DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Saakaşvili xüsusi dustaqdır - Zurabişvili

© Sputnik / Stringer / Mediabanka keçidMixeil Saakaşvili
Mixeil Saakaşvili  - Sputnik Azərbaycan, 1920, 03.11.2021
Abunə olmaq
Prezidentin sözlərinə görə, Saakaşvilini "xüsusi dustaq hesab etmək lazımdır", bu isə öz növbəsində penitensiar sistem və hökumətin xüsusi diqqətini tələb edir.
BAKI, 3 noyabr - Sputnik. Gürcüstan Prezidenti Salome Zurabişvili deyib ki, sabiq prezident Mixeil Saakaşvili ilə bağlı mövqeyini dəyişməyəcək - o, əfv olunmayacaq.
Bu barədə Sputnik Gürcüstan yazır.
"Keçmiş prezidentin əfv olunması ilə bağlı qərarım qəti və dəyişməzdir - yox, heç vaxt. Keçmiş prezident nə siyasi dustaq, nə də günahsız qurbandır. O, ölkəyə qanunsuz girmiş məhkumdur. Gəlişinin də səbəbi ölkədə qeyri-sabitlik yaratmaq olub", - Zurabişvili brifinqdə deyib.
Prezidentin sözlərinə görə, Saakaşvilini "xüsusi dustaq hesab etmək lazımdır", bu isə öz növbəsində penitensiar sistem və hökumətin xüsusi diqqətini tələb edir.
Bu arada Xüsusi Penitensiar Xidmət Saakaşvilinin vəziyyətinin pisləşməsi barədə xəbəri təkzib edib. Qurumun məlumatında deyilir ki, Saakaşvilinin səhhətinə tibbi heyətin nəzarət edə bilmədiyi haqda xəbərlər həqiqətə uyğun deyil.
"Mixeil Saakaşvilinin vəziyyəti sabitdir. Müəssisənin həkimlərinin daimi nəzarəti altındadır. Səhhətinə təhlükə yoxdur", - məlumatda deyilir.
Həmçinin qeyd olunur ki, müəssisəyə pulmonoloqun gəlişi gözlənilir, çünki Saakaşvilinin ağır formada koronavirus infeksiyası keçirməsi barədə söhbətlər vardı.

Gürcüstanın sabiq prezidentinin həbsi

Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. Onu üç məhkəmə instansiyası parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və "Gürcüstan Birləşmiş Bankı"nın əməkdaşı Sandro Qirqvlianinin işinə görə müqəssir bilib.
Ona qarşı həmçinin:
* Dövlət Mühafizə Xidmətinin 9.2 milyon larisini xərcləmək,
* 2007-ci il noyabrın 7-də aksiyanın dağıdılması,
* "İmedi" telekanalının dağıdılması,
* mərhum milyoner Badri Patarkatsişvilinin əmlakına yiyələnmə kimi ittihamlar irəli sürüblər.
Prokurorluqdan bildirilib ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsi hələlik müzakirə olunmur və cəzasını vətənində çəkəcək.
Oktyabrın 1-də Rustavi həbsxanasına aparılan Mixeil Saakaşvili elə həmin axşam özünə qarşı irəli sürülən hökmlə razı olmadığını, özünü siyasi məhbus hesab etdiyini bildirərək aclıq elan edib.
Eləcə də oxuyun:
* Saakaşvili tərəfdarlarını "hakimiyyəti almağa" çağırdı
* Saakaşvilini aradan götürmək istəyirlər - Qalmaqallı iddia
* Gürcüstan DTX-sı ölkədə dövlət çevrilişi hazırlandığını bəyan edib
* Mixeil Saakaşvili tibbi yardımdan imtina edib
* Gürcüstanın Baş nazirindən Saakaşviliyə qarşı şok ittiham
* Saakaşvili həbsxanada aclığa başladı
* Saakaşvili kameralar qarşısında narkotik maddə testindən keçirilməsini tələb etdi
Xəbər lenti
0