi və biz hamımız o müsabiqəni unutduq. Çünki ondan sonra heç bir xəbər almadıq. Nevadadan Minnesota ştatına köçməyə hazırlaşırdıq. Öyrəndik ki, qızımın çəkdiyi nişanı finala seçiliblər. Sevda ştatdan seçilən iki qalibdən biri idi. Təbii ki, bu uğur bir valideyn kimi bizi çox sevindirir”.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42402/48/424024802_172:0:2903:2048_1920x0_80_0_0_17a7183eb8cd8abc3eeda222b7374e5e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, azərbaycanlı, nasa, minnesota ştatı
abş, azərbaycanlı, nasa, minnesota ştatı
NASA azərbaycanlı uşağı mükafatlandırdı
09:06 03.11.2021 (Yenilənib: 10:06 03.11.2021) ABŞ-da yaşayan azərbaycanlı məktəbli, 6-cı sinif şagirdi olan Sevda Məmmədovanın çəkdiyi rəsm NASA tərəfindən beynəlxalq sertifikata layiq görülüb.
BAKI, 3 noyabr - Sputnik. ABŞ-da yaşayan azərbaycanlı məktəbli NASA (Milli Aeronavtika və Kosmos İdarəsi) tərəfindən beynəlxalq sertifikata layiq görülüb.
Sputnik Azərbaycan xəbər verir ki, Minnesota ştatında Vayzata orta məktəbində 6-cı sinif şagirdi olan Sevda Məmmədovanın çəkdiyi rəsm “Tələbə Kosmik Uçuş Təcrübələri Proqramı” (SSEP) çərçivəsində 13-cü missiyada iştirak edən “Astronavtlar üçün sənət” yarışmasında “Yer və Kosmos Elmləri üzrə Milli Təhsil Mərkəzi” (NCESSE) tərəfindən final mərhələsinə adlayıb.
NASA 23 117 şagirdin arasından seçilən S.Məmmədovanı sertifikatla mükafatlandırıb. Həmyerlimizin çəkdiyi rəsm əsəri beynəlxalq kosmik mərkəzin 13-cü missiyasında iştirak edən astronavtların geyiminin üzərində yer alıb.
S.Məmmədovanın atası Emil Məmmədov Report-a müsahibəsində qızının böyük uğurundan danışıb:
“2019-cu ildə qızım Sevda Las-Veqas şəhərində "Doris" fransız ibtidai məktəbində 3-cü sinifdə oxuyarkən məktəbdə ona belə bir yarışma keçirildiyini və onun da müsabiqədə iştirak edə biləcəyini demişdilər. Həmin müsabiqədə ABŞ-ın bütün ştat və şəhərlərindən şagirdlər iştirak edirdilər.
Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar “Dərin Kosmos Şəbəkəsini Təkmilləşdirmə Proqramında” (DEP) 13-cü missiyasını təmsil edən kiçik nişan çəkməli idilər. Belə ki, onlardan çəkdikləri rəsmdə məkanı və atmosferi təsvir etmələri tələb olunurdu. Sevda nişanı çəkib öz məktəbinə təqdim etdi. Bunun üstündən iki il keçdi və biz hamımız o müsabiqəni unutduq. Çünki ondan sonra heç bir xəbər almadıq. Nevadadan Minnesota ştatına köçməyə hazırlaşırdıq.
Öyrəndik ki, qızımın çəkdiyi nişanı finala seçiliblər. Sevda ştatdan seçilən iki qalibdən biri idi. Təbii ki, bu uğur bir valideyn kimi bizi çox sevindirir”.